Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

 

49 


 

Ibn  Məsud  buyurur  ki,  elmi  üç  şey  üçün  öyrətməyin: 

“Səfehləri  xor  görmək,  alimlərlə  mübahisə  aparmaq  və 

insanların  nəzərlərini  özünə  cəlb  etmək  üçün!  Dediklərinizlə 

Allah  qatında  olanları  istəyin!  Çünki,  qalan  və  davam  edən 

budur.  Qalanları  isə  fanidir”.  (əd-Dərami  Đbn  Məsudddan 

mövquf olaraq rəvayət etmişdir. 1/70)  

 

Əbu  Uməmə  əl-Bəhili  (Allah  ondan  razı  olsun!) 



peyğəmbərin  (s)  belə  buyurduğunu  rəvayət  edir:  “Bir  qövm 

hidayət 


olunduqdan 

sonra 


yalnız 

mübahisəyə 

yol 

verdiklərinə  görə,  zəlalətə  düşər”.  (Tirmizi  5/378  Đbn  Macə 



1/19  Əhməd  “Müsnəd”  5/252,  256  Bax;  “Səhih  ət-Tirmizi” 

3/103)  


 

Peyğəmbər  (s)  Allah  üçün  batillik  üzrə  mübahisəni  tərk 

edənlərə  Cənnətdə  bir  ev  veriləcəyinə  zəmanət  verir.  Allahın 

rəsulu  (s)  buyurur:  “Kim  haqlı  olsa  belə  ikiüzlülüyü, 

zarafatda  olsa  belə  yalan  danışmağı  tərk  etsə,  onlara 

Cənnətin  ortasında  evlərinin  olmasına  zəmanət  verirəm.  Və 

kim  gözəl  əxlaq  sahibi  olarsa,  ona  Cənnətin  yüksək 

mərtəbəsində  bir  evi  olacağına  zəmanət  verirəm”.  (Əbu 

Davud 4/253 Bax; “Camiul usul” 11/754)  

 

 



Batillik  üzrə  mübahisə  etməyi  yaradan  səbəblər. 

Şübhə  yoxdur  ki,  batillik  üzrə  mübahisə  aparmağın  yaranma 

səbəbləri çoxdur:  

1.  Təkəbbürlük,  özünü  bəyənmə  və  başqalarını  xor 

görmək. 

2.  Elmi və fəziləti özündə üzə çıxarıb nümayiş etdirmək 

niyyəti. 

3.  Başqalarına 

qarşı 

düşmənçilik 



məqsədi 

ilə 


nöqsanlarını üzə çıxarıb əziyyət vermək. 

Bu  pis  xislətin  çarəsi  isə  Allah  taalaya  tövbədir. 

Təkəbbürlüyünü, başqalarını xor görməyi, ədavəti yerə qoymaq 

və  Allaha  səmimi  qəlblə  bağlanıb  tövbə  etmək  oda  atılmağa 




 

50 


səbəb  olan  bu  əməli  tərk  etməyin  əlacıdır.  Həqiqətən,  bütün 

günahların  həlli  tövbədir.  (Bax;  Qazalinin  “Đhyəu  ulumud-din” 

3/116 və “Minhəc əc-Cədəl” səh 59) 

 

DÜŞMƏNÇĐLĐK və MÜNAQĐŞƏ 



 

 

Allah  taala  buyurur:  “Đnsanların  eləsi  vardır  ki,  onun 



dünya  həyatı  haqqındakı  sözləri  sənin  xoşuna  gələr.  O, 

qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid 

göstərər.  Halbuki,  o,  düşmənlərin  ən  qəddarıdır.  (O  şəxs 

səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini 

və  nəsli  (islam  cəmiyyətini)  məhv  etməyə  çalışar.  Halbuki, 

Allah fitnə-fəsadı sevməz! Ona: "Allahdan qorx!" - deyildiyi 

zaman  lovğalıq  onu  günah  törətməyə  vadar  edər.  Beləsinə 

cəhənnəm  kifayətdir.  Ora  nə  pis  məskəndir!”  (əl-Bəqərə, 

204-206)  

 

Aişədən  (Allah  ondan  razı  olsun!)  rəvayət  olunan 



hədisdə  rəsullah  (s)  buyurur:  “Həqiqətən,  Allah  qatında  ən 

kinli olan insan, qəlbində sərt düşmənçilik hissi yaşadandır”. 

(Buxari  5/106  Müslim  4/2054)  Sərt  kəlməsi  böyük  və  şiddətli 

ədavət  hissidir.  Düşmənçilik  isə  ətrafında  olanlara  və  ya 

olmayanlara  qarşı  sərt  mövqe  nümayuş  etdirmək,  haqsız  olaraq 

və  haqqı  qəbul  etmədən  onlara  zərər  yetirmək  anlamına  gəlir. 

(Bax; Đbn Əsirin “Camiul usul” 2/752 “Fəthul Bari” 13/2166)  

 

Cabir  (Allah  ondan  razı  olsun!)  rəsulullahın  (s)  belə 



buyurduğunu 

rəvayət 


etmişdir: 

“Şeytan 


Ərəbistan 

yarımadasında  namaz  qılanların  ona  ibadət  etməsindən 

artıq  ümüdünü  üzüb.  Lakin,  onlar  arasında  fitnə-fəsad 

törətmək  istəyindən  hələ  əl  çəkməmişdir”.  (Müslim  4/2166) 

Həqiqətən,  şeytan  müxtəlif  vasitələrdən  istifadə  edərək  namaz 

qılanlar  arasına  düşmənçilik,  ədavət  və  kin  salmaqla  onları  bir-

biri ilə müharibəyə və çaxnaşmaya sürükləyir. (Bax;  Đbn Əsirin 

“Camiul usul” 2/752, “Fəthul Bari” 13/181)  




 

51 


 

Əbu  Hureyrədən  (Allah  ondan  razı  olsun!)  rəvayət 

olunan  hədisdə  Allahın  rəsulu  (s)  buyurur:  “Həqiqətən,  Allah 

təkəbbürlü,  kobud,  bazarlarda  cilddən  cildə  girən,  gecə  leş, 

gündüz  uzunqulaq  olan,  dünya  işlərindən  xəbərdar 

axirətdən  isə  xəbərsiz  olanların  hamısına  qəzəblənər”. 

(Beyhaqi  “əs-Sünənul  Kubra”  10/194  Đbn  Hibban  “Məvarid” 

1975 səh 485 Bax; “Səhihul Cami” 1874, 2/144 “Səhih hədislər 

toplusu”  195,  1/171)  Təkəbbürlü,  kobud  və  kinli  olan  insanlar 

başqalarına  nifrət  edərlər.  Allah  da  onlara  bu  xislətlərinə  görə 

qəzəblənər. Həmçinin, peyğəmbər (s) hədisdə qeyd etdiyi leş və 

uzunqulaq  sözləri  ilə  gündüz  uzunqulaq  kimi  işləyib  gecə 

hərəkətsiz leş kimi yatan Allahdan uzaqlaşdıran dünya üçün var 

güclə  çalışıb  Ona  yaxınlaşdıran  axirət  barəsində  fikirləşməyi 

tərk edən insanları nəzərdə tuturdu. (Bax; “əl-Əhədisus Səhihə” 

1/172, “Feydul qadir şərhul Camius Sağir” 2/285)  

 

Rəsulullah  (s)  başqa  bir  hədisdə  belə  buyurur: 



“Həqiqətən,  Allah  pis  və  həddini  aşan  insanları  sevməz”. 

(Buxari “Fəthul Bari” 10/452 Müslim 4/2002 Əbu Davud 4/251) 

Pis  və  həddini  aşan  insanlar  ona  aid  olmayan  işlərə  dil  uzadan, 

nalayiq  ifadələr  işlədən  özündən  razı  insanlardır.  (Bax;  Đbn  əl-

Əsirin  “Camiul  usul”  11/739  “Feydul  qadir  şərhul  Camius 

Sağir” 2/285)  

 

Başqa  bir  hədisdə  rəsulullah  (s)  üç  dəfə  təkrarlayaraq 



“Inadkarlar həlak oldular” buyurdu. (Müslim 4/2055) Burada 

işlədilən  Inadkarlar  hər  şeyi  bəyənmiyən,  özündən  razı, 

sözlərində  və  əməllərində  hədlərini  aşan  kimsələrdir.  (Bax; 

“Şərhun Nəvəvi”, Đbn əl-Əsirin “Camiul usul” 11/733)  

 

Həmçinin,  rəsulullah  (s)  buyurur:  “Həqiqətən,  Allah  o 



insanı sevməz ki, o, inəyin öz dili ilə qatib-qarışdırdığı kimi, 

o  da  başqalarının  işini  qatıb-qarışdırar”.  (Tirmizi  5/141 

Əhməd  “Müsnəd”  2/165,  187  Bax;  “Səhihut  Tirmizi”  2/375) 

Həqiqətən də, inək qidalanarkən dilini dişlərinə və ağzına sürtür 

və fırladır. Insan da pis niyyətli, qəlbi nifrət və kinlə dolu olanda 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə