Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

 

28 


ĐKĐNCĐ FƏSĐL 

 

ALLAH ADINDAN ELMSĐZ DANIŞMAQ 



 

 

Allah  və  rəsulu  adından  yalan  danışmaq.  Imam 



Nəvəvi  (Allah  ona  rəhmət  etsin!)  deyir:  “Əhli  sünnə  və 

Camaatın  rəyinə  görə  yalan,  bilməyərəkdən  və  ya  qəsdən  bir 

şeyi  olduğu  kimi  deyil,  onun  əksi  barəsində  xəbər  verməkdir. 

Lakin,  bilməyərəkdən  yalan  danışmaq  günah  sayılmaz.  Yalnız 

bilərəkdən  və  qəsdən  danışılan  yalan  günahdır”.  (Nəvəvinin 

“Zikrlər” 326)  

 

Allah və rəsulu adından yalan danışmaqdan çəkin! Şübhə 



yoxdur  ki,  Allah  və  rəsulu  adından  yalan  danışmaq  başqaları 

adından  yalan  danışmaqdan  daha  böyük  günah  və  daha  çirkin 

əməldir.  Allah  taala  buyurur:  “(Həmçinin  erkək  və  dişi 

olmaqla) bir cüt dəvə və bir cüt inək. De: "(Allah) iki erkəyi, 

yoxsa  iki  dişini,  yaxud  da  iki  (müxtəlif  cinsli)  dişinin 

qarınlarındakı  balaları  haram  buyurdu?  Yoxsa  Allah  bunu 

(iddia  etdiyinizi)  sizə  tövsiyə  etdiyi  zaman  (orada)  şahid 

idiniz?  Heç  bir  biliyi  olmadan  insanları  (haqq  yoldan) 

azdırmaq  üçün  Allaha  qarşı  yalan  uyduran  şəxsdən  daha 

zalım  kim  ola  bilər?  Həqiqətən,  Allah  zalım  tayfanı  doğru 

yola salmaz”. (əl-Ənam, 144)  

Başqa  bir  ayədə  Allah  taala  buyurur:  “De:  "Bunu 

(haram  saydıqlarınızı)  Allah  haram  buyurmuşdur  deyə, 

şəhadət  verəcək  şahidlərinizi  gətirin!"  Şayəd  onlar 

(yalandan)  şahidlik  etsələr,  sən  onlarla  birlikdə  şahidlik 

etmə,  ayələrimizi  yalan  hesab  edənlərin  və  axirətə 

inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar (bütləri) 

öz Rəbbinə tay tutarlar”. (əl-Ənam, 150)  

Allah 

taala 


buyurur: 

Ey 



iman 

gətirənlər! 

Etməyəcəyiniz 

bir 


şeyi 

niyə 


deyirsiniz? 

(Bə’zi 


müsəlmanlar:  "Hansı  əməllərin  Allaha  daha  xoş 


 

29 


getdiyini  bilsəydik,  onları  edər,  malımızı  və  canımızı 

onların  yolunda  qoyardıq!"  -  deyirdilər.  Lakin  cihad 

əmri  nazil  olduqda  bu,  bir  çöx  mö’minlərin  xoşuna 

gəlmədi).  Etməyəcəyiniz  bir  şeyi  demək  Allah  yanında 

böyük qəzəbə səbəb olar”. (əs-Saf, 2-3) 

Uca  Allah  buyurur:  “Allaha  iftira  yaxan  və  Onun 

ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! 

Şübhəsiz ki, zalımlar nicat tapmazlar”. (əl-Ənam, 21)  

 

Allah taala buyurur: “Və ya: "Əgər bizə də kitab nazil 



edilsəydi,  onlardan  daha  artıq  düz  yolda  olardıq",  - 

söyləməməyiniz  üçün  (göndərdik).  Artıq  Rəbbinizdən  sizə 

açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın 

ayələrini  yalan  hesab  edib  onlardan  üz  çevirəndən  daha 

zalım  kim  ola  bilər?!  Ayələrimizdən  üz  çevirənləri  üz 

çevirdiklərinə  görə  ən  pis  cəza  ilə  cazalandıracağıq”.  (əl-

Ənam, 157) 

 

Allah  taala  buyurur:  “De:  "Allaha  qarşı  yalan 



uyduranlar, sözsüz ki, nicat tapmazlar”. (Yunus, 69) 

 

Başqa  bir  ayədə:  “Yalanı  ancaq  Allahın  ayələrinə 



inanmayanlar  uydururlar.  Onlar  əsl  yalançıdırlar”.  (ən-

Nəhl,  105)  “Diliniz  (bizə  belə  əmr  edildiyi  deyə)  yalana 

vərdiş  etdiyi  üçün  (dəlilsiz-sübutsuz):  "Bu  halaldır,o 

haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış 

olursunuz.  Allaha  iftira  yaxanlar  (axirət  əzabından)  nicat 

tapmazlar”. (ən-Nəhl, 116) 

 

Allah  taala  buyurur:  “Allaha  iftira  yaxan,  özünə  heç 



bir  vəhy  olunmadığı  halda:  "Mənə  də  vəhy  olunmuşdur, 

mən  də  Allahın  nazil  etdiyi  (Qur’an)  kimi  bir  kitab 

endirəcəyəm",  -  deyən  şəxsdən  daha  zalım  kim  ola  bilər? 

Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də 

(bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün 

Allaha  qarşı  nahaq  sözlər  danışdığınıza  və  Onun  ayələrinə 




 

30 


təkəbbür  göstərdiyinizə  görə  alçaldıcı  bir  əzabla  cəzalan-

dırılacaqsınız!" - dediklərini görəydin”. (əl-Ənam, 93)  

 

Başqa bir ayədə isə Uca Allah buyurur: “De:  "Rəbbim 



yalnız  aşkar  və  gizli  alçaq  işləri  (zana  etmək,  lüt  gəzmək  və 

s.),  hər  cür  günahı,  haqsız  zülmü,  Allahın  haqqında  heç  bir 

dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı 

və  Allaha  qarşı  bilmədiyiniz  şeyləri  deməyinizi  haram 

buyurmuşdur”.  (əl-Əraf, 33) 

Əlidən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə 

peyğəmbər (s) buyurur: “Mənim  adımdan  yalan  danışmayın! 

Mənim adımdan yalan danışan oda girəcəkdir”. (Buxari 1/35 

Müslim 1/9 Bax; “əl-Lulu val Mərcan” 1/1) 

 

Abdullah  bin  Zubeyr  atasından  rəvayət  edir  ki,  mən 



Zubeyrə  dedim:  Mən  sənin  fılankəslər  kimi  rəsulullahdan  (s) 

hədis  rəvayət  etdiyini  eşitmirəm”.  O  dedi:  “Mən  onu  tərk 

etməmişəm. Lakin, onun (s) belə buyurduğunu eşitmişəm: “Kim 

mənim  adımdan  yalan  danışarsa,  oddan  hazırlanmış  yerini 

hazır bilsin!” (Buxari 1/35 “Fəthul Bari” 1/200)  

 

Ənəs  buyurur  ki,  peyğəmbərin  (s)  “kim  mənim 



adımdan  bilərəkdən  yalan  danışarsa,  onun  üçün  oddan 

hazırlanmış  yerini  hazır  bilsin!” kəlamı məni sizə çoxlu hədis 

söyləməkdən  çəkindirir”.  (Buxari  1/35  “Fəthul  Bari”  1/201 

Müslim 1/10) 

 

Əbu  Hureyrə  rəsulullahın  (s)  belə  buyurduğunu  rəvayət 



edir:  “Məni  öz  adımla  adlandırın!  Kunyəmlə  mənim  adımı 

çəkməyin!  Məni  yuxusunda  görən,  deməli  məni  görmüşdür. 

Çünki,  şeytan  mənim  surətimə  girə  bilməz.  Və  kim  mənim 

adımdan yalan danışsa, onun üçün oddan hazırlanmış yerini 

hazır bilsin!” (Buxari 1/36 “Fəthul Bari 1/202) 

 

Sələmə  bin  Əkva  peyğəmbərdən  (s)  belə  eşitdiyini 



rəvayət  edir:  “Kim  mənim  demədiyim  bir  şeyi  mənim 

adımdan  desə,  onun  üçün  oddan  hazırlanmış  yeri  hazır 

bilsin!” (Buxari 1/35 “Fəthul Bari” 1/201)  



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə