Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

 

31 


 

Müslimdə  keçən  hədislərin  birində  peyğəmbər  (s) 

buyurur: “Mənim adımdan yalan olduğunu bilə-bilə bir hədis 

danışan  yalançılardan  biridir”.  (Müslimin  müqəddiməsi  1/9 

Đmam Nəvəvi “Müslimin şərhi” 1/65)  

 

Muğira  bin  Şöbə  peyğəmbərdən  (s)  belə  eşitdiyini 



rəvayət  edir:  “Mənim  adımdan  yalan  danışmaq,  başqası 

adından yalan danışmaq kimi deyil. Mənim adımdan qəsdən 

yalan  danışan  onun  üçün  oddan  hazırlanmış  yerini  hazır 

bilsin!” (Müslimin müqəddiməsi 1/11 Đmam Nəvəvi “Müslimin 

şərhi” 1/65 Buxari 8/81) 

 

Vasilə bin əl-Əsqadan (Allah ondan razı olsun!) rəvayət 



olunur ki, rəsulullah (s) belə buyurur: “Böhtanların ən böyüyü 

başqasının  onun  atası  olduğunu  iddia  etmək,  gözlərinin 

görmədiyi  bir  şeyi  görmüş  kimi  qələmə  vermək  və  Allahın 

rəsulunun  demədiyi  bir  şeyi  onun  adından  danışmaqdır”. 

(“Fəthul Bari” 6/540)  

 

Əbu  Hureyrədən  (Allah  ondan  razı  olsun!)  rəvayət 



olunan  hədisdə  rəsulullah  (s)  buyurur:  “Đnsanın  hər  eşitdiyini 

danışması,  onun  yalan  danışmasına  kifayətdir”.  (Müslimin 

müqəddiməsi 1/10 Imam Nəvəvi “Müslimin şərhi” 1/65)  

 

Abdulla  bin  Məsudun  belə  dediyi  rəvayət  olunur: 



“Đnsanların ağıllarının dərk etmədiyi bir hədisi onlara danışma! 

Əksinə,  bu,  bəzilərinin  fitnəyə  düşmələrinə  səbəb  olacaq”. 

(Müslimin  müqəddiməsi  1/11  Đmam  Nəvəvi  “Müslimin  şərhi” 

1/76) 


 

Ömər  bin  əl-Xəttab  (Allah  ondan  razı  olsun!)  buyurur: 

“Bir  insanın  hər  eşitdiyini  danışması,  onun  yalan  danışmağına 

bəs  edər”.  (Müslimin  müqəddiməsi  1/11  Đmam  Nəvəvi 

“Müslimin şərhi” 1/65) 

 

Đbn Vahb deyir ki, Malik mənə belə buyurdu: “Bil ki, hər 



eşitdiyini danışan insan salamat qalmaz. Ondan heç vaxt imam 

olmaz”. (Müslimin müqəddiməsi 1/11 Đmam Nəvəvi “Müslimin 

şərhi” 1/65)  



 

32 


 

Əbdurrəhman  bin  Mehdi  deyir  ki,  bir  kişi  eşitdiklərinin 

bəzisini tərk etmədikcə, ondan nümunə götürülən imam olmaz”. 

(Müslimin  müqəddiməsi  1/11  Đmam  Nəvəvi  “Müslimin  şərhi” 

1/65)  

 

Peyğəmbərin  (s)  adından  yalan  danışmaq  haramdır.  Bu, 



böyük  günah  və  çirkin  bir  əməldir.  Lakin,  bunu  etmək  küfr 

deyil. Onu halal hesab edənlər isə istisnadır. Bu icma alimlərinin 

görüşüdür.  

 

Başqa bir rəyə görə onu qəsdən etmək küfdür. Bu görüş 



Şeyx  Əbu  Məhəmməd  əl-Cuveyniyə  məxsusdur.  Lakin,  onun 

oğlu  iki  müqəddəs  haramın  imamı  və  ondan  sonra  gələnlər  bu 

fikri  zəif  hesab  etdilər.  Ibn  Muneyr  qeyd  edir  ki,  peyğəmbərin 

adından  yalan  danışmaq  haram  olan  bir  şeyin  halal  hesab 

edilməsinə  gətirib  çıxarırsa,  bu  artıq  küfrdür.  Iki  müqəddəs 

haramın  imamı  əvvəldə  qeyd  olunmuş  fikri  yalnış  hesab  edir. 

Imam  Nəvəvi  və  Hafiz  Đbn  Həcər  cumhur  alimlərin  fikrini 

dəsdəkləyir. Bu fikir də ondan ibarətdir ki, bu əməli halal hesab 

edənlərdən başqası küfr etmiş olmaz.  

 

Imam  Đbn  Həcər  deyir:  “Peyğəmbərin  adından  yalan 



danışmaq  böyük,  başqasının  adından  yalan  danışmaq  isə 

nisbətən  kiçik  yalandır.  Bunlar  fərqlidir,  bunları  edənlər  eyni 

cəzaya  layiq  deyillər.  Rəsulullahın  (s)  onun  adından  yalan 

danışanlar  barəsində  “yerlərini  hazır  bilsinlər”  kəlamı  uzun 

müddətli əzabın olacağından xəbər verir.  Hədisə zahirən diqqət 

verdikdə  oradan  çıxmayacaqları  da  başa  düşülə  bilər.  Ancaq, 

qəti dəlillər onu göstərir ki, cəhənnəmdə əbəbi qalmaq kafirlərə 

xasdır.  Peyğəmbər  (s)  onun  adından  yalan  danışmaqla 

başqasının  adından  yalan  danışmağı  bir-birindən  fəqləndirdi: 

“Mənim  adımdan  yalan  danışmaq  başqa  birinin  adından 

yalan  danışmaq  kimi  deyil”.  (Buxari  2/81  Müslim  1/10  Bax 

“əl-Lulu val Mərcan” 1/1) Hədislərin birində isə qeyd olunur ki, 

peyğəmbərin (s) adından yalan danışmaq fasiqlikdir. (Bu mövzu 



 

33 


barəsində  demək  olar  ki,  əvvəldən  axıradək  Đmam  Nəvəvinin 

şərhindən və “Fəthul Bari”dən iqtibas gətirilmişdir.)  

 

Rəsulullahın  adından  yalan  danışmaq  Allahın  adından 



yalan  danışmaqdır.  Çünki,  Allah  taala  buyurur:  “O,  havadan 

danışmır.  Yalnız  ona  vəhy  olunan  vəhydir”.  (ən-Nəcm,  3-4) 

Peyğəmbərin  (s)  adından  yalan  danışmaq  Allah  taalanın  bu 

ayəsində 

xatırlananlardır: 

“De: 


"Allaha 

qarşı 


yalan 

uyduranlar, sözsüz ki, nicat tapmazlar”. (Yunus, 69)  

 

YALAN 


 

 

 



 

 

 



 

Yalan  danışmağın  hökmü.  Imam  Nəvəvi  (Allah  ona 

rəhmət  etsin!)  buyurur:  “Qurani-Kərim  və  peyğəmbərin  (s) 

sünnəsi bir cümlə ilə  yalan danışmağın haram olmasınını aydın 

şəkildə  bəyan  etdi.  Bu,  ən  pis  əməllərdən  və  ən  çirkin 

günahlardan  biridir.  Bütün  müsəlman  cəmiyyəti  də  varid  olan 

dini  mətinlərə  əsasən  onun  haram  olmasını  qəbul  edir.  (Đmam 

Nəvəvi  “Zikrlər”  səh  324)  Əbu  Hureyrədən  (Allah  ondan  razı 

olsun!)  rəvayət  olunan  səhih  hədis  yalandan  uzaqlaşmağa 

kifayət  edər.  Peyğəmbər  (s)  buyurur:  “Münafiqin  əlaməti 

üçdür:  Danışanda  yalan  danışar.  Vəd  edərkən  vədinə  xilaf 

çıxar. Ona bir şey əmanət olunanda əmanətə xəyanət edər”. 

(Buxari 1/14 Müslim 1/78)  

 

Yalanın bütün formalarından çəkin! Allah taala buyurur: 



“Bilmədiyin  bir  şeyin  ardınca  getmə  (bacarmadığın  bir  işi 

görmə,  bilmədiyin  bir  sözü  də  demə).  Çünki  qulaq,  göz  və 

ürək-bunların  hamısı  (sahibinin  etdiyi  əməl,  dediyi  söz 

barəsində) sorğu-sual olunacaqdır”. (əl-Đsra, 36)  

 

Abdullah bin Məsud peyğəmbərin (s) belə buyurduğunu 



rəvayət  edir:  “Həqiqətən,  doğruluq  yaxşılığa,  yaxşılıq  da 

Cənnətə  aparır.  Bir  insan  doğru  danışa-danışa  doğru  insan 

olur.  Yalan  isə  pisliyə,  pislik  də  oda  aparır.  Bir  insan  yalan 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə