Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə16/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   ...   10   11   12   13   14   15   16   17   18
x001

Turizm xərclərinin ölçülməsi

Gəlmə ziyarətçilərin sərhəddə və ya başqa bir yerdə mümkün olan müayinəsi zamanı xərclər üzrə xüsusi modulun daxil edilməsi tövsiyə olunur.

Sərhəddə müayinələr müntəzəm (hər ay, hər rüb, illik) və ya müəyyən müddətdə (yüksək və aşağı tələbat mövsümündə) həyata keçirilə bilər. Bəzi ölkələr modelləşdirmənin interpolyasiya və ya ekstrapolyasiya üsullarından istifadə etməklə belə əməliyyatları seçmənin uyğun ölçü və formalarına əsasən vaxtaşırı keçirilməsini qərarlaşdıra bilərlər. Analoji olaraq müşahidə yalnız müəyyən sərhəd məntəqələrində aparıla bilər. Quru açıq sərhədlərdə müayinəni keçirmək çətinliyi yarandıqda bəzi ölkələr kollektiv yerləşmə vasitələrində sorğu aparırlar, yəni “güzgü statistikasından” istifadə edə bilərlər (getmə turizminə aid edilən turistlərin və xərclərin statistikası, turistin - qeyri rezidentin hansı ölkədən gəlməsi barədə olan məlumat). Bu informasiya digər məlumat mənbələr ilə, məsələn kredit kartı ilə aparılan əməliyyatlar barədə məlumatla tamamlana bilər.

Daxili və getmə turizmə aid olan xərclərlə bağlı turizm üzrə ev təsərrüfatlarının xüsusi müayinəsindən və ya ev təsərrüfatlarının ümumi xərclərinin müayinəsinə dair dövri moduldan (aylıq, rüblük, illik) istifadə etmək olar. Bu müayinələri müntəzəm keçirmək olar. Adətən qısa müddətli planda istehlakın xarakteri sabitdirsə, belə müayinələri daha fasilələrlə keçirmək məqsədəuyğundur və onu qiymətləndirmə ilə əlaqələndirmək olar. Daxili turizmə aid xərcləri ölçmək üçün iqtisadi səmərəliliyi əlaqələndirmək məqsədilə bu və ya digər mal və xidmətləri təqdim edən iqtisadiyyatı müəyyənləşdirmək lazımdır.

Alternativ qiymətləndirmə metodu kimi müxtəlif növ inzibati məlumatları (bankın hesab sistemi, kredit kartları üzrə hesab, səyahət bürosu, şirkətlər, nəqliyyatı tənzimləyən orqanlar vasitəsi ilə təqdim edilən nəqliyyat xərcləri) hesab etmək olar.

Turistlərə öz xərcləri haqqında konkret səfər və ziyarətlə əlaqədar, xüsusən də uzun və qısa müddətli dövrdə müfəssəl məlumat verilməsi barədə müraciət etmək, məlumatların dəqiqliyi baxımından diqqətli olmağı tələb edir.

Uyğun təsnifatdan istifadə etməklə bəzi ölkələrdə məlumatların yığılması məhdud kateqoriyalarla məqsəd (xərclərin ümumi məqsədi üzrə) və ödəmələrə görə aparılır. Məsələn, turistdən mehmanxananın tam qiymətini və ödəmə forması haqda məlumat verməsini xahiş etmək olar. Buna baxmayaraq, bu hesaba yerləşdirmə xərcləri ilə bərabər yemək və sair xidmətlər, məsələn camaşirxana, telefon, biznes-mərkəzi, sağlamlıq mərkəzi və istirahət zonası üzrə xərclər də daxil ola bilər. Nəticədə müəyyən mövqeləri ayırmaq mümkün olmur, bunun üçün bəzi əlavə qiymətləndirmə tələb olunur.

Aşağıda bir neçə ölçü aspektləri qeyd edilmişdir.

a) ziyarətçilərin əsas xarakteristikasını və səfərləri dəqiq müəyyən etmək vacibdir ki, həmin məlumatı digər statistik üsullarla müşahidə edilən ziyarətçilərin ümumi sayı ilə əlaqələndirmək və toplanılan məlumatların əhatəliliyini genişləndirmək mümkün olsun;

b) turistlərin əldə etdikləri mal və xidmətlər gəlmə, daxili və ya getmə turizmə aid xərclər kimi təsnifləşdiyi üçün turistin daimi yaşadığı yer və istehlakçının qeydiyyatını dəqiq müəyyən etmək tövsiyə olunur. Bunu xüsusən səfərə qədər çəkilən xərclər, birinci növbədə bu beynəlxalq nəqliyyatla əlaqədar olduqda nəzərə almaq vacibdir;

c) kompleks turlar çərçivəsində səfər edən turistlərdən ümumi ödənilən məbləğə görə məlumat toplamaq lazımdır, eyni zamanda paketə daxil olan xidmət komponentləri, turpaketin alındığı yer, turoperator və ya turagentliyin qeydiyyatdan keçdiyi ölkə, xidmət göstərənin (xüsusilə beynəlxalq nəqliyyatın xidməti) hansı ölkədə qeydiyyatda olması barədə əlavə məlumat və turistlərin yaşadığı ölkə haqqında informasiya toplamaq lazımdır;

d) ölkəyə gələnlərin hansı nəqliyyat növündən istifadə edilməsi, səfər zamanı istifadə etdiyi nəqliyyat və ölkəni hansı nəqliyyat növü ilə tərk etməsi barədə də dəqiq məlumat müəyyən edilməlidir (imkan daxilində daşınmanın həyata keçirənin qeydiyyat-ölkəni müəyyən etmək), çünki turpaketə xidmət bir hissə kimi daxil olur;

e) turizm xərclərini qiymətləndirmək üçün bəzi ölkələr turist axınını və xarakteristikasını (əsasən aylıq) öyrənməyi lazımlı hesab edirlər, lakin bu zaman xərclər daha az dövrliliklə müayinə (məsələn, iki ildən bir, beş ildən bir) edilməlidir. Bu halda cari ildə turizm xərclərini qiymətləndirmək üçün həcm (yəni turist axını) və qiymət indeksləri üzrə ətraflı müşahidələr və ekstrapolyasiyalar tətbiq etməli, turistlərin səyahət zamanı bütün xərcləri üzrə məlumatlardan istifadə etmək lazımdır;

f) turistin öz hesabına nə qədər xərclədiyini dəqiq müəyyənləşdirmək vacib olmaqla bərabər həm də digərləri tərəfindən onlar üçün nə qədər xərcləndiyi barədə də dəqiq məlumatlar əldə etmək lazımdır;

g) turizm xərclərinin əsas hissəsi ev təsərrüfatında son istehlak xərclərinə aiddir. Buna baxmayaraq, nəqliyyat və yerləşmə vasitələri ilə əlaqədar olan xərcləri hər iki halda turistlər tərəfindən ödənildiyini göstərmək olmaz. Adətən işgüzar səfərlərdə olanların xərcləri işəgötürənlər tərəfindən ödənilir. Bu ev təsərrüfatlarının son istehlak xərclərinə aid edilmir. Digər makroiqtisadi sistemlərlə müqayisə etmək üçün bu cür turizm xərclərini ayrıca hesablamaq lazımdır.

h) Turistlər tərəfindən əldə edilmiş uzun müddət istifadə edilən qiymətli əşyalar və istehlak malları qiymətindən asılı olmayaraq turizm xərclərinin bir hissəsi hesab edilir. Ölkə tərəfindən müəyyən edilmiş gömrük dəyəri qiymətindən yüksək qiyməti olan mallar isə turizm xərclərinə daxil edilmir, tədiyə balansı və milli hesabların tərkibində mallarla ticarət kateqoriyasına daxil edilir.

i) Yuxarıda göstərildiyi kimi qrup halında səyahət edənlərlə əlaqədar aşağıdakı faktorlara xüsusi diqqət yetirmək lazımdır:


  • qrup səyahəti çərçivəsində bütün və ya bəzi xərclərin birləşdirilməsi, son nəticədə müayinədə xərclər üzrə müxtəlif məlumatlar göstərilsə də bu bir turistə deyil, bütün səyahət qrupuna aid edilir.

  • bəzi ölkələr bütün və ya hər hansı bir turizm xərclərinin növləri üzrə ekvivalentlik şkalası tərtib edilməsini vacib hesab edirlər. Hazırda bir sıra ölkələrdə ev təsərrüfatının büdcəsində təhlilin bəzi növləri üzrə bu təcrübədən keçirilir. Fərdi və qrup halında səyahət edənlərin xərclərinin birgə göstərilməsi hər nəfərə düşən xərclərin səviyyəsinin aşağı düşməsinə səbəb olur, bunun üçün hər nəfərə düşən xərcləri müqayisə etdikdə yerləşmə vasitələrinə (bir otaqda yaşayan bir neçə nəfər) və ya nəqliyyata (bir maşında bir neçə nəfər və ya dəmiryolu, yaxud ictimai nəqliyyatın digər növləri ilə səyahət edən qruplar üçün xüsusi tariflər) çəkilən xərclərdə olduğu kimi bu faktı nəzərə almaq lazımdır.

j) Turistlərin ziyarət edildiyi yerlər və bu yerlərin hər birində qalma müddəti barədə məlumatların da toplanması həyata keçirilməlidir.


Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə