Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   2   3   4   5   6   7   8   9   ...   23

 

13 


 

Müsəlman  qardaşının  qeybətini  eşidən  nə  etməlidir: 

Đmam  Nəvəvi  (Allah  ona  rəhmət  etsin!)  buyurur:  “Bil  ki, 

müsəlman  haqqında  edilən  qeybəti  eşidən  hər  bir  kəs  qeybət 

edənə cavab qaytarmalı və onun baş verməsinə mane olmalıdır. 

Sözlə  mane  ola  bilməsən,  əlinlə  mane  ol!  Əllə  və  dillə  mane 

olmağı  bacarmırsansa  həmin  məclisi  tərk  et!  Çünki,  bir  insan 

haqqında  edilən  qeybətə  qulaq  asmaq  haqsızlıq  və  günahdır”. 

(Nəvəvi “əl-Əzkar 294”)  

 

Atbanın (Allah ondan razı olsun!) məşhur olan hədisində 



qeyd olunur ki, peyğəmbər (s) namaz qılmağa qalxdı. Səhabələr 

Malik  bin  Duxşinin  harada  olduğunu  soruşdular.  Bəziləri  isə 

onun  Allah  və  rəsulunu  sevməyən  münafiq  olduğunu  söylədi. 

Peyğəmbər  (s)  buyurdu:  “Belə  söyləmə,  məgər  görmürsənmi, 

o,  “lə  iləhə  illallah”  deyərək  Allahın  gül  camalını  görmək 

istəyir”. Dedilər: “Allah və rəsulu daha yaxşı bilir.” Biz burada 

rəsulullahın (s) münafiqlərə necə münasibət göstərdiyinin şahidi 

oluruq. Rəsulullah (s) buyurur: “Allah  taala  “lə  iləhə  illallah” 

deyərək  Allahın  gül  camalını  görmək  istəyən  hər  kəsə 

Cəhənnəmi haram etmişdir”. (Buxari 1/110 Müslim 1/455) 

 

Cabir bin Abdulla və Əbu Talhədən (Allah onlardan razı 



olsun!)  rəvayət  olunur  ki,  peyğəmbər  (s)  buyurdu:  “Bir 

müsəlman  başqa  bir  müsəlmanın  şəxsiyyəti  və  namusu 

tapdalanan  yerdə  ondan  üz  çevirərsə,  Allah  da  ondan  uğur 

əldə etmək istədiyi yerdə üz çevirər. Bir müsəlman başqa bir 

müsəlmanın  şəxsiyyəti  və  namusu  tapdalanan  yerdə  ona 

kömək  edərsə,  Allah  da  uğur  əldə  etmək  istədiyi  yerdə  ona 

kömək  edər”. (Əbu  Davud 4/271 Əhməd 4/30  Şeyx Albani bu 

hədisin  həsən  hədis  olduğunu  qeyd  etmişdir.  Bax;  “Səhih  əl-

Cami əs-Sağir 5/160)  

 

Əbu Dərdadan (Allah ondan razı olsun!) rəvayət  olunan 



hədisdə  peyğəmbər  (s)  buyurur:  “Kim  müsəlman  qardaşının 

namusunu  qoruyarsa,  Qiyamət  günü  Allah  da  onun  üzünü 

oddan  qoruyar”.  (Əhməd  6/450  Tirmizi  4/327  Şeyx  Albani 



 

14 


hədisin səhih olduğunu  qeyd etmişdir. Bax; “Səhih əl-Cami əs-

Sağir 5/295)  

 

Əsma  bint  Yəziddən  rəvayət  olunan  hədisdə  peyğəmbər 



(s) buyurur: “Kim qeybət zamanı müsəlman qardaşının ətini 

yeməkdən üz çevirərsə, Allah onu oddan azad edər”. (Əhməd 

6/461 bax “Səhih əl-Cami” rəqəm 6116, 5/290)  

 

 



 

Qeybətin  yaranma  səbəbləri.  Aqil  və  müsəlman  olan 

insan  qeybəti  yaradan  səbəblər  barəsində  fikirləşdikdə  bizim 

aşağıda qeyd etdiyimiz səbəbləri o da tapacaq: 

 

Birinci  səbəb:  Đnsan  hər  hansı  bir  işdə  özünün  qalib 



çıxmasına  çalışdıqda  qeybətə,  böhtana  və  söz  gəzdirmək  kimi 

çirkin əmələ əl atır.  

 

Ikinci  səbəb:  Başqalarına  olan  nifrət,  kin-küdurət  və 



düşmənçilik insanı qeybət etməyə sövq edir. Lakin, belə sifətlər 

möminlərdə,  kamil  iman  sahiblərində  olmaz.  Allah  bizi  belə 

sifətlərdən qorusun! 

 

Üçüncü səbəb: Özünü yüksəklərə qaldırmaq, başqalarını 



alçaltmaq istəyi qeybətə zəmin yaradır. Məsələn, “fılankəs cahil, 

zəif  düşüncəli  və  iradəsizdir”  deməklə,  insan  özünün  hörmətli, 

güclü  və  belə  qüsurlardan  uzaq  bir  insan,  başqasının  isə 

səviyyəsiz  olduğunu  bildirərək  özünü  diqqət  obyektinə  çevirir. 

Bu,  həmçinin  özünə  vurğunluqdur.  Bu  isə  rəsulullahın  bəyan 

etdiyi  kimi  insanı  həlaka  və  məhvə  aparan  xislətdir.  Allah  bizi 

ondan və onun şərindən qorusun! 

 

Dördüncü  səbəb:  Insan,  Allahın  qəzəbinə  düçar 



olacağına 

baxmayaraq 

bəzən 

dostlarının, 



yoldaşlarının 

fikirlərinə  uyğun  gəlsin,  onlara  xoş  getsin  və  onların  razılığın 

qazansın  deyə  qeybətə  əl  atır.  Bu  da  imanın  zəifliyindən  irəli 

gəlir.  


 

Beşinci  səbəb:  Günah  sahiblərinin  günahına  olan 

təəccübünü  birüzə  vermək  qeybətin  yaranmasına  səbəb  olur. 

Məsələn,  insan  “Fılankəs  gördün  nə  elədi?  Axı  o,  bilikli, 




 

15 


hörmətli  və  aqil  bir  insan  idi.  Yaraşardımı  bunu  etsin?”  kimi 

ifadələr işlətdikdə qeybətin yarandığını anlamır.  

 

Altıncı  səbəb:  Başqalarını  məsxərəyə  qoymaq,  onlara 



qarşı  istehza  ilə  yanaşmaq  və  təhqiramiz  ifadələr  işlətmək 

qeybətin yaranma səbəblərindəndir.  

 

Yeddinci  səbəb:  Bəzən  müsəlman  olan  insan  belə 



başqasının 

günaha 


qurşandığını 

görüb, 


Allah 

yolunda 


qəzəblənərək  öz  qəzəbini  birüzə  verir  və  həmin  şəxsin  adını 

çəkərək  “fılankəs  necə  də  Allahdan  həya  etməyib  bu  cür  iş 

görür”.  Daha  o,  bilmir  ki,  etdiyi  belə  söhbətdən  artıq  qeybətin 

içindədir. Bu da qeybətin yaranmasına səbəb olur.  

 

Səkkizinci  səbəb:  Həsəd.  Insanlar  birini  tərifləyəndə, 



onun  barəsində  xoş  sözlər  işlədəndə  və  onu  sevəndə  qəlbində 

həsəd hissi olan kəs həsəd apardığı insanın sahib olduğu nemətin 

ondan  getməsinə  çalışır.  Başqa  çıxış  yolu  qalmadıqda  isə 

qeybət, onun şərəf və ləyaqətini alçaltmağa əl atır ki, insanların 

ona  olan  məhəbbəti  azalsın.  Bu  cür  insan  ən  çirkin  qəlbə  və 

nəfsə  sahibdir.  Allah  bizi  bu  cür  əməldən  və  belə  insanlardan 

qorusun!  

 

Abdulla  bin  Amr  (Allah  onlardan  razı  olsun!)  rəvayət 



edir ki, peyğəmbərdən (s) hansı insanın daha fəzilətli olduğunu 

soruşdular.  Rəsulullah  (s)  buyurdu:  “Təmiz  qəlbə  və  yalnız 

doğrunu  danışan  dilə  malik  olan  insanlar”.  Soruşdular: 

“Yalnız  doğrunu  danışan  dili  başa  düşdük.  Bəs  təmiz  qəlb 

nədir?”  Rəsulullah  (s)  buyurdu:  “Heç  bir  günah,  azğınlıq, 

həsəd  və  nifrətin  olmadığı  təqvalı  və  təmiz  qəlb”. (Đbn Macə 

rəqəm  4216  bax;  “Səhih  Đbn  Macə”  2/411  “Səhih  hədislər” 

rəqəm 948) 

 

Doqquzuncu  səbəb:  Bəzən  insan  ürəyində  olan 



mərhəməti birüzə verərək başqalarının yanında “fılankə necə də 

kasıb adamdır, heç nəyi yoxdur. Lap onun dərdi məni alıb” kimi 

ifadələr də işlədərək qeybətə yol vermiş olur.  



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə