Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   2   3   4   5   6   7   8   9   ...   23

 

16 


 

Onuncu  səbəb:  Qəlbi  qara  və  pis  fikirli  insanlar  bəzən 

gülmək,  əylənmək  və  şənlənmək  üçün  başqalarını  araya  qoyub 

onların  qeybətini  aparırlar.  Belə  söhbətdən  guya  həzz  alır, 

şənlənirlər.  Söhbət  artdıqca,  yalan  da  artır,  günah  da  artır. 

Rəsulullahın  (s)  aşağıda  qeyd  olunan  hədisi  bu  cür  insanlar 

barəsindədir: “Vay o kimsənin halına ki, camaati güldürmək 

məqsədi  ilə  söhbət  edər.  Vay  onun  halına,  vay!”  (Tirmizi 

4/557 bax; “Səhih Tirmizi” 2/268) 

 

On  birinci  səbəb:  Đnsanların  qınaq  hədəfinə  çevirmək 



üçün  günah  olan  bir  əməli  başqasına  aid  edərək  ona  böhtan 

atmaq  qeybətin  ən  zərərli  əlamətlərindəndir.  (Bax;  Əhməd  bin 

Mühəmməd  bin  Həcər  əl-Heysəminin  “Qeybət  çirkinliyinin 

eyiblərindən  təmizlənmə”  kitabı,  Đbn  Teymiyyənin  “Fitvalar”ı 

28/236-238, 28/222-238)   

 

Qeybətin  əlaci.  Qeybətdən  yaxa  qurtarmağın  iki  çarəsi 



var: 

 

Birinci  çarə  ondan  ibarətdir  ki,  insan  qeybət  etdikdə 



Allahın  taalanın  qəzəbinə  tuş  olduğunu  bilməlidir.  Bu  barədə 

qeyd  etdiyimiz  hədislər  və  qeyd  etmədiyimiz  digər  səhih 

hədislər  buna  dəlildir.  Peyğəmbər  (s)  buyurur:  “Sizlərdən 

biriniz  Allahın  razılığını  qazandıracaq  bir  söz  danışanda, 

onunla  görüşəcəyi  günədək  ona  öz  razılığını  əta  edər. 

Sizlərdən  biriniz  Allahın  qəzəbini  qazandıracaq  bir  söz 

danışarsa, onunla görüşəcəyi günədək onu öz qəzəbinə düçar 

edər”. (Tirmizi 4/559 Đbn Macə 2/1312 Malik “Muvatta” 2/985 

Əhməd  3/469  Bax  “Səhih  Tirmizi”  2/269  “Səhih  Đbn  Macə 

2/358 “Səhih əl-Cami” 2/63)  

 

Insanın yaxşılıqları Qiyamət günü qeybət etdiyinin əvəzi 



olaraq  əlindən  alınar.  Əgər  onun  yaxşılıqları  olmayıbsa,  qeybət 

etdiyi  insanın  günahlarından  ona  gələr.  Ola  bilsin  ki,  tərəzinin 

günahlar olan gözü ağır gəlsin və həmin insan Cəhənnəmə daxil 

olsun! Deməli, qeybət Qiyamət günü ya yaxşılıqların getməsinə, 




 

17 


ya  da  əlavə  günahlarla  yüklənməyə  səbəb  olur.  Sorğu-sualın, 

hesaba çəkilməyin isə buna heç bir qatışacağı yoxdur. Həqiqətən 

də, Allahdan başqa güc və qüvvət sahibi yoxdur!  

 

Müsəlman  olan  insan  qeybət  barəsində  varid  olan 



mətinləri  oxuyub  iman  gətirdikdə  və  əməl  etdikdə,  dilinə  heç 

vaxt  qeybət  gəlməz.  Həmin  insan  öz  əməllərinə,  öz  eyib  və 

qüsurlarına  diqqət  yetirər  ki,  bu  da  başalarının  eyiblərini 

axtarmağa  və  danışmağa  rəvac  verməz.  Özündə  qüsur  və 

nöqsanlar  olan  kəs,  bunları  başqalarında  necə  axtara  bilər?  Bu 

sifət  Allahdan  həya  edənlərə  aid  edilə  bilməz.  Allahdan  həya 

edənlər də qeybətə yol verməz!  

 

Ikinci  çarə:  Qeybətə  yol  verən  insan  qeybətin  yaranma 



səbəbinə  baxmalıdır.  Qeybətin  yaranma  səbəbini  həll  etmək 

onun  yenidən  yaranmasının  qarşısını  alar.  Qeybətin  yaranma 

səbəbi  qəzəbdirsə,  onda  qeybət  edən  kəs  “mən  qəzəbimə  görə 

bunu  etdimsə,  buna  görə  də  Allah  taala  öz  qəzəbini  mənə  tərəf 

yönəldər.  Allah  bunu  qadağan  etdiyi  halda  mən  asi  oldum  və 

ona  önəm  vermədim”  kimi  ifadə  işlədib  peşmançılıq  hissi 

keçirməlidir.  

 

Əgər  qeybətin  səbəbi  başqalarının  xoşuna  gəlməsi  və 



razılığını  qazanması  üçündürsə,  onda  həmin  şəxs  bilməlidir  ki, 

məxluqun  razılığını  qazanmaq  uğrunda  Xaliqin  qəzəbinə  önəm 

verməyən  kimsənin  üzərindən  Allah  öz  qəzəbini  əksik  etməz! 

Insan  necə  razı  ola  bilər  ki,  heç  bir  xeyir  və  ya  zərər  verə 

bilməyən  yaradılmışların  razılığını  qazanmaq  üçün  Allahın 

qəzəbinə düçar olsun!  

 

Əgər  qeybətin  səbəbi  özünü  təmizə  çıxarıb  başqalarının 



üzərinə  günah  atmağa  görədirsə,  insan  bilməlidir  ki,  Allahın 

qəzəbinə  düçar  olmaq  insan  qəzəbinə  tuş  gəlməkdən  daha 

şiddətlidir.  Insan  başqalarının  qeybətini  etməklə  Allahın  bu 

qəzəbini  qazanmış  olur.  Həmçinin,  bilmək  olmaz  ki,  özünü 

insanların 

qəzəbindən 

qurtara 

biləcək, 

yoxsa 

qurtara 


bilməyəcək.  Həmçinin,  o  da  ola  bilər  ki,  Allahın  qəzəbinə 


 

18 


baxmayaraq insanların razılığını qazanmaq üçün etdiyi bu əməl 

həm  Allahın,  həm  də  insanların  özlərinin  qəzəbinə  səbəb 

olsun…! 

 

Əgər  qeybətin  səbəbi  özünü  təmizə  çıxarıb  daha  çox 



fəzilət  sahibi  olduğunu  nümayiş  etdirmək  istəyidirsə,  insan 

bilməlidir  ki,  belə  etməklə  Allah  yanında  olan  fəzilətini, 

hörmətini zay etmiş olar. Başqasını ləkələməklə insanlarda onda 

olan  pis  xüsusiyyətin  səndə  olmadığı  görüntüsünü  yaratmaq 

məqsədi  güdmək  qiymət  və  dəyərin  itməsinə  səbəb  olar.  Ola 

bilsin  ki,  insan  olan  hörmətini  bu  yolla  insanların  gözündə 

artırmaq  istəsin.  Lakin,  əksinə  olaraq  həm  Allah  yanındakı 

fəzilətini,  həmdə  insanların  gözündə  dəyər-qiymətini  yox  etmiş 

olar.  Çünki,  insanların  qəlbləri  Allahın  əlindədir.  Bu  qəlbləri 

istədiyi  səmtə  dəyişər.  Ona  görə  də  insan  əməllərinə  həssas 

yanaşmalı, onların görünən tərəfləri ilə qürrələnməməlidir.  

 

Qeybətin  yaranma  səbəbi  həsəd  və  paxıllıq  olduqda  iki 



əzabı  özündə  cəm  edər.  Çünki,  insan  dünya  nemətinə  paxıllıq 

etdikdə  həsəd  əzabına  düçar  olar.  Paxıl  olan  kimsə  isə  dərd, 

kədər və sıxıntı hissi duyar. Belə ki, əzabın bir qismini qazanar. 

Buna  qane  olmadıqda  isə  Qiyamət  günü  olacaq  digər  bir  əzab 

birinciyə  əlavə  olunar.  Deməli,  qəlbində  həsəd  və  paxıllıq  olan 

insan özündə həm dünya, həm də axirət xəsarətini cəm edər. O, 

həqiqətdə, həsəd apardığı insanın dostu, özünün isə düşmənidir. 

Çünki,  o,  qazandıqları  savabları  həsəd  apardığı  insanın 

savablarına  əlavə  edər.  Savabları  olmadıqda  isə  həsəd  apardığı 

insanın günahları ilə yüklənər. O, həsəd apardığı insana qeybətlə 

və həsədlə ziyan və zərər vura bilməz. Əksinə, onun hörmətinin 

daha da artmasına səbəb ola bilər.   

 

Qeybətin  yaranma  səbəbi  başqasını  lağa  və  məsxərəyə 



qoymaqdırsa,  həsəd  aparan  kəs  bilməlidir  ki,  o,  başqasını 

insanların  gözü  özündə  məsxərəyə  qoymaqla  özünü  həm 

Allahın,  həm  də  insanların  yanında  rüsvay  etmiş  olur.  Qeybət 

edən  kimsə  öz  qeybəti  ilə  başqasının  halına  acıdığını  zənn 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə