Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76


Turist xərclərindən gəlir əldə edən iqtisadiyyat



Yüklə 281 Kb.
səhifə13/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   ...   10   11   12   13   14   15   16   17   18
x001

Turist xərclərindən gəlir əldə edən iqtisadiyyat

Turizmin makroiqtisadi təhlilində və hər hansı bir konkret sahəyə təsirini müəyyənləşdirmək üçün turistlərin əldə etdiyi xidmət və malın hansı ölkənin iqtisadi rezidentinə aid olmasını bilmək lazımdır. Burda əsas məqsəd xidmət və malın harada istehsal edilməsini və ya harada istehlak olunmasını müəyyənləşdirməkdir. Bəziləri istisna olunmaqla demək olar ki, bu halların əksəriyyəti eynidir. Məsələn, beynəlxalq daşımalarda daşımanı təklif edən daşıma- kompaniya ölkəsi hesab edilə bilər, bu xidmət zamanı xərclərin harada həyata keçirilməsi və ya bu xidmətin harada sərf edilməsi vacib deyildir.

İqtisadiyyatda turizm xərclərindən əldə edilən gəliri tamamilə turistlərin bilavasitə səfər etdiyi yerə (ölkəyə) görə əsaslandırmaq olmaz. Səyahət edilən yer (ölkə) ilə iqtisadiyyat arasında dəqiq qarışıqlı əlaqə olmur. Məsələn, beynəlxalq səfərlərlə əlaqədar xərclərin hamısı turistin daimi yaşadığı ölkə iqtisadiyyatından kənarda həyata keçirilmir, bəzi xidmətlər həmin ölkənin rezidentlərindən də əldə oluna bilər.

Turizm xərcləri səfərə hazırlaşan şəxslərlə əlaqədardır, bu xərclər adi yaşayış mühitində və ya səyahət etdiyi zaman olduğu müxtəlif yerlərdə baş verə bilər, hər iki halda xərclər turizm xərclərinə aid edilir. Bu alınmış malın xarakterindən və xidmətdən (yanacağın alınması, səyahət bürosunun xidməti, səyahət üçün tələb olunan peyvəndin edilməsi) və ya turistin xüsusi istəyindən (bəziləri səyahət üçün lazımı geyimlərin, ləvazimatların və ya başqa malların alınmasına səyahətə qədər, bəziləri isə səyahət zamanı digər turizm xərcləri ilə birlikdə etməyə üstünlük verirlər) asılıdır.




Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə