Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə77/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   73   74   75   76   77   78   79   80   81

 
312 
Həzrət  Əli  (ə)  onları  məğlub  etmək  üçün  Allahdan 
yardım istəyir.  
Allah  yanında  məqama  çatanlardan  olmaq  istəyən 
insan  yəqinə  ixlasa,  əxlaqa,  təqvaya  can  atmalıdır. 
“Hucurat”  surəsinin  13-cü  ayəsində  buyurulur: 
“Şübhəsiz  ki,  Allah  yanında  sizin  ən  əziziniz  ən 
təqvalı olanınızdır.” 
İnsan  səadətinin  əsası  olan  təqva  üçün  üç  mərhələ 
zikr olunmuşdur: ümumi, xüsusi və ən xüsusi. Ümumi 
təqva  vacibləri  yerinə  yetirmək  və  haramları  tərk 
etməkdir.  Xüsusi  təqva  sahibləri  məkruhlardan 
(bəyənilməyən  şeylərdən),  bəzən  isə  mübahlardan  da 
çəkinir.  Ən  xüsusi  təqva  isə  Allahı  unutduran  hər 
şeydən çəkinməkdir. 
XACƏ NİZAMÜLMÜLK VƏ TƏQVALI KİŞİ 
Xacənin  həyatından  danışan  tarix  kitablarında 
rəvayət olunur ki, bir gün o, təqvalı bir kişi ilə rastlaşır. 
Xacə  deyir:  “Sən  ehtiyaclı,  mən  isə  varlıyam.  Məndən 
bir şey istə.” Kişi deyir: “Mən Allahdan Onun Özündən 
başqa bir şey istəmərəm. Çünki Allahdan başqa bir şey 
istəmək  layiq  deyil.  Belə  olan  halda  səndən  nə 
istəyim?!”  Xacə  deyir:  “Sən  məndən  bir  şey  istəmədin, 
icazə  ver  mən  səndən  bir  şey  istəyim.  Allahı  yad 
etdiyin  vaxt  məni  də  xatırlayasan.”  Kişi  deyir:  “Mən 
Allahı yad edəndə özümü unuduramsa, səni necə yada 
salım?!” 
ƏHMƏD XEZRƏVİYYƏ VƏ OĞRU 
Əxlaqlı  xəlq  olunub,  hamı  ilə  əxlaqlı  rəftar  edənlər, 
həqiqətən, ilahi əxlaq cilvəsidirlər.  


 
313 
Rəvayət  edirlər  ki,  bir  gün  Əhmədin  evinə  girmiş 
oğru  dəyərli  bir  şey  tapmayıb  evdən  çıxmaq  istəyir. 
Onu  gizlindən  müşahidə  edən  Əhməd  deyir:  -  “Sənin 
əliboş  getməyinə  razı  deyiləm.  Quyudan  su  çək,  tövbə 
qüslü  ver,  dəstəmaz  al,  namaz  qıl,  bəlkə  əlinə  bir  şey 
gəldi.”  Oğru  özündən  ixtiyarsız  Şeyxin  əmrinə  tabe 
olur.  Hava  işıqlanar-işıqlanmaz  qapı  döyülür,  bir  varlı 
şəxsin xidmətçisi Şeyxə yüz əşrəfi hədiyyə gətirir. Şeyx 
yüz  əşrəfini  oğruya  verib  deyir:  -  “Bu  sənin  bir  gecə 
ixlaslı ibadətinin zahiri mükafatıdır.” Oğru bu işlərdən 
təsirlənib birdəfəlik doğru yola qədəm qoyur.  
 
Yıxıldı torpağa, keçdi adından,  
Tövbəylə qurtuldu günah odundan.  
Ərz elədi Şeyxə “dönmüşəm daha”,  
Çətin bir də yolum düşə günaha. 
Bu günkü sevgini yaşayan andan  
Ötən günlər üçün könül pərişan. 
Nə yaxşı ki, səcdə oldu qismətim,  
Pərdə altda qaldı çox cinayətim.  
Gecə-gündüz gedəm məşuqa doğru 
Çətin ki, ruhumda duyula ağrı. 
Səadət axtarsan iki dünyada  
Sal gerçək məbudu hər zaman yada. 
 
Vəcəl  lisani  bizikrikə  ləhicən,    qəlbi  bihubbikə 
mutəyyəmən,    munnə  ələyyə  bihusni  icabətikə  və 
əqilni əsrətivəğfir zəllətifəinnəkə qəzəytə əla ibadikə 
biibadətikə    əmərtəhum  biduaikə    zəmintə 
ləhumul-icabətə  fəiləykə  ya  Rəbbi  nəsəbtu  vəchi,   


 
314 
iləykə ya Rəbbi mədədtu yədifəbiizzətikəstəcib li duai
 bəlliğni munayə  la təqtə min fəzlikə rəcaivəkfini 
şərrəl-cinni vəl-insi min ədai” 
 
(“Pərvərdigara!  Dilimi  zikrinlə  danışdır,  qəlbimi 
məhəbbətinlə  doldur,  mənə  dualarımın  qəbulu  ilə 
minnət  qoy,  büdrəmələrimə  göz  yum,  günahlarımı 
bağışla.  Çünki  Sən  bəndələrinə  ibadəti  əmr  etmiş, 
duaya  çağırmış,  duaların  qəbuluna  zəmanət  vermisən. 
Ey  Rəbbim,  üzümü  yalnız  Sənə  tutdum,  ehtiyac  əlimi 
yalnız Sənə uzatdım, Səni izzətinə and verirəm, duamı 
qəbul  et,  məni  arzuma  çatdır,  ehsanından  ümidimi 
kəsmə’  cin  və  insanlardan  olan  düşmənlərimin  şərrini 
sona çatdır.”) 
DİL 
Allahın  insana  əta  etdiyi  böyük  nemətlərdən  biri  də 
dildir. Dilin savabları böyük olduğu kimi, günahları da 
böyük  və  ağırdır.  Ariflər  deyirlər:  “Dilin  çəkisi  az, 
günahı isə ağırdır.” 
Böyük  mühəddis  Molla  Möhsün  Feyz  Kaşani 
“Məhəccətül-bəyza”  kitabında  buyurur:  “Dil  iyirmiyə 
yaxın  böyük  günaha  qadirdir:  qeybət,  böhtan, 
sözgəzdirmə’ istehza, şayiə yayma, yalan, söyüş, təhqir 
və s.”(6-190). 
Qurani-Kərimdə  dilə  yalnız  on  növ  söz  danışmağa 
icazə  verilmişdir.  Bu  çərçivədən  çıxan  insan  şeytana 
bəndə olur:  
1. “Həsən” danışıq, yəni xalqla xoş danışıq.
433
  
                                                 
433
 “Bəqərə”, 23. 


 
315 
2.  “Əhsən”  danışıq,  yəni  insanları  Allah  tərəfə 
dəvət.
434
  
3. “Ədl” danışıq, yəni məhkəmədə doğru şəhadət.
435
  
4.  “Sidq”  danışıq,  yəni  cəmiyyətdə  möminlərin 
xeyrinə və düz danışıq.
436
  
5. “Kərim” danışıq, yəni ata-ana ilə xoş danışıq.
437
  
6. “Ləyyin” danışıq, yəni insanları yaxşıya əmr edib, 
pisdən çəkindirən vaxt mülayim danışıq.
438
  
7.  “İman”  danışıq,  yəni  Allahın  birliyi  və 
peyğəmbərliyin iqrarı.
439
  
8. “Sədid” danışıq, yəni hər zaman savab danışıq.
440
  
9. “Məruf” danışıq, yəni yetimlər və ailəyə nəvaziş.
441
  
10. “Bəliğ” danışıq, yəni nəsihətli, natiq danışıq.
442
  
 
Bu çərçivəni gözləyən insanın mükafatı yalnız Allaha 
bəllidir.  Biz  yalnız  əhsən  «danışıq»  haqqında  söhbət 
edəcəyik.  Həzrəti  Peyğəmbər  (s)  Həzrət  Əlini  (ə) 
Yəmən  camaatının  hidayəti  üçün  göndərdiyi  vaxt  ona 
buyurur:  “Ya  Əli  (ə)!  Bir  şəxsi  haqqa  dəvət  etməyincə 
onunla vuruşma.” 
                                                 
434
 “Fussilət”, 33. 
435
 “Ənam”, 152. 
436
 “Şüəra”, 84. 
437
 “İsra”, 23. 
438
 “Taha”, 43. 
439
 “Bəqərə”, 136. 
440
 “Nisa”, 9. 
441
 “Nisa”, 5. 
442
 “Nisa”, 63. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə