Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   2   3   4   5   6   7   8   9   10   ...   23

 

22 


b)  Məsləhətləşərkən qüsur barəsində xəbərdarlıq etmək. 

(buna dəlil əvvəldə qeyd olunmuş Fatimə bint Qeysin 

hədisidir. Bax; müslim 2/1114) 

c)  Həmçinin,  birinin  xarab,  oğurluq  mal  və  bu  kimi 

əşyaları  alarkən,  fəsad  törəkmək  məqsədi  güdmədən 

ona  qüsurları  bəyan  edərək  məsləhət  vemrək  dinin 

icazə verdiyi əməldir.  

d)   Fitnəkar  bir  insanın  yanına  gedib  ondan  elm 

öyrənmək  istəyən  insanın  şahidi  olduqda,  onun 

bununla  zərərə  uğrayacağından  qorxaraq,  fitnəkarın 

eyiblərini göstərməklə məsləhət verməsi caizdir. Bu, 

həmçinin,  müsəlmanların  bir-birilərinə  qarşı  vəzifə 

borclarıdır.  

e)  Əmr  sahihibi  olan  bir  kəsin  öz  rəiyyətinə  xidmət 

etmədikdə ondan yüksək əmr sahibi olan şəxsin onun 

barəsində  danışıb  tədbir  tökməsində  heç  bir  günah 

yoxdur.  

Beşincisi:  Fitnə  və  ya  dinə  əlavə  olunmuş  əməli  aşkara 

çıxarmaq  məqsədi  ilə  onu  edən  şəxsi  ifşa  etmək  dinin  icazə 

verdiyi qaydadır. Bu hal başqasına şamil olunmur. 

Altıncısı:  Müəyyən  ləqəb  verilmiş  insanları  həmin 

ləqəblərlə xatırlmaq günah sayılmaz. Məsələn, uzun, gödək, kor, 

axsaq  və  sair  belə  sözləri  elə  olduqlarına  və  həmin  adlarla 

tanındıqlarına görə onlara aid etmək olar. Həmin insanları başqa 

adlarla  xatırlamaq  mümkündürsə,  bu,  daha  yaxşı  olar.  Allah  ən 

gözəlini biləndir. (Nəvəvinin şərhi 16/142 “Zikrlər” 292)  

Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, fitnənin 

yaranmaması, çoxalmaması üçün və müsəlmanları şərdən və şər 

insanlardan  qorumaq  məqsədi  ilə  qeybət  etmək  olar.  Imam 

Buxari  (Allah  ona  rəhmət  etsin!)  fəsillərindən  birini  də  belə 

adlandırır:  “Fitnə  və  şübhə  əhlini  qeybət  etməyin  icazəsi  fəsli” 

(Urva  bin  Zubeyrin  Aişədən  rəvayət  etdiyi  hədis  bunun 

təsdiqidir.)  Həqiqətən  də,  əsas  məqsəd  müsəlmanların  fitnədən 



 

23 


və  şərdən  uzaq  olması  və  ümumiyyətlə  bunların  müsəlman 

cəmiyyətindən  silinməsidir.  (Bu,  “Təhavi  əqidəsi”ndə  şer 

formasında öz təsdiqini tapır. Bax; səh 43) 

 

ADAMLAR ARASINDA SÖZ GƏZDĐRMƏK 



  

 

Adamlar arasında söz gəzdirmək nə deməkdir: Hafiz Đbn 



Həcər (Allah ona rəhmət etsin!) Đmam Qazalidən (Allah ona da 

rəhmət  etsin!)  nəql  edərək  bildirir  ki,  adamlar  arasında  söz 

gəzdirmək danışılan sözü haqqında danışılan insana çatdırmaq, 

aşkara  çıxarılması  bəyənilməyən  söz  və  ya  hərəkəti  birindən 

digərinə  ötürməklə  aşkara  çıxarmaqdır.  Çatdılılan  xəbərin 

qüsur  olub  omaması  fərq  eyməz.  (“Fəthul  Bari”  “Səhih 

Buxari”nin şərhi 10/473 Nəvəvinin “Zikrlər” kitabı 298) 

 

Imam Nəvəvi (Allah ona rəhmət etsin!) peyğəmbərin (s) 



“Adamlar  arasında  söz  gəzdirən  Cənnətə  girməyəcək” 

hədisinini  qeyd  edərkən  başqa  bir  rəvayətdə  “Qattət”  sözünün 

keçdiyini  bildirir.  Bunların  hər  ikisi  eyni  mənanı  daşıyır.  Daha 

sonra qeyd edir ki, alimlər adamlar arasında söz gəzdirməyi belə 

izah  edirlər:  Đnsanlar  arasında  söz  gəzdirmək,  aralarında  fəsad 

törətmək  məqsədi  ilə  bəzi  insanların  söhbətini  digərlərinə 

çatdırmaqdır. (Đmam Nəvəvi “Müslim”i şərh edərkən 2/112) 

 

Adamlar arasında söz gəzdirmək pis və çirkin məqsədlər 



güdərək danışılan söhbətin və ya baş verən hadisənin bir dildən 

başqa bir dilə keçməsi ilə üzə çıxmasıdır. (“Fəthul bari” 10/472)  

 

Imam Buxari (Allah ona rəhmət etsin!) kitabında xüsusi 



olaraq “Đnsanlar  arasında söz gəzdirməkdə məkruh olan şeylər” 

başlıqığı  altında  fəsil  ayırmışdır.  Ibn  Həcər  (Allah  ona  rəhmət 

etsin!)  qeyd  edir  ki,  alim  bu  başlıqla  sanki,  fəsad  törətmək 

məqsədi  ilə  xəbərin  birindən  digərinə  çatdırmağın  icazəli  olan 

tərəfi kimi, kafirlər barəsində xəbər verməyi nəzərdə tutmuşdur. 

Necə ki, kafir ölkələrində cəsusluq etməyin və ziyan verə biləcək 




 

24 


hadisə  və  ya  söhbətlərin  çatdırılması  yolveriləndir.  (“Fəthul 

Bari” 10/472) 

 

 

 



Adamlar  arasında  söz  gəzdirməyin  hökmü.  Adamlar 

arasında  söz  gəzdirmək  müsəlman  icmasının  rəyinə  əsasən 

haramdır.  Onun  haram  olmasını  sübut  edən  dəlillər  Qurani-

Kərimdə və Peyğəmbərin sünnəsində kifayət qədərdir.  

 

Đnsanlar  arasında söz gəzdirməkdən çəkinin! Allah taala 



buyurur:  “

İtaət  etmə  (yalan  yerə)  hər  and  içənə,  alçağa. 

Qeybət  edənə,  söz  gəzdirənə.  Xeyrə  mane  olana,  (zülm 

etməkdə)  həddi  aşana,  günaha  batana”. (əl-Qələm, 11-12) 

Başqa  bir  ayədə  Uca  Allah  buyurur:  “(Dalda)  qeybət  edib 

(üzdə) tə’nə vuran hər kəsin vay halına!”. (əl-Huməzə, 1) 

 

Huzyfənin rəsulullahdan (s) belə eşitdiyi rəvayət olunur: 



“Qəttat  (yəni,  sözgəzdirən)  Cənnətə  girməyəcək”.  (Buxari 

7/76 Müslim 1/101 Bax; iki şeyxin ittifaq etdiyi hədislər toplusu 

olan  “əl-Lülu  vəl  Mərcan”  1\2  “Fəthul  Bari”  10/472)  Qəttat 

adamlar  arasında  söz  gəzdirəndir.  Lakin,  Müslimdə  Əbu  Vailin 

Huzeyfədən  etdiyi  rəvayətə  görə  deyilir  ki,  qəttatla  adamlar 

arasında söz gəzdirənin fərqi var. Adamlar arasında söz gəzdirən 

hadisə  və  ya  söhbətdə  iştirak  edir  və  onu  başqasına  çatdırır. 

Qəttat  isə  bilinməyəcək  formada  söhbətə  qulaq  asır  və 

eşitdiklərini başqasına çatdırır. (Müslim 1/101) 

 

Huzeyfə  rəvayət  edir  ki,  rəsulullahın  (s)  belə 



buyurduğunu  eşitdim:  “Adamlar  arasında  söz  gəzdirən 

Cənnətə  girməyəcək”.  (Müslim  1/101)  Əhli  sünnə  və  Camaat 

məzhəbi  qiblə  əhlindən  heç  kəsi  xüsusi  dəlil  olmadan  etdiyi 

günahlara görə kafir adlandırmır.  

 

Abdullah  bin  Məsud  rəvayət  edir  ki,  rəsulullah  (s) 



buyurur:  “Đnsan,  doğru  danışa-danışa  Allah  qatında  doğru, 

yalan danışa-danışa yalançı tanınar”. (Müslim 4/2012) 

 

Đbn  Abdul  Birr  Yəhyə  bin  Əbi  Kəsirin  belə  dediyini 



rəvayət  edir:  “Söz  gəzdirən  və  yalançı  insanın  bir  saatda 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə