Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   2   3   4   5   6   7   8   9   ...   23

 

19 


edirsə, yanılır. Çünki, bu cür düşüncə tərzi fəsada aparır. Çünki, 

o başqasının halına acıdığı halda, haram olan qeybətə yol vermiş 

olur.  Əgər  o,  həqiqətən  də  mərhəmət  nümayiş  etdirirsə,  bunu 

qeybət  etmədən,  tövsiyə,  doğru  yola  yönəltmə  və  bu  kimi 

bəyənilən üsullarla edə bilər.  

 

Qeybətin  yaranma  səbəbi  əyləndirmək  və  gülüş 



doğurmaqdırsa, qeybət edən bilməlidir ki, başqasının qeybəti ilə, 

başqasının  dünya  və  axirətinə  ləkə  gətirib  ona  gülməklə  özünü 

həlak  edir.  O,  dünyada  olarkən  əzaba  düçar  olar.  O,  başqasının 

eyiblərini  aşkara  çıxarıb  ona  güldüyünə  görə,  Allah  da  onun 

eyiblərini  dünya  və  axirətdə  göz  önünə  sərər.  Bundan  daha 

biabırçı bir hal ola bilərmi?  

 

Həqiqətən, aqil olan insan qeybətin yaranma səbəbləri və 



onun  çarəsi  baərsində  fikirləşdikdə,  burada  qeyd  olunan 

formalardan  istifadə  edərək  onu  həll  etmək  uğrunda  çalışsa, 

inşallah  qeybətin  zərər-ziyanından  əmində  olar  və  dili  yalnız 

xeyirli, faydalı sözlərin məskəninə çevrilər. Beləliklə də, həmin 

şəxs  dünya  və  axirət  xeyir-bərəkəti  ilə  mükafatlanar.  Allahdan 

Onun gözəl ad və sifətləri ilə diləyirəm ki, bizim hamımızı sevib 

razı qaldığı, haqqı deyib ona ən çox əməl edən insanlardan etsin!  

 

 



 

Qeybət  etməyə  tövbə.  Müsəlmanın  qeybətini  edən  kəs 

tövbə  etmək  üçün  qeybət  etdiyi  insandan  halallıq  almalı, 

bağışlanma  diləməlidir.  Bu  hal  qeybətin  fitnəyə  gətirib 

çıxarmadığı  təqdirdə  edilir.  Əgər  qeybət  ədavətə,  xoşagəlməz 

başqa  bir  əməlin  yaranmasına  gətirib  çıxarıbsa,  qeybət  edən 

qeybət  etdiyi  məclisdə  və  qeybət  etdiyi  insanlar  arasında 

əleyhinə  danışdığı  insan  barəsində  yaxşı  sözlər  işlətməli, 

qeybətindən  dolayı  təssüfləndiyini  bildirməlidir.  Həmçinin, 

tövbə  etmək  istəyən  insan  tövbənin  digər  şərtlərini  də  yerinə 

yetirməlidir ki, tövbəsi tam və mükəmməl olsun! (Bax; “Qeybət 

çirkinliyinin eyiblərindən təmizlənmə” səh 62)  

 

 



 

20 


 

Qeybətin icazə verildiyi məqamlar.  

 

Allah  taala  buyurur:  “Allah  pis  sözün  açıq  (ucadan) 



deyilməsini  sevməz.  Yalnız  zülm  olunmuş  şəxslər  müstəs-

nadır. Allah (hər şeyi) eşıdəndir, biləndir”. (ən-Nisə, 148) 

 

Aişə  (Allah  ondan  razı  olsun!)  buyurur  ki,  Müaviyənin 



anası  Hind  rəsulullaha  dedi:  “Əbu  Süfyan  paxıl  insandır.  Mən 

onun  malından  gizlincə  götürsəm  mənim  üçün  günah  olarmı?” 

Rəsulullah  (s)  buyurdu:  “Sən  və  övladların  lazım  olan  şeyi 

aşkarda götürün!” (Buxari 3/36 “Fəthul Bari” 4/405)  

 

Fatimə  bint  Qeys  rəvayət  edir  ki,  Əbu  Amr  bin  Hifs 



yanında  olmadan  onu  qəti  surətdə  boşadı.  Və  ona  öz  elçisini 

göndərdi.  O  dedi:  “Vallahi,  bizim  üzərimizdə  sənin  bir  şeyin 

qalmayıb”.  Qadın  isə  rəsulullahın  (s)  yanına  gələrək  olanları 

danışdı. Rəsulullah (s) isə “Sənin onun üzərində heç bir şeyin 

qalmayıb”  dedi  və  onun  iddə  vaxtını  keçirmək  üçün  Ummu 

Şureykin  evində  qalmasını  əmr  etsə  də  sonradan  dedi:  “O,  elə 

bir qadındır ki, səhabələrim ondan ehtiyat edir. Ona görə də 

Đbn  Ummu  Məktumun  evində  qal!  O  kor  kişidir,  üst 

paltarını  rahatca  çıxara  bilərsən”.  Qadın  buyurdu  ki,  ona  (s) 

Müaviyə bin Əbu Süfyanın və Əbu Cəhmin mənə evlənmə təklif 

etdiyini dedim. Rəsulullah (s) buyurdu: “Əbu Cəhmə gəlincə, o 

əsasın  çiynindən  yerə  qoymur.  (burada  iki  yozum  var: 

birincisi,  belə  başa  düşülür  ki,  həyatını  səfərlərdə  keçirir. 

Ikincisi  isə  onun  qadınları  çox  vurmasına  işarədir.  Bu  da,  ən 

doğru  yozumdur.  Bax;  Đmam  Nəvəvinin  “Müslimin  şərhi”) 

Müaviyə  isə  kasıbdır,  imakanı  yoxdur.  Usəmə  bin  Zeydlə 

evlən!” Qadın qeyd edir ki, mən onu istəmədikdə rəsulullah (s) 

Usəmə ilə evlənməyimi məsləhət gördü. Mən onunla evləndim. 

Allah da bizə xeyir-bərəkət əta etdi”. (Müslim 2/1114)  

 

Urva bin Zubeyr rəvayət edir ki, Aişənin bunları dediyini 



eşitdim:  “Bir  kişi  rəsulullahın  (s)  yanına  daxil  olmaq  üçün  izn 

istədi.  Rəsulullah  buyurdu:  “Đcazə  verin!  Yerlipərəs  nə  pis 

insandır.” Kişi daxil olduqda isə onunla yumşaq danışdı. Sonra 



 

21 


mən  dedim:  “Ya  rəsulullah,  dediklərini  dedin,  sonra  onunla 

yumşaq  danışdın.”  Rəsulullah  (s)  buyurdu:  “Ey  Aişə, 

insanların ən şərlisi o kəsdir ki, günahı ucbatından insanlar 

onu  tərk  edər”.  (“Səhih  Buxari”  7/86  “Səhih  Müslim”  4/2002 

“Fəthul Bari” 10/471) 

 

Buxari  kitabının  fəsillərindən  birini  “Đnsanlar  barəsində 



“uzun”,  “gödək”  kimi  ifadələr  işlətməyin  icazəli  olması”  fəsli 

adlandıdır. Həmçinin, qeyd edir ki, rəsulullah (s) birinə “iki əlli” 

deməklə,  onun  pisliyini  istəmirdi.  (“Səhih  Buxari”  7/85  “Fəth” 

10/468)  

 

Imam Nəvəvi qeyd edir ki, qeybətin dini məqsədlər üçün 



edilməsi altı səbəbdən caizdir:  

 

Birincisi:  Zülm  olunarkən.  Məzlum  ona  olunmuş  zülmə 



görə  sultana,  qaziyə  və  ya  rəhbər  vəzifəsi  olan  insana  şikayət 

edə bilər. 

 

Ikincisi:  Münkər  bir  əməli  dəyişdirmək  və  günahkarı 



doğu yola qaytarmaq üçün kömək istəyərkən. Məsələn, kiminsə 

hər  hansı  bir  günah  etdiyini  görərək  imkanı  olan  şəxsdən 

“fılankəs  belə  bir  günah  edir,  onu  bu  günahdan  çəkindir”  kimi 

sözlərlə kömək istəməsi dinin icazə verdiyi danışıq formasıdır.  

 

Üçüncüsü:  Fitva  istəyərkən.  Məsələn,  müftinin  yanına 



gələrək “fılankəs, yaxud atam və yaxud da qardaşım mənə qarşı 

bu  cür  zülm  etmişdir.  Mən  ondan  xilas  olmaq  üçün  nə 

etməliyəm?  Bu  zülmü  necə  dəf  edə  bilərəm?”  kimi  ifadələr 

işlətməsi  caizdir.  Lakin,  yaxşı  olar  ki,  “bir  kişi”,  “bir  ər”,  “bir 

ata”,  “bir  övlad”  kimi  ifadələr  işlətməklə  müəyyən  adamın  adı 

çəkilməsin!  Buna  baxmayaraq  hədisdə  “Əbu  Süfyan  xəsis 

kişidir”  kimi  keçməsi  müəyyən  adamın  adının  da  qeyd 

olunmasına icazə verir.  

 

Dördüncüsü: Müsəlmanları şərdən çəkindirərkən. Bu bir 



neçə yöndən izah olunur: 

a)  Ravilərin,  yazarların  tənqidi,  icma  alimlərin  rəyinə 

görə caiz, şəriəti qorumaq üçün isə vacibdir.  



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə