İxtisas uyğunluğunun öncədən müəyyənləşdirilməsi üçün DƏVƏt tarix: 26 fevral 2016



Yüklə 12,65 Kb.
tarix18.05.2018
ölçüsü12,65 Kb.
#44391

İxtisas uyğunluğunun öncədən müəyyənləşdirilməsi üçün

DƏVƏT

Tarix: 26 fevral 2016

Kredit Sazişi №: AZB-P4

İUÖM dəvət №: JICA.AZB P-4. W/C-5




  1. Azərbaycan Respublikası Hökuməti “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin maliyyələşdirilməsi üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən kredit almışdır. Kredit vəsaitlərinin bir hissəsinin bu dəvətin predmeti olan işlərin icrasına xərclənməsi nəzərdə tutulur

  2. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Paket W5: Naftalan şəhərində Çirkab Su Təmizləmə Qurğusunun (ÇSTQ) layihələndirilməsi və tikintisi üzrə işləri yerinə yetirməyə iddialı olan podratçıları və yaxud firmaları ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üzrə müsabiqədə iştirak etməyə dəvət edir: İş həcminə aşağıdakı işlər daxildir:

  1. Çirkab Su Təmizləmə Qurğusunun (ÇSTQ) layihələndirilməsi və tikintisi;

  • İlkin təmizlənmə avadanlığının gücü: 21 000m3/gün

  • Bioloji təmizləmə avadanlığının ümumi gücü: 6,000 m3/gün

  • İnşaat mərhələsi: 2 mərhələdə

  • Birinci faza üçün bioloji təmizlənmə gücü: 3 000 m3/gün

Naftalan ÇSTQ-nın tikintisinin iki mərhələdə həyata keçirilməsi planlandığı üçün bio-təmizləmə qurğularının birinci mərhələ üçün layihələndirilməsi müqavilədə nəzərdə tutulacaqdır.

  1. ÇSTQ ərazisində inzibati bina;

  2. Ehtiyat hissələrin və avadanlığın təchizatı;

  3. ÇSTQ-dan əraziyə gedən 1300 metr uzunluğunda mövcud giriş yolu üçün torpaq yatağının tikintisi, hamarlanması və 6 metr enində asfaltla döşənməsi;

  4. Yarımstansiyadan ÇSTQ ərazisinə qədər xarici elektrik təchizatının layihələndirilməsi və tikintisi;

  5. İstismar edilməsi və texniki xidmət;

Zəmanət sınaqlarının tamamlanaraq istismara qəbul olunduğu tarixdən başlayaraq çırkab su təmizləmə qurğusunun bir il müddətinə istismarı və texniki xidməti göstərilməsi.

  1. Təlim;

Sifarişçiyə təlimlərin keçirilməsi

  1. Tenderə dəvətin 2016-cı ilin iyul ayında baş tutması gözlənilir.

  2. İddiaçıların ixtisas uyğunluğunun qabaqcadan müəyyənləşdirilməsi üçün Yaponiyanın ODA (İnkişafa Rəsmi Yardım) kreditləri üzrə 1999-cu il oktyabr nəşrli Satınalma Təlimatları Toplusunda əks olunmuş qaydalar tətbiq olunacaqdır. Qeyd olunan təlimatlar toplusu bilavasitə təlimatda müəyyən edilmiş üzv ölkələrə mənsub olan bütün iddiaçılar tərəfindən əldə oluna bilər.

  3. Maraqlanan iddiaçılar şənbə və bazar günləri istisna olmaqla bazar ertəsindən cümə gününə qədər, yerli vaxtla saat 10:00-dan 17:00-dək (AZT, GMT +4s) aşağıda qeyd olunan ünvandan əlavə məlumat əldə edə və ya həmin ünvana gələrək ixtisas uyğunluğunun öncədən müəyyənləşdirilməsi üzrə şərtlər toplusunu nəzərdən keçirə bilərlər.

  4. Maraqlanan iddiaçı(lar) aşağıdakı ünvana yazılı müraciət təqdim edərək ixtisas uyğunluğunun qabaqcadan müəyyən edilməsi sənədlərinin tam dəstini geri qaytarılmayan 320 AZN və ya 200 ABŞ dolları məbləğində vəsaiti aşağıda qeyd olunan hesaba birbaşa ödənilməklə əldə edə bilərlər:

Benefisiarın adı: “AZƏRSU” ASC

VÖEN: 9900001751

Benefisiarın bankı: “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Bank VÖENİ: 9900003611

Yerli valyuta hesabı: AZ65AIIB33070019441100216111

Xarici valyuta hesabı: AZ55AIIB33170018401100216111

Kod: 200112

SWIFT Kod: AIIBAZ2X



  1. İxtisas uyğunluğunun öncədən müəyyənləşdirilməsi üzrə müsabiqədə iştirakla bağlı ərizələr möhürlü zərfə qoyulmalı və zərfin üzərində aydın şəkildə “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi, Paket W5: Naftalan şəhərində Çirkab Su Təmizləmə Qurğusunun (ÇSTQ) layihələndirilməsi və tikintisi üzrə ixtisas uyğunluğunun öncədən müəyyənləşdirilməsi üçün müraciət” yazılmaqla 08 aprel 2016-cı il 16:00-dək (yerli vaxtla) aşağıdakı ünvana təqdim olunmalıdır.

Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Kimə: cənab İlqar R. Tağıyev, Tender və beynəlxalq

layihələrin idarə olunması departamentinin rəisi

Ünvan: Moskva prospekti 67, Bakı şəhəri AZ1012, Azərbaycan

Telefon: +994 12 431 4767 (1033)

Faks: +994 431 47 92

E-poçt: i.tagiyev@azersu.az
Yüklə 12,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə