Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

 

25 


törətdiyi  fəsadı  sehrbaz  bir  ildə  törədə  bilmir”.  Söz  gəzdirmək 

də  sehrin  bir  növüdür.  Çünki,  o  insanlar  arasında  təfriqəçilik 

salmaqla,  sevgi  ilə  birləşən  qəlbləri  ayırmaqla  sehrlə  eyni 

xüsusiyyətlər  daşıyır.  (Bax;  “Fəthul  Məcid”  “Tövhid  kitabı”nın 

şərhi səh; 325)  

 

 



 

Söz  çatdırılan  insan  nə  etməlidir.  Đmam  Nəvəvi 

buyurur: Hər hansısa bir şəxs gəlib “Fılankəs sənin barəndə belə 

danışır”  və  ya  “belə  hərəkət  edir”  deməklə  söz  gəzdirirsə, 

mömin  ona  qarşı  aşağıda  qeyd  olunan  altı  formada  reyaksiya 

göstərməlidir:   

 

Birincisi,  onu  təsdiq  etməməlidir.  Çünki,  söz  gəzdirən 



fitnəkar olur. 

 

Ikincisi,  onu  bu  əməldən  çəkindirməli,  ona  tövsiyə 



etməli və əməlini pisləməlidir. 

Üçüncüsü,  Allah  yolunda  ona  qəzəblənməlidır.  Çünki, 

Allah  taalanın  qəzəbinə  səbəb  olanlar  barəsində  qəzəblənmək 

möminə yaraşan vacib əməldir.  

 

Dördüncüsü,  yanında  olmayan  qardaşı  barəsində  pis 



fikirləşməməlidir. 

 

Beşincisi,  ona  fitnə  törətmək  niyyəti  ilə  danışılan  şey 



barəsində pis fikirlərə düşməməlidir.   

 

Altıncısı,  söz  gəzdirən  insana  qadağan  etdiyi  bir  şeyi 



özünə  rəva  bilməməlidir.  Çünki,  ona  danışılanı  başqasına 

danışmaqla onun özü də söz gəzdirənə çevrilir… (Đmam Nəvəvi 

bunları  “Müslim”i  şərh  edərkən  Đmam  Qəzalidən  nəql  edərək 

qeyd  edir.  2/113  “Fəthul  Bari”  10/473  Nəvəvinin  “Zikrlər”  səh 

299)  

 

 



 

Ikiüzlülük.  Əbu  Hüreyrədən  rəvayət  olunan  hədisdə 

peyğəmbər (s) buyurur: “Insanların ən şərlisi birinin yanında 

bu  cür,  digərinin  yanında  başqa  cür  olan  ikiüzlü 

adamlardır”.  (Buxari  13/170,  6/526,  10/474  Müslim  4/2511) 



 

26 


Đbn  Həcər  qeyd  edir  ki,  bu,  bir  sözlə  sözgəzdirən  insanın 

sifətidir.  Insanların  ən  şərlisi  onların  ikiüzlü  olanlarıdır.  Çünki, 

ikiüzlü  insan  münafiqin  daşıdığı  sifətləri  özündə  cəm  edir. 

Ikiüzlü  insan  batini  batil  və  yalanlarla  dolu  olmasına,  insanlar 

arasında  fitnə-fəsad  törətmək  istəməsinə  baxmayaraq,  özünü 

zahirdə təmasda olduğu insanları sevən biri kimi göstərər. Bu da 

özündə  nifaq,  yalan  və  yaltaqlıq  sifətlərini  birləşdirən  və 

insanlar  arasında  qarşıdurma  yaradan  çirkin  bir  əməldir.  Lakin, 

yaxşı  məqsədlər  üçün  insanlar  arasında  onların  xeyirləri 

barəsində  danışmaq,  birindən  digərinə  xoş  sözlər  çatdırmaq 

bəyənilən bir əməldir. (Bax; “Fəthul Bari” 10/475)  

 

Ammardan  (Allah  ondan  razı  olsun!)  rəvayət  olunan 



hədisdə  peyğəmbər  (s)  buyurur:  “Dünyada  iki  üzü  olan 

kimsənin  Qiyamət  günü  oddan  iki  dili  olar”.  (Əbu  Davud 

4/268  Albani  bu  hədisi  səhih  hesab  etmişdir.  Bax;  “Səhih  əl-

Cami” 6372, 5/346 “Səhih hədislər toplusu” 889)  

 

 

 



Adamlar 

arasında 

söz 

gəzdirməyin 



yaranma 

səbəbləri.  Şək  yoxdur  ki,  adamlar  arasında  söz  gəzdirməyin 

yaranma səbəbləri qeybətin yaranma səbəbləri ilə eynidir. Lakin, 

bu səbəblərə bir neçə əlavələr də mövcuddur. Adamlar arasında 

söz gəzdirməklə məşğul olan insan fitnəkar olar, xəbər çatdırdığı 

insana  yaxınlaşmaq  məqsədi  güdər.  Sönməkdə  olan  atəşi 

yenidən  alovlandırar,  fitnə-fəsad  törədər,  toplumda  ayrılıq 

toxumu səpər, insanların qəlblərində nifrət hissi yayar. 

 

Adamlar  arasında  söz  gəzdirməyin  çarəsi,  ondan  xilas 



olmağın  yolları  qeybətin  çarəsi  ilə  eynidir.  Əvvəlki  səhifələrdə 

bu barədə geniş söhbət açdıq.  

 

 

Söz  çatdırmağın  icazə  verildiyi  hallar.  Imam  Nəvəvi 



(Allah  ona  rəhmət  etsin!)  buyurur:  “Buna  ehtiyac  duyularsa, 

edilməsində  qəbahət  olmaz.  Əgər  biri  başqa  birisinə  onu 

öldürəcəkləri,  ailəsinə  və  malına  ziyan  vuracaqları  ilə 



 

27 


xəbərdarlıq  etsə,  yaxud  imamın  və  ya  əmr  sahibinin  fitnədən 

qorunmaq  üçün  kimsə  barəsində  göstəriş  verməsi  icazə  verilən 

hallardır. Əmr sahibinin belə halları aşkara çıxarması və aradan 

götürməsi  vacibdir.  Bu  və  buna  oxşar  əməllər  haram  deyil. 

Əksinə,  bəzi  hallarda  bu  əməlin  yerinə  yetirilməsi  vacib,  bəzi 

hallarda  isə  müstəhəbdir.  Allah  ən  gözəl  biləndir.  (Bax; 

Nəvəvinin “Müslimin şərhi” 2/113) 

 

Imam  Buxari  (Allah  ona  rəhmət  etsin!)  “Öz  dostuna 



onun haqqında deyilənlər barəsində xəbər verməsi fəsli”ində Đbn 

Məsudun  belə  rəvayət  etdiyini  xəbər  verir:  “Bir  kişi:  Vallahi,  

Məhəmməd bu əməli Allahın razılığını qazanmaq üçün etməyib” 

dedi. Mən də bunu gəlib rəsulullaha (s) xəbər verdim. Onun üzü 

qızardı.  Sonra  dedi:  “Allah  Musaya  rəhmət  etsin!  Ona 

bundan daha artıq əziyyət vermələrinə baxmayaraq, o, səbr 

etdi”. (“Səhih Buxari” 7/87 “Fəthul Bari” 10/475)  

 

Burada  bizim  tənqid  etdimiz  və  qınadığımız,  fəsad 



törətmək  məqsədi  güdərək  xəbərçilik  etməkdir.  Lakin,  tövsiyə, 

xeyirxahlıq  xarakteri  daşıyan  və  insanlar  arasında  çətinliyi, 

düşmənçiliyi  aradan  qaldırıb  yerinə  sevgi  və  sevinc  gətirmək 

məqsədi  güdməklə  birindən  digərinə  xəbərsiz  olaraq  söz 

çatdırmaq  şəriətimizin  bəyəndiyi  əməllərdən  biridir.  (Bax 

“Fəthul Bari” 10/476)  

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə