Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə23/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
1   ...   19   20   21   22   23   24   25   26   ...   81

 
94 
yağdırmış,  onları  yalançı,  sehirbaz,  şair  adlandırmış, 
hətta  dəlilikdə  ittiham  etmişlər.  Heç  bir  yalandan 
çəkinməyən  bu  qövm  İlahi  həqiqətləri  təhrif  etmiş, 
hətta Tövrat, İncil, Zəbur kimi İlahi kitablarda təhriflər 
etmişlər.  Əgər  bu  insanların  imkanı  olsaydı,  əlbəttə  ki, 
Quran da təhrifə məruz qalardı. Amma Quran ayələrini 
dəyişə  bilməsələr  də  bu  ayələri  öz  istədikləri  kimi 
mənalandıran  kafirlər  xalqı  çaşdırmaqla  cəhənnəm 
əzabını qazanmışlar. 
 Bu yalançı dəstə peyğəmbərin həqiqi varisi olan Əhli-
beyti (ə) hökumətdən uzaqlaşdırmaqla bəni-Üməyyə və 
bəni-Abbas  kimi  zalım  sülalələri  taxta  çıxarmışlar. 
Beləcə  insanlar  həqiqi  elm  və  maarifdən  məhrum 
edilmiş,  onlara  cildlərlə  saxta  hədislər  təqdim 
olunmuşdur.  Əgər  imamlar,  xüsusi  ilə  də  İmam  Baqir 
(ə)  və  İmam  Sadiq  (ə)  peyğəmbər  adından  uydurulan 
saxta  göstərişləri  batil  etməsəydilər,  bu  gün  həqiqi 
İslamdan əsər-əlamət belə qalmazdı. Bu gün də məsum 
imamların  (ə)  göstərişləri  həqiqəti  yalandan  seçmək 
üçün  əsas  vasitədir.  Bəli,  imamların  (ə)  və  fədakar  şiə 
alimlərinin  şəhadəti  və  zəhmətləri  hesabına  həqiqi 
Məhəmməd (s) dini hifz olunmuşdur. 
Fırıldaqçı  kafirlər  son  iki  yüz  ildə  Asiya,  Avropa  və 
Amerikada  elm,  siyasət  və  mədəniyyət  sahələrində 
dərya-dərya  yalanlar  uydurmuşlar.  Gözəl  libas 
geyindirilib,  boyaqlanmış  bu  yalanları  tanımaq  üçün 
dərin  düşüncəyə  ehtiyac  var.  Bəzən  bu  yalanlar 
qarşısında hətta ruhani tələbə və alimlər də özünü itirib 
tora  düşmüşdür.  Bu  fırıldaqçıların  zahirən  şirin, 
daxilən  zəhərli  şüarlarına  baxın:  “Din  millətlər  üçün 


 
95 
tiryəkdir”; “Hakimiyyətə mədəni insan layiqdir”; “Elm 
bütün  müşkülləri  həll  edir»;  “Demokratiya,  azadlıq, 
xalqın-xalqa  hakimiyyəti  -  Allahın  saleh  insanlar 
vasitəsilə  hakimiyyətinin  əvəzində”.  Ənlik-kirşanı, 
həyəcanlandırıcı  geyimi  ilə  göz  qamaşdıran  liberalizm 
milyonlarla 
insanı 
Allahdan, 
həqiqi 
dindən 
uzaqlaşdırmışdır. 
Əziz oxucular, Qurani-Kərimin bu müqəddəs şüarına 
haqq  verin:  “Yalançılara  Allahın  lənət  etməsini 
diləyək.”
72
   “Zumər”  surəsinin  3-cü  ayəsində 
buyurulur: “Allah yalançı, nankor olan kimsəni doğru 
yola  müvəffəq  etməz”.  İslam  Peyğəmbəri  (s)  və  onun 
Əhli-beytinin 
(ə) 
yalan 
haqqında 
göstərişlərini 
unutmayın.  Həzrət  Peyğəmbər  (s)  buyurur:  “Sizə  ən 
böyük  günahı  xəbər  verimmi?  Allaha  şərik  qoşmaq, 
ata-ana  ilə  pis  rəftar,  yalan  danışıq”;  “Ən  pis  danışıq 
yalan  danışıqdır”;  “Yalan  danışanın  kişiliyi  hamıdan 
aşağıdır”.
73
  
İslam  Peyğəmbərindən  (s)  soruşdular  ki,  «mömin 
qorxaq  ola  bilərmi?»  Həzrət  (s)  buyurdu  ki,  bəli. 
«Soruşdular  ki,  xəsis  ola  bilərmi?»  Buyurdu  ki,  bəli. 
Soruşdular  ki,  mömin  yalançı  ola  bilərmi?  Həzrət 
buyurdu: “Yox!”
74
  Həzrət Əli (ə) buyurmuşdur: “İnsan 
zarafat  və  ya  ciddi  olan  yalanı  tərk  etməmiş  imanın 
ləzzətini  dadmaz”.
75
   “Yalandan  çirkin  iş  yoxdur”.
76
  
“Düzlük əmanət, yalan isə xəyanətdir.”
77
  
                                                 
72
 “Ali-İmran» surəsi, ayə 61. 
73
 “Biharul-ənvar”, 69-cu cild. 
74
 “Biharul-ənvar”, 69-cu cild, səh.262. 
75
 “Kafi” 2-ci cild, səh-340. 


 
96 
İmam  Sadiq  (ə)  buyurur:  “Allah-Taala  pisliklər  üçün 
qıfıl  qərar  verib.  Bu  qıfılların  açarı  şərabdır.  Yalan 
şərabdan da pisdir.”
78
  
Musa  (ə)  Allah-Taalaya  belə  ərz  etdi:  “Əməlinə  görə 
hansı bəndən daha yaxşıdır?” Allah buyurdu: “O kəs ki 
dilini  yalandan  qoruyur,  qəlbi  həqiqətdən  dönmür, 
zina etmir.”
79
  
Dini  maarifdə  deyilir  ki,  yalançı  fasiq,  günahkardır. 
Mələklər  yalançıya  lənət  yağdırır.  Yalançının  nəfəsi 
üfunət,  özü  imansız,  üzü  qaradır.  O,  Allahın  qəzəb  və 
lənətinə düçardır. Yalançı ən böyük günahkarlardandır 
və  münafiqdir.  Onunla  dostluq  və  yoldaşlıq  yaramaz. 
İlahi  hidayətdən  məhrum  olan  yalançı  zahirdə  insan, 
daxildə əti haram olan heyvan kimidir! 
ALLAH HÖKMÜNÜN ZİDDİNƏ MÜHAKİMƏ 
İnsanı əzaba düçar edən günahlardan biri də hakimin 
Allah hökmünün ziddinə höküm verməsidir. Əgər qazi 
ilahi  hökmü  bildiyi  halda  kimisə  razı  salmaq  üçün  bu 
hökmün  ziddinə  qərar  çıxararsa,  kafir,  zalım  və 
fasiqdir.
80
   Allahın  hökmünü  rədd  etmək  küfr,  kimisə 
haqqından  məhrum  etmək  zülm,  iman  dairəsindən 
çıxmaq isə günahdır. İmam Sadiq (ə) buyurur: “Hər kəs 
iki dirhəmə görə Allah buyruğunun ziddinə çıxsa, kafir 
olmuşdur.”
81
  
                                                                                                     
76
 “Tövhidi-Səduq», səh-72. 
77
 “Biharul-ənvar”, 69-cu cild, səh-261. 
78
 “Biharul-ənvar”, 69-cu cild, səh-261. 
79
 “Cameül-əxbar”, səh-173. 
80
 “Maidə” surəsi, ayə 44-45-47. 
81
 “Günahani-kəbirə” 2-ci cild, səh-365. 


 
97 
ZƏKAT ÖDƏMƏMƏK 
Dördayaqlı  heyvanların,  qızıl  və  gümüşün  zəkatını 
vermək  vacibdir.  Vacib  olmuş  zəkatdan  boyun 
qaçırmaq  ağır  günahdır.  Əksər  Quran  ayələrində 
namazın  ardınca  zəkata  işarə  olunur.  Bu  ardıcıllıq  bir 
daha  zəkatın  əhəmiyyətini  göstərir.  Zəkatı  tərk  etmək 
namaz və həccin tərk edilməsi kimidir. Zəkat hökmünü 
inkar  edən  şəxs  kafir  olur.  İmam  Sadiq  (ə)  bir  hədisdə 
buyurur:  “Zəkat  varlıların  imtahana  çəkilməsi  və 
möhtacların  ehtiyacının  ödənməsi  üçün  vacib  oldu. 
Əgər  hamı  zəkat  ödəsəydi,  bir  müsəlman  belə  möhtac 
qalmazdı. Bir çox insanların səfalət içində yaşamasının 
səbəbkarı zəkat ödəməyən varlılardır. Malının zəkatını 
ödəməyən  kəsin  ilahi  rəhmətdən  faydalanması  rəva 
deyildir. Yalnız zəkat ödənmədiyi üçün kimlərinsə var-
dövləti tələf olur”.
82
  
Həzrət  Fatimə  (s)  peyğəmbər  məscidində  xalqa  üz 
tutub  belə  buyurdu:  “Allah  sizə  imanı  vacib  edib  ki, 
şirkdən  pak  olasınız.  Namazı  vacib  buyurub  ki, 
təkəbbür  xəstəliyindən  qurtulasınız.  Zəkatı  vacib 
buyurub ki, xəsislikdən təmizlənəsiniz.”
83
  
Həzrət  Riza  (ə)  öz  xidmətçisinə  buyurdu:  “Bu  gün 
Allah  yolunda  bir  şey  vermisənmi?”  Xidmətçi  bildirdi 
ki,  yox.  Həzrət  buyurdu:  “Bəs  Allah  bizə  nəyə  görə 
inayət etsin?”
84
  
                                                 
82
 “Vəsailuş-şiə”, 9-cu cild, səh-12. 
83
 “Biharul-ənvar”, 29-cu cild, səh-223. 
84
 “Günahani-kəbirə”, 2-ci cild, səh-223. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə