Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə74/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

 
300 
“Xoşbəxt  o  şəxsdir  ki,  elmi  və  əməli,  dostluğu  və 
düşmənliyi,  əxz  və  tərk  etməsi,  danışığı  və  sükutu 
Allahın razılığı üçün olsun.”
399
  
“Şübhəsiz 
ki, 
yalnız 
ixlaslı 
əməllərin 
qəbul 
olunacaqdır.”
400
  
Həzrət Peyğəmbər (s) Əbuzərə vəsiyyətində buyurur: 
“Əməlin  təqvalı  olmasına  əməlin  özündən  çox  diqqət 
et.  Çünki  təqvalı  əməl  az  olmaz.  Axı  qəbul  olunmuş 
necə  kiçik  olar?  Allah-Taala  buyurur:  “Allah  yalnız 
təqvalılardan qəbul edər.”
401
  
İmam Sadiq (ə) buyurur:  
“Bir  namazı  və  ya  bir  yaxşı  əməli  Allah-Taala 
tərəfindən 
qəbul 
olunan 
şəxs 
əzaba 
düçar 
olmayacaqdır.”
402
  
“Bir  yaxşı  əməli  qəbul  olunan  şəxs  əzab  görməyəcək 
və Behiştə daxil olacaqdır.”
403
  
Pərvərdigara! Bizi əmələ münasibətdə süstlükdən hifz 
et, ibadət və çalışqanlıqda həvəs ver, qəlbimizi oyandır!  
 
Ey qəflət içində xəbərsiz qalan, 
Bilirsənmi eşqlə dirilir insan?! 
Götürsən gözündən qara pərdəni  
Hər yanda görərsən Ona səcdəni. 
Bül-bül nalə çəkər yar sorağında,  
Əlbət, qızılgül də eşq marağında. 
                                                 
399
 “Tuhəful-uqul”, 91. 
400
 Ğurərul-həkəm”, 155. 
401
 “Biharul-ənvar”, 74-88. 
402
 “Kafi”, 3-266. 
403
 “Məcmueye-Vərram”, 2-86. 


 
301 
Lal olsun o dil ki, bir yaz gecəsi 
Cilvələr önündə kəsilib səsi. 
Bu eşqin əmriylə dolanmaqda yer, 
Üzən dağlar, düzlər oxumaqda şer. 
Bir sənsən lal olub, kor kimi duran, 
“Allah” söylə ola dərdinə dərman. 
Yetməzmi oturdum damaqla, dişlə  
Yetməzmi başını qatdın min işlə. 
Bəlkə qəlbinə də salasan nəzər,  
İnan ki, bir oldur ruhunu bəzər.  
İnsansan, dünyaya gəlişin ayrı,  
Yaxşı baxsan yetər canının seyri. 
Səndə olan fikir bir kimsənin yox,  
Qəlbində mərhəmət, gözündə yaş çox. 
Bu sərvət, bu məqam kimdə var axı, 
Oxu, insan adlı kitabı oxu. 
Səndən aşağılar səcdədə ikən,  
Sərxoş kimi haqdan kənar gəzirsən. 
Gəl tök ətəyindən tərsliyin daşın, 
İman, təqva, sevgi olsun yoldaşın. 
 
Qəvvi  əla  xidmətikə  cəvarihi,  vəşdud  ələl-əziməti 
cəvanihivəhəb liyəl-ciddə fi xəşyətikə vəd-dəvamə fil-
ittisali  bixidmətikə  hətta  əsrəhə  iləykə  fi  məyadinis
sadiqinə    usriə  iləykə  fil-barizinə    əştaqə  ilə 
qurbikə  fil-muştaqinə    ədnu    minkə  dunuvvəl-
muxlisinə  əxafəkə məxafətəl-muqininə  əctəmiə fi 
civarikə məəl-mumininə.”  
 


 
302 
(“Pərvərdigara!  Sənə  xidmət  üçün  əzalarıma  qüvvə 
ver,  qəlbimi  bəndəlik  üçün  möhkəmləndir,  mənə 
əzəmətin  qarşısında  qorxu  üçün  ciddilik  əta  et, 
xidmətinə  çatmaqda  daimi  müvəffəqiyyət  üçün  məni 
dözümlü  et  ki,  müsabiqə  meydanlarında  Sənə  doğru 
tələsim,  cıdıra  çıxanlar  arasında  Sənə  doğru  hərəkət 
edim,  müştaqlar  içində  Sənə  doğru  şövqlə  gəlim,  pak 
və  ixlaslılar  kimi  Sənə  yaxınlaşım,  Səndən  yəqin  əhli 
tək  qorxum,  Sənin  yanında  möminlərlə  bir  cərgədə 
durum.”)  
QÜVVƏ İSTƏYİ 
Əmirəl-möminin  Əli  (ə)  duanın  bu  hissəsində  bütün 
rəhmət qapılarını açıq görür. Duanın qəbul olması üçün 
bütün  şərtlərin  ödəndiyini  düşündüyündən  insanın 
kamala çatması ilə əlaqədar mənəvi nemətlər istəyir. 
Həzrət  Əli  (ə)  Allah-Taaladan  məşuqa  xidmət 
məqsədilə  əzalarına  güc,  qüvvə  diləyir.  Möminlərə 
xidmət Allaha  xidmətdir. Bütün bu xidmətlər üçün isə 
əlbəttə ki, qüvvəyə ehtiyac vardır.  
Əgər  Allah-Taala  öz  bəndəsinə  zəruri  olan  mənəvi, 
ruhani qüvvəni verərsə ibadət və xalqa xidmətdən şirin 
ləzzət tapılmaz.  
XÜSUSİ NEMƏTLƏRƏ ÇATMA YOLU 
Allah-Taalanın  xüsusi  nemətlərinə  çatmaq  üçün 
doğru yol yolçusu müəyyən şərtlərə əməl etməlidir: 
1.  Lazımi  iman  və  təqvaya  malik  olmayan  və  bunun 
üçün  çalışmayan  adamlara  yaxın  olmaqdan  çəkinmək, 
övliyalar və hal əhlinə yaxınlaşmaq; 


 
303 
2.  Nəinki  haram  tikədən,  hətta  şübhəli  yeməklərdən, 
sahibinin qazanc mənbəyi məlum olmayan süfrələrdən 
uzaq olmaq; 
3.  Mənəviyyatı  əxlaq  çirkinlikləri,  nəfs  azğınlıqları, 
ifrat  şəhvətdən  təmizləmək  və  qəlbdə  yalnız  ilahi 
xatirələrə yer vermək; 
4.  Qarınqululuqdan  çəkinmək;  5.  Ruha  zərərli, 
süstlük  yaradan  çox  yatmaqdan  və  ifrat  istirahətdən 
çəkinmək. 
ÜNSİYYƏT 
Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Ən  qorxulu  təhlükə 
pis yoldaşdır.”
404
  
Həzrət Əli (ə) buyurur:  
“Pis  adamla  oturub-durmaqdan  çəkin.  Çünkü  o  öz 
yoldaşını həlak edər, maddi və mənəvi cəhətdən süquta 
uğradar.”
405
  
“Hikmət  sahibləri  ilə  əyləş,  elmli  insanlarla  yoldaşlıq 
et, dünyadan üz döndər, Cənnətdə məskən seç.”
406
  
İmam Cavad (ə) buyurur:  
“Şər  adamla  yoldaşlıqdan  çəkin.  Çünki  o,  siyrilmiş 
qılınc kimidir. Görünüşü gözəl, nəticəsi çirkindir.”
407
  
İmam Sadiq (ə) buyurur:  
“Üç  qisim  insanla  dostluqdan  çəkin:  xəyanətkar, 
zalım və sözgəzdirən. Çünki bu gün sənə xeyir vermək 
üçün  başqasına  xəyanət  edən  kəs,  sabah  sənə  xəyanət 
                                                 
404
 “Biharul-ənvar”, 71-666. 
405
 Ğurərul-hikəm”, 431. 
406
 Ğurərul-hiəm”, 430. 
407
 “Biharul-ənvar”, 71-198. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə