Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə15/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
1   ...   10   11   12   13   14   15   16   17   18
x001

Xərclərin təsnifatı
Mövcud iqtisadiyyatdakı ziyarətçi tələbatını təkliflə müqayisə etmək üçün turizm xərclərinin ümumi məbləği ilə yanaşı bu məbləğin komponentləri haqqında da məlumat toplamaq lazımdır.

Turizmlə əlaqədar konkret mal və xidmətə olan tələbatın müəyyən edilməsi və bu tələbatın təkliflə müqayisəsi tələb və təklif arasında qarşılıqlı əlaqə yaradılmasını tələb edir. Buna mal və xidmətlərin ümumi təsnifatını yaratmaqla nail olmaq olar. Adətən, sənaye statistikasında və milli hesablar sistemində məhsulların tədqiqi “Əsas məhsul növləri Təsnifatı” (CPC) əsasında həyata keçirilir. Azərbaycanda bu təsnifatın analoqu Avropanın CPA təsnifatı əsasında hazırlanmış milli Məhsul Növləri Təsnifatıdır. Turizm xərclərində malların (xidmətlərin) bölgüsü bilavasitə turistlərin təqdim etdiyi məlumatlar əsasında tərtib edilir və buna görə də turistlərin başa düşməsi üçün təsnifat mümkün olduğu qədər sadə olmalıdır.

Turizm xərclərinə dair məlumatların yığılmasını təmin etmək üçün xərcləri məqsədələrə görə təsnifatlaşdırmaq lazımdır. Turistlərdən məlumatların toplanmasının ən geniş yayılmış yollarından biri xərclərin məqsədlərə görə qruplaşdırmaqla əldə etməkdir. Bunun üçün məqsədlər üzrə fərdi istehlak təsnifatı ilə malların beynəlxalq təsnifatının əlaqələndirməsini həyata keçirmək faydalıdır və bu işləri asanlaşdırır. Turizm sahəsini təhlil etmək üçün aşağıdakı kateqoriyalardan daha çox istifadə edilir:


Əldə edilmiş mal və xidmətlərə çəkilən xərclərlə bağlı sorğu məlumatlarının bölgüsünün aparılması zamanı turistlərin və ya səyahət kompaniyalarının səfərlərin uyğun xarakteristikası (səfərin məqsədi, yeri, səfərin təşkili, müddəti və s.) ilə bu məlumatın əlaqəli təsnifatından istifadə etmək lazımdır. Bu məlumatlar ziyarətçinin və ya səyahət kompaniyasının (səyahətin məqsədi, yaşama yeri, səfərin təşkili, qalma müddəti və s.) xarakterinə uyğunlaşmalıdır. Bu baxımdan seçmənin necə keçirilməsinə (formatına) və ölçüsünə ciddi yanaşmaq lazımdır. Çünki, bu yığılmış bütün informasiyalardan tam istifadə etmək üçün əsas amillərdən biridir.


Yüklə 281 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə