Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   2   3   4   5   6   7   8   9   ...   23

 

 



Ərşin rəbbi olan Uca Allahdan Onun gözəl ad və sifətləri 

ilə  diləyirəm  ki,  bu  kitabı  səmərəli,  sağlığımda  və  ölümümdən 

sonra  –  “Mal-dövlətin  və  övlad-uşağın  fayda  verməyəcəyi, 

yalnız  sağlam  qəlblə  Allahın  hüzuruna  gələnlərin  nicat 

tapacağı  gün” mənə faydalı etsin. Allah taala bunu oxuyanları, 

eşidənləri  çap  etdirib  yayanları,  çapına  səbəb  olanları  və  bu  işə 

yaxından kömək edənləri öz cənnətlərinə daxil etsin! Həqiqətən, 

Allah duaları qəbul edər, ümüdləri boşa çixartmaz. O, istədiyinə 

kifayət  edər,  O,  ən  gözəl  vəkildir.  Güc  və  güvvət  yalnız 

Ondadır. Qulu,  rəsulu,  yaratdıqlarının  ən xeyirlisi, vəhyə sadiq, 

imamımız,  peyğəmbərimiz,  ibrət  nümunəmiz  və  sevimlimiz 

Məhəmməd  bin  Abdullaya,  onun  ailəsinə,  səhabələrinə  və 

qiyamət  gününədək  ona  gözəl  şəkildə  tabe  olanlara  Allahın 

salavatı və salamı olsun!  

Allah taalaya 

möhtac bəndə Səid bin Əli 

bin Vahf əl-Qahtani hicri 

13/11/1410 




 

BIRINCI FƏSL 



 

QEYBƏT VƏ ADAMLAR ARASINDA 

 SÖZ GƏZDĐRMƏK 

 

Qeybətin  tərifi.  əl-Hafiz  ibn  Həcər  (Allah  ona  rəhmət 



etsin!) buyurur: “Alimlər qeybət barəsində ixtilaf ediblər. Üstün 

rəyə  görə  qeybət  başqasının  eybini  ehtiyac  olmadan  dilə 

gətirməkdir”.  

 

Imam  Qazali  buyurur  ki,  qeybət  müsəlman  qardaşının 



sonradan  xəbəri  olsa  belə,  xoşuna  gəlməyən  bir  şeyi  barəsində 

danışmaqdır.  

 

Ibn əl-Əsir “ən-Nihəyə” əsərində qeyd edir ki, bir insan, 



başqasının  eybi  olsa  belə  onun  xəbəri  olmadan  haqqında  pis 

danışarsa qeybət etmiş olur.  

 

Nəvəvi  Đmam  Qazaliyə  istinadən  yazdığı  “Zikrlər” 



kitabında  qeyd  edir:  “Qeybət  bir  insanın  başqası  barəsində 

istəmədiyi bir şeyi xatırlamasıdır. Haqqında danışdığı şey onun 

şəxsiyyətinə,  dininə,  dünyasına,  fitrətinə,  əxlaqına,  maddi 

imkanına,  ailəsinə,  paltarına,  davranışına,  danışığına  və 

xasiyyətinə  aid  ola  bilər.  Bunları  dillə  tələffüz  etməklə  onun 

barəsində təsəvvür yaratmaq eynilik təşkil edir”.  

 

Đbn Tin buyurur ki, bir insanın xoşuna gəlmədiyi bir şeyi 



onun arxasınca danışmaq qeybət hesab olunur.  

 

Imam  Nəvəvi  (Allah  ona  rəhmət  etsin!)  buyurur:  “Çox 



yazarlar öz kitablarında “özlərini elmli hesab edən fılankəslər”, 

“dindar kimi tanınan fılankəs” kimi ifadələr işlədirlər. Bunların 

hamısı  qeybətdir.  Qəribəsi  burasındadır  ki,  qeybət  edərkən 

“Allah  bağışlasın  bizi…  deyərlər”.  (“Fəthul  Bari”  10/469. 

Nəvəvinin “Zikrlər” kitabı, 288-290) 

 

Qeybəti  ifadə  etmək  təkcə  dillə  məhdudlaşmır.  Əksinə 



qeybət xarakteri daşıyan hər bir hərəkət, yazı, işarə elə qeybətin 

özüdür. 



 

 



Qeybətlə adamlar arasında söz gəzdirməyin fərqi. Əl-

Hafiz ibn Həcər  (Allah  ona rəhmət etsin!) buyurur: “Qeybət və 

adamlar  arasında  söz  gəzdirmək  barəsində  müxtəlif  fikirlər 

mövcuddur. Onlar fərqli yoxsa eyni şeylərdir? Üstün rəy ondan 

ibarıtdir  ki,  onlar  ayrı-ayrı  şeylərdir.  Həmçinin,  onların  ümumi 

və xüsusi cəhətləri var.  Çünki, adamlar arasında söz gəzdirmək 

fəsad  məqsədi  güdərək  bir  şəxsin  eybini  razılıq  olmadan 

başqasına çatdırmaqdır. Istər haqqındakı söhbətdən xəbəri olsun, 

istər olmasın! 

 

Adamlar  arasında  söz  gəzdirmək  qeybətdən  fəsad  məq-



sədi  güdməsi  ilə  fərqlənir.  Qeybətdə  isə  belə  bir  şərt  yoxdur. 

Həmçinin,  haqqında  danışılan  adamın  xəbərsiz  olması  qeybətin 

fərqli cəhətidir. Qalan başqa şeylərdə isə onların ikisi də eynilik 

təşkil  edir.  Əksər  alimlər  haqqında  danışılan  insanın  danışılan 

vaxtı  orada  olmamasını  qeybətin  şərti  hesab  edirlər.  (“Fəthul 

Bari” 10/473)  

 

 

 



Qeybətin hökmü. Heç bir şəkk-şübhə yoxdur ki, qeybət 

bütün  müsəlman  icmasının  rəyinə  görə  haramdır.  Kitab  və 

sünnədə onun haram olmasına dəlalət edən bir çox açıq dəlillər 

var. (Nəvəvinin “əl-Əzkər”-nə bax! Səh; 289) 

 

Allah  taala  buyurur:  “Allah  pis  sözün  açıq  (ucadan) 



deyilməsini 

sevməz. 


Yalnız 

zülm 


olunmuş 

şəxslər 


müstəsnadır.  Allah  (hər  şeyi)  eşıdəndir,  biləndir!”.  (ən-Nisə, 

148) 


Ey 


iman 

gətirənlər! 

Çox 

zənnə-gümana 



qapılmaqdan  çəkinin.  Şübhəsiz  ki,  zənnin  bə’zisi  (heç 

bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, 

sirrini)  arayıb  axtarmayın,  bir-birinizin  qeybətini 

qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə 

razı  olarmı?!  Bu  sizdə  ikrah  hissi  oyadar  (qeybət  də 

belədir).  Allahdan  qorxun.  Həqiqətən,  Allah  tövbələri 

qəbul  edəndir,  rəhmlidir!”.  (əl-Hücurat,  12)  Allah  taala 



 

buyurur:  “Dalda)  qeybət  edib  (üzdə)  tə’nə  vuran  hər  kəsin 



vay halına!”. (əl-Huməzə, 1) “Dediyi hər sözü (yazmaq üçün) 

onun  yanında  hazır  durub  gözləyən  (iki  mələk)  vardır”. 

(Qaf,  18)  başqa  bir  ayədə  isə  Uca  Allah  belə  buyurur:  “(Ey 

insan!)  Bilmədiyin  bir  şeyin  ardınca  getmə  (bacarmadığın 

bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz 

və  ürək-bunların  hamısı  (sahibinin  etdiyi  əməl,  dediyi  söz 

barəsində) sorğu-sual olunacaqdır”. (əl-Đsra, 36) 

 

Qeybət dilin törətdiyi ən təhlükəli bəlalardan biridir. Əbu 



Hureyrənin  rəvayət  etdiyi  hədisdə  peyğəmbər  (s)  qeybəti  belə 

başa  salır:  “Siz  bilirsiniz  qeybət  nədir?”  Dedilər:  Allah  və 

rəsulu  daha  yaxşı  bilir.  Dedi:  “Müsəlman  qardaşının  xoşuna 

gəlmədiyi  bir  şeyi  onun  haqqında  danışmaqdır”.  Dedilər: 

Əgər  müsəlman  qardaşımda  həmin  xislət  varsa  necə?  Dedi: 

“Əgər  dediklərin  onda  varsa  qeybət  etmiş  olarsan.  Əgər 

dediklərin  onda  yoxdursa,  onda  ona  böhtan  atarsan”. 

(Müslim, 4/2000. Nəvəvi “Müslim”i şərh edərkən 16/142)  

 

Ənəs  bin  Məlik  rəvayət  edir  ki,  rəsulullah  (s)  buyurur: 



“Meracda  olarkən  dırnaqları  ilə  öz  üzlərini  və  sinələrini 

cıran bir qövmün yanından keçdim. Cəbraildən onların kim 

olmasını  soruşduqda  mənə  cavab  verdi:  onlar  insanların 

ətlərini  yeyən  və  namuslarına  toxunanlardır”.  (Əbu  Davud 

4/269  “Övnul  Məbud”  13/223  Şeyx  Əbdulqadir  Ərnavut  bu 

hədisin  həsən  hədis  olduğunu  qeyd  etmişdir.  Bax;  “Səhih  əl-

Cami” 5/51)  

 

Əbu  Hureyrədən  (Allah  ondan  razı  olsun!)  rəvayət 



olunan 

hədisdə 


peyğəmbər 

(s) 


buyurur: 

“Müsəlman 

müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan danışmaz, 

dönük  çıxmaz.  Bir  müsəlmanın  digər  müsəlmana  namusu, 

malı  və  qanı  haramdır.  Təqva  məhz  buradadır.  Bir 

müsəlman digər müsəlmanı təhqir etməklə şərə rəvac vermiş 

olur”. (Müslim 4/1984 Əbu Davud 4/273 Tirmizi 4/325)  



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə