Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
  1   2   3   4   5   6   7   8   9   ...   23


 

Səid bin Əli Vahf əl-Qahtani 



 

 

 



 

 

 



 

 

 



 

 

Kitab və sünnə işığında  



 

DĐLĐN TÖRƏTDĐYĐ BƏLALAR 

www.islamevi.az



 




 

 



 

 

Müqəddimə 



 

Mərhəmətli və Rəhmli Allahın adı ilə 

 

Həmd  və  səna  Allaha  məxsusdur.  Ona  həmd  edirik, 



Ondan kömək diləyirik. Nəfslərimizin şərindən və əməllərimizin 

pisliklərindən  Ona  sığınırıq.  Allahın  hidayət  verdiyi  kəsi  heç 

kim  hidayət  yolundan  azdıra  bilməz.  Onun  hidayət  yolundan 

azdırdığı  kəsi  heç  kim  haqq  yoluna  yönəldə  bilməz.  Şəhadət 

veirirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud 

yoxdur,  təkdir,  şəriki  yoxdur.  Və  şəhadət  verirəm  ki, 

Məhəmməd Onun qulu və rəsuludur.  

 



Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. 

Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) 

ölün!” (Əli-Đmran, 102) 

 



Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq 

edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da 

bir  çox  kişi  və  qadınlar  törədən  Rəbbinizdən  qorxun! 

(Adı  ilə)  bir-birinizdən  (cürbəcür  şeylər)  istədiyiniz 

Allahdan,  həmçinin  qohumluq  əlaqələrini  kəsməkdən 

həzər  edin!  Şübhəsiz  ki,  Allah  sizin  üzərinizdə 

gözətçidir!”(ən-Nisə, 1) 

 



(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər 

və  günahlarınızı  bağışlayar.  Hər  kəs  Allaha  və 

Peyğəmbərinə  itaət  etsə,  böyük  bir  səadətə  (Cənnətə) 

nail  olar.  Biz  əmanəti  (Allaha  itaət  və  ibadəti,  şər’i 

hökmləri  yerinə  yetirməyi)  göylərə,  yerə  və  dağlara 

təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə 




 

daşımaqdan)  qorxub  çəkindilər.  Ona  insan  yükləndi. 



Həqiqətən,  o  çox  zalım,  çox  cahildir.  (İnsan  bu  ağır 

əmanəti  götürməklə  özünə  zülm  etdi  və  cahilliyi 

üzündən  onun  çətinliyini,  ağır  nəticəsini  bilmədi)”(əl-

Əhzab, 71-72) 

 

Həqiqətən, ən  gözəl kəlam Allahın kitabı, ən xeyirli  yol 



Məhəmmədin  (s)  hidayət  yoludur.  Əməllərin  ən  şəri  sonradan 

edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət zəlalət, 

hər bir zəlalətin axırı isə oddur.  

 

Heç  bir  şübhə  yoxdur  ki,  Allah  taala  insana  çoxlu 



nemətlər  bəxş  etmişdir.  Müsəlman  olduqdan  sonra  bu  nemət-

lərin  ən  dəyərlilərindən  biri  dillə  həyata  keçirilən  nitq  qabiliy-

yətidir.  Bu  dil  iki  istiqamətə  malik  silahdır:  Quran  oxumaq, 

yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək, məzluma kömək 

etmək  kimi  əməllər  edərək  Allaha  itaətdə  keçirmək  hər  bir 

müsəlmandan tələb olunan bir şeydir. Əgər belə olarsa, deməli, 

Allahın bu nemətinə şükr etmiş olarsan. 

 

Bunu  şeytana  itaətdə,  müsəlmanları  parçalamaq,  yalan, 



qeybət, müsəlmanların namuslarına toxunmaq, Allah və rəsulu-

nun  (s)  haram  buyurduğu  başqa  işlərdə  istifadə  etmək  hər  bir 

müsəlmana  haram  sayılır.  Belə  olduğu  təqdirdə  deməli,  o, 

Allahın bu böyük nemətinə nankorluq etmiş olar.  

 

Dilin iki böyük bəlası var: birincisi, batil danışmaq, ikin-



cisi isə haqqı danışmamaqdır. 

 

Haqqı danışmayıb onun barəsində susan adam lal şeytan 



kimi  təsəvvür  olunur.  O,  Allaha  asi,  riyakar,  yaltaq  və  qorxaq 

olar.  Batil  fikirlər  söyləyən  isə  danışan  şeytandır.  O,  Allaha 

üsyankar olar. Insanlar onun dilindən zərər çəkərlər.  

 

Dilin  törətdiyi  bəlalar  insana  ən  təhlükəli  olan  bəlalar-



dandır.  Çünki,  insan  özünə  biganə  olub,  haram  yemək,  zülm, 

zina,  oğurluq,  içki,  harama  baxmaq  və  bu  kimi  əməllərdən 

çəkinmədikcə,  onun  öz  dilinə  və  dediklərinə  hakim  kəsiləcəyi 

mümkünsüz  olur.  Hətta,  dindar  və  ibadət  əhli  kimi  tanınan 




 

insanlar  da  hərdən  dillərinə  sahib  ola  bilməyib  xoşagəlməz 



ifadələr  işlədirlər,  bildiklərini  də,  bilmədiklərini  də  danışırlar. 

Həqiqətən, güc və qüvvət Uca və Böyük olan Allaha məxsusdur.  

 

Allah taalanın kitabından və rəsulullahın (s) sünnəsindən 



bəhrələnərək,  bu  kitabçada  Allahın  izni  ilə  dilin  fərd,  cəmiyyət 

və bütün Đslam ümməti üçün törətdiyi bəlaların təhlükəli olması 

barəsində  söhbət  açacağıq.  Bu  mövzu  üç  fəsildən  və  bir 

nəticədən ibarətdir.  

 

Birinci fəsildə qeybət və adamlar arasında söz gəzdirmək 



barəsində  danışacağıq.  Qeybət  doqquz,  adamlar  arasında  söz 

gəzdirmək isə səkkiz hissədən ibarətdir.  

 

Ikinci  fəsildə  söhbət  açacığımız  mövzu  Allah  barəsində 



elmsiz danışmaqdır. Bu da Allah və Onun rəsulunun (s) adından 

yalan  danışmaq,  ümumi  yalan  və  yalan  şahidlik  başlıqları 

altındakı mövzuları əhatə edir.  

 

Üçüncü  fəsildə  böhtan,  kin  bəsləmək  və  ədəbsiz  sözlər 



danışmaq barəsində danışacağıq.  

 

Topladığım bu məlumatları mötəbər mənbələrdən və elm 



süzgəcindən  keçmiş  kitablardan  götürmüşəm.  Əlbətdə  ki, 

onların ən böyüyü və ən şərəflisi Qurani-Kərim və peyğəmbərin 

(s)  pak  sünnəsidir.  Təmiz  olan  bu  iki  istinad  nöqtəsi  elə  bir 

qaynaqdır ki, kim onu rəhbər tutub, azı dişləri ilə ondan yapışsa, 

nicat  tapar,  əğur  əldə  edər,  kim  onlardan  üz  çevirsə,  ziyana 

uğrayar, zəlalətə düçar olar.  

 

Həmçinin, qeyd olunan bütün hədislərin əsli mənbələrini 



göstərməyə çalışdım.  Imam Buxari və  Đmam Müslimin “Səhih” 

əsərlərində olmayan hədislər olduqda isə, onlar  barəsində hədis 

alimlərinin fikirlərini qeyd etdim.  

 

Kitabı  “Kitab  və  sünnə  işığında  dilin  törətdiyi  bəlalar” 



adlandırdım. Bu kitabı yazıb sona çatdırmağı Allah mənə müəs-

sər  etdi.  Doğru  nə  varsa  Tək  və  Lütfkar  olan  Allah  tərəfindən, 

xətalar  isə  mən  və  şeytandandır.  Allah  və  rəsulu  (s)  isə  bu 

xətalardan uzaqdır. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə