Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə75/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

 
304 
edəcəkdir. Sənə görə başqasına zülm edən, tezliklə sənə 
zülm  edəcəkdir.  Başqalarından  sənə  söz  gətirən  adam 
sənin də sözünü başqalarına aparacaqdır.”
408
  
HARAM TİKƏ 
Həzrət Peyğəmbər (s) buyurur:  
Bir  tikə  haram  yeyə’nin  qırx  gecə  namazı  qəbul 
olmaz.”
409
  
“Haramdan  qidalanmış  vücuda  Allah  Behişti  haram 
edib.”
410
  
“Bəndənin  qarnına  bir  haram  tikə  düşən  vaxt 
göylərdəki  və  yerdəki  bütün  mələklər  ona  lənət 
oxuyar.”
411
  
İmam Baqir (ə) buyurur:  
“İnsanın  haram  mal  əldə  etdiyi  vaxt  onun  Həcci, 
Ümrəsi, sileyi-rəhimi qəbul olmaz.”
412
  
ƏXLAQİ ÇİRKİNLİKLƏR 
İmam  Səccad  (ə)  “Səhifə”nin  səkkizinci  duasında 
əxlaqi  çirkinlikləri  bəyan  edərək,  bu  çirkinliklərdən 
Allaha pənah aparır: 
“Hərisliyin  tüğyanı,  tünd  qəzəb,  həsədin  qələbəsi, 
səbirdə  süstlük,  yetərsiz  qənaət,  pis  əxlaq,  şəhvətdə 
ifrat, əsəbdə tərslik, nəfs həvəslərinə tabeçilik, hidayətlə 
müxaliflik,  qəflət  yuxusu,  həddi  aşan  səy,  batilə 
üstünlük  vermək,  günahın  davamı,  günahı  kiçik 
                                                 
408
 “Tuhəful-uqul”, 316. 
409
 “Mizanul-hikmət”, 3-1124. 
410
 “Məcmueye-Vərram”, 1-61. 
411
 “Biharul-ənvar”, 100-12. 
412
 “Əmaliye-Tusi”, 680. 


 
305 
saymaq,  ibadətini  böyük  hesab  etmək,  varlılara  meyl, 
kasıbları  təhqir,  fəqirlərin  haqqına  diqqətsizlik, 
yaxşılıqlara nankorluq, zalıma kömək, məzluma kömək 
etməmək...” 
Həzrət Peyğəmbərə (s) dedilər: “ Bir qadın gündüzlər 
oruc  tutur,  gecələr  ibadət  edir.  Amma  əxlaqı  pisdir, 
qonşuları  incidir.”  Həzrət  (s)  buyurur:  “Xeyri  yoxdur. 
O, od əhlidir.”
413
  
İmam Sadiq (ə) buyurur: “Sirkə balı xarab etdiyi kimi, 
pis xasiyyət də əməli puça çıxarır.”
414
  
QARINQULULUQ 
Həzrət Əli (ə) buyurur:  
“Çox  yeyən  adam  xəstəliyə  düçar  olar  və  qəlbi 
daşlaşar.”
415
  
“Qarınqulunun sağlamlığı az, xərci çox olar.”
416
  
“Qarınqululuq  böyük  meyldir.  Böyük  meyl  isə  ən 
böyük eyblərdəndir.”
417
  
İmam Sadiq (ə) buyurur:  
“Möminin  qəlbi  üçün  çox  yeməkdən  zərərli  şey 
yoxdur.  Çox  yemək  iki  xasiyyətə  səbəb  olar:  - 
daşürəklilik və şəhvətin tüğyanı.”
418
  
                                                 
413
 “Biharul-ənvar”, 68-394. 
414
 “Kafi”, 2-321. 
415
 “Biharul-ənvar”, 63- 338. 
416
 Ğurərul-hikəm”, 360. 
417
 Ğurərul-hikəm”, 361. 
418
 “Müstədrəkəl-vəsail”, 16-211. 


 
306 
ÇOX YATMAQ 
İmam  Baqir  (ə)  nəql  edir  ki,  Həzrət  Musa  (ə)  Allaha 
belə  ərz  etdi:  “Hansı  bəndəni  daha  çox  düşmən 
tutursan?”  Allah-Taala  buyurdu:  “Gecəni  murdar  (leş) 
kimi yataqda qalıb, gündüzü bekarçılıqla keçirən.”
419
  
İslam  Peyğəmbəri  (s)  buyurur:  “Həzrət  Süleymanın 
(ə)  anası  ona  deyirdi  ki,  gecələr  çox  yatmaq  insanı 
Qiyamət günü əliboş qoyar.”
420
  
Həzrət  Əli  (ə)  buyurur:  “Yuxu  pis  düşməndir.  Qısa 
ömrü bada verər, çox mükafatları puça çıxarar.”
421
  
 
Ya Rəbbi, könlümə eşq ilə can ver,  
Ağıl bir ox, könülsə quş, kaman ver. 
Eşq olmasa müqəvvadır bu bədən,  
Sevən cana göylər olası həmdəm. 
O qüdsi hüzura qaldır qəlbimi,  
Eşq nəsimi titrətsin yarpaq kimi. 
Qurtulum bu cismin dörd divarından,  
Məşuq özü razı qalsın yarından. 
Qurtar düşmən buxovundakı yarı, 
Yoxsa od tutub yanası məzarı. 
İçir eşq şərbətin üqbanı görsün,  
Hicran atın uca yerlərə sürsün.  
Demə yetər, hələ canda çox iş var. 
Dar gəlir əynimə dünya libası,  
Gözləyirəm fələkdən eşq əbası. 
Dünya sevən könlü tutası deyil,  
                                                 
419
 “Mizanul-hikmət”, 13-6550. 
420
 “Xisal”, 1-28. 
421
 Ğurərul-hikəm”, 159. 


 
307 
Ha bəzənə qəlbə yatası deyil.  
 
İslamın  bəyənmədiyi  ünsiyyətlərdən  çəkinmək, 
haram  tikədən  imtina  etmək,  çox  yeməkdən  və  çox 
yatmaqdan  pəhriz  etmək  əzalara  güc  verir.  Bu  qüvvə 
fəzasında  göz  yalnız  haqqı  görür,  qulaq  yalnız  haqqı 
eşidir,  dil  yalnız  doğrunu  danışır.  İnsanın  ruhu  və 
cismi böyük eşqlə ibadət və xalqa xidmətə səy göstərir.  
HAQQA (ALLAHA) İBADƏT 
Dünyanın cazibəsindən çıxa bilməyən insanlar ibadət 
və  bəndəliyin  həqiqi  dəyərini  dərk  etməkdə  acizdirlər. 
Həqiqi  ibadət  insanı  kamilləşdirir,  onu  Behiştə 
qovuşdurur. 
Həzrət Peyğəmbər (s) buyurur: 
“Xalqın  ən  üstünü  o  kəsdir  ki,  ibadəti  sevə’  onu 
ağuşuna  ala,  qəlbən  ona  bağlana,  bədəni  ilə  yerinə 
yetirə  ibadətdən  ötəri  bütün  məşğuliyyətlərdən  ayrıla 
və dünyadan çətin, ya asan keçməkdən qorxmaya.”
422
  
“Sizin  Allahınız  buyurur:  “Ey  Adəm  övladı!  Mənə 
ibadətdən  ötəri  bütün  işlərini  saxla  ki,  qəlbinı 
ehtiyacsızlıq  və  iki  əlini  ruzi  ilə  doldurum!  Məndən 
uzaqlaşsan, 
qəlbini 
möhtaclıq, 
iki 
əlini 
işlə 
dolduraram!”
423
  
“Merac  gecəsi  Allah-Taala  buyurur:  “Ey  Əhməd! 
Bilirsənmi insan nə vaxt mənə bəndə olur?” Həzrət ərz 
etdi  ki,  bilmirəm.  Allah-Taala  buyurur:  Onda  yeddi 
xasiyyət  toplandıqda:  onu  haramdan  saxlayan  təqva, 
                                                 
422
 “Kafi”, 2-83. 
423
 “Kənzül-əmmal”, 43614. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə