Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə78/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   73   74   75   76   77   78   79   80   81

 
316 
Namaz  qılmaq,  Quran  qiraət  etmək,  Əhli-beyt 
dualarını  onların  şərtlərinə  əməl  etməklə  oxumaq, 
deyilən on şərt daxilində danışmaq Allahın zikrləridir. 
GÜNAKAR QADIN 
Mərhum  Kuleyni  “Rövzeyi-Kafi”  kitabında  İmam 
Sadiqdən (ə) belə rəvayət edir:  
Bir  abid  öz  ibadəti  ilə  İblisin  qəddini  qırmışdı.  İblis 
şeytanları toplayıb abidi yoldan çıxarmaq üçün onlarla 
məsləhətləşdi.  Şeytanlardan  biri  abidi  namazdan 
uzaqlaşdırmağa söz verdi. 
Həmin  şeytan  abidin  sovməəsinə  gəlib  aramsız 
ibadətə  başladı.  Fürsət  düşən  kimi  abid  ondan  bu 
möminliyin  səbəbini  soruşdu.  Şeytan  dedi:  “Mən 
günaha  yol  verdiyim  üçün  bu  günahın  qorxusundan 
ibadətdən yorulmuram.” Şeytandan məsləhət alan abid 
daha  yaxşı  ibadət  etmək  üçün  sadəlövhcəsinə  günah 
etmək qərarına gəldi. 
Günahkarlığı  ilə  tanınmış  qadın  abidi  günahkarlar 
məhəlləsində  görüb  onun  şeytana  aldandığını  anladı. 
Ona  yaxınlaşıb  dedi:  “Ey  abid!  Qayıt  səni  bura 
göndərənin yanına. Əgər tapmasan, bil ki, şeytandır.” 
Abid  geri  qayıdıb  öz  günah  məsləhətçisini  tapa 
bilmədi.  Onu  günahdan  çəkindirmiş  qadına  dua  etdi. 
Günahkar  qadın  həmin  gecə  dünyasını  dəyişdi.  Allah-
Taala  o  dövrün  peyğəmbərlərinə  belə  vəhy  etdi: 
“Camaatla  birgə  o  qadını  dəfn  et.  Mənim  bir  bəndəmi 
hidayət 
etdiyi 
üçün 
onun 
bütün 
günahlarını 
bağışladım.” 
 
Haqdan işıq düşdü, yola düzəldik, 


 
317 
Düzü göstərdilər, əyrini bildik. 
Sovməələr gəzdik haqq sorağında,  
Könül şərdən qopdu pir işığında. 
Gəzdik qapı-qapı bilik şəhərin,  
Ayıldıq mehində erkən səhərin. 
Ətirli güllərin səfasın görüb,  
Hər eşq ağacından bir meyvə dərib,  
Nəhayət ki, çatdıq vüsal çağına,  
Girdik mərifətin eşq otağına. 
Tövhid şərbətindən içib ayıldıq,  
Hüzurunu görən anda bayıldıq. 
Saflığın sevgisi diriltdi ruhu,  
Tanıdıq qüdrətli, şəriksiz şahı. 
 
DUANIN QƏBULU ÜÇÜN ZƏMANƏT 
“Bəqərə”  surəsinin  186-cı  ayəsində  oxuyuruq: 
“Bəndələrim  Məni  səndən  soruşduqda  söylə  ki, 
onların  duasını  qəbul  etməyə  yaxınam.”  “Ğafir” 
surəsinin 60-cı ayəsində isə belə buyurulur: “Mənə dua 
edin, dualarınızı qəbul edim.” 
Amma  unutmaq  olmaz  ki,  bu  zəmanət  heç  də  bütün 
dualara  aid  deyildir.  Yalnız  o  duaların  qəbuluna 
zəmanət  verilir  ki,  bu  dualarda  zəruri  şərtlərə  əməl 
edilsin.  
Biri  dua  edə  bilər  ki,  “Pərvərdigara,  dünyanın  bütün 
sərvətini mənə ver, ömrümü Qiyamət gününədək uzat, 
məni  Yusifdən  gözəl,  Davuddan  xoşavaz,  Həzrət 
Əlidən  (ə)  şücaətli  et”.  Yaranış  qanunlarına  uyğun 
gəlməyən  bu  məntiqsiz  duaların  qəbuluna  zəmanət 
mümkün deyil. Həqiqət aşiqlərinin isə həm özləri, həm 


 
318 
də  duaları  ölçü-biçilidir.  Mərifətli  insan  duası  qəbul 
olmadıqda  bunu  Allahın  məsləhəti  bilir  və  qətiyyən 
üzülmür.  
Rəvayətlərdə  nəql  olunur  ki,  dua  peyğəmbərlərin  və 
möminlərin  silahıdır.  Dua  insanı  labüd  çətinliklərdən 
qurtarır, sağalmaz xəstəlikləri sağaldır.  
Əhli-beyt rəvayətlərində duanın qəbulu üçün bir sıra 
şərtlər  bəyan  edilir:  ixlas,  hər  şeyin  Allahdan  asılı 
olmasına  yəqinlik,  vacib  əmrlərə  itaət,  pak  qəlb,  düz 
danışan  dil,  halal  ruzi,  xalqın  haqqını  ödəmə  qəlbin 
iştirakı, 
qəlbdə 
həyəcan, 
“bismillahir-rəhmanir-
rəhim”lə  başlamaq,  Peyğəmbər  (s)  və  Əhli-beytə  (ə) 
salavat  göndərmək,  günahların  etirafı,  ah-nalə  üzü 
torpağa  qoymaq,  iki  rəkət  namaz,  duanın  qəbul 
olacağına  ümid,  özündən  əvvəl  başqalarına  dua,  boş 
şeylər istəməmək, cəm halda dua, gizlində dua. 
ÜÇ DƏRDLİNİN DUASI 
Mötəbər 
bir 
rəvayətdə 
Cabir 
Cöfi 
Həzrəti 
Peyğəmbərdən (s) belə bir rəvayət nəql edir:  
Üç  müsafir  bir  dağın  ətəyindən  keçərkən,  dağdakı 
mağaraya  girib  ibadətə  başladı.  Dağdan  uçan  qaya 
parçası  mağaranın  ağzına  düşüb  yolu  bağladı. 
Müsafirlər  anladılar  ki,  bu  çətinlikdən  qurtulmağın 
yeganə yolu duadır.  
Birinci müsafir deyir: “Pərvərdigara, Sən şahidsən ki, 
mən  Cəhənnəm  odu  qorxusundan  gözəl  bir  qadından 
imtina etdim. Buna xatir bizə bir qurtuluş ver.” 
İkinci  müsafir  deyir:  “Pərvərdigara,  yarım  dirhəmə 
razılaşıb  əkin  sahəmdə  işləyən  fəhlə  işin  sonunda  bir 
dirhəm tələb edib, imtina etdiyim üçün çıxıb getdi. Mən 


 
319 
həmin yarım dirhəmi ayrıca bir torpaqda əkinə verdim. 
Uzun  müddət  sonra  bu  yarım  dirhəm  artıb  17  min 
dirhəm oldu. Bir gün həmin şəxs gəlib keçmişdə imtina 
etdiyi  yarım  dirhəmi  istədi.  Mən  yalnız  Sənin 
razılığından  ötəri  həmin  17  min  dirhəmi  ona  verdim. 
Buna xatir bizi bəladan qurtar.  
Üçüncü  müsafir  dedi:  “Pərvərdigara,  atam  və  anama 
süd 
apardığım 
vaxt 
onların 
yatdığını 
görüb, 
oyanmalarını  gözlədim.  Hətta  əlimdəki  qabı  yerə 
qoymadım  ki,  qabın  səsinə  oyanarlar.  Mən  o  əziyyətə 
Sənə xatir dözdüm. Buna xatir bizə nicat ver, ya Rəbb!” 
Bu  dualardan  sonra  qapını  tutmuş  daş  parçalandı, 
müsafirlər mağaradan çıxdılar.
443
  
QARA QULUN DUASI 
Bəni-İsrail  yeddi  il  qıtlığa  düçar  oldu.  Yetmiş  min 
nəfərlə  səhraya  çıxıb  yağış  üçün  dua  etdilər.  Allah-
Taala  Musaya  belə  xitab  etdi:  “Onların  duasını  necə 
qəbul edim ki, günahları başlarının üstünə kölgə salıb. 
Məni  çağırdıqları  halda  yəqinlikləri  yoxdur.  Qoy 
Mənim bəndəm Bürxdən istəsinlər ki, o dua etsin. Əgər 
o dua etsə qəbul edərəm.” 
Musa  deyilən  şəxsi  çox  axtardı.  Nəhayət,  alnında 
səcdə əlaməti olan bir qara qul tapdı. Salam verib adını 
soruşdu.  Məlum  oldu  ki,  bu,  həmin  şəxsdir.  Musa 
əhvalatı  danışıb  ondan  yağış  üçün  dua  istədi.  Bürx 
səhraya  çıxıb  Allaha  müraciətlə  belə  ərz  etdi: 
“Bəndələrini  yağışdan  məhrum  etmək  Sənin  şəninə 
sığmır,  Səndə  xəsislik  görmədik.  Necə  olar  ki,  lütf 
                                                 
443
 “Nurus-səqələyn”, 3-249. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə