Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   2   3   4   5   6   7   8   9   ...   23

 

10 


 

Əbu  Hureyrədən  (Allah  ondan  razı  olsun!)  rəvayət 

olunan  başqa  bir  hədisdə  rəsulullah  (s)  buyurur:  “Bir-birinizə 

həsəd  aparmayın,  bir-birinizlə  düşmənçilik  aparmayın,  bir-

birinizə arxa çevirməyin! Biriniz digərinizin ticarətinə mane 

olmasın! 

Allahın 

qardaş 


qulları 

olun! 


Müsəlman 

müsəlmanın  qardaşıdır,  ona  zülm  etməz,  dönük  çıxmaz, 

təhqir  etməz.  Təqva  məhz  buradadır”.  (Müslim  4/1986 

Tirmizi 4/325) 

 

Şübhə  yoxdur  ki,  ölmüş  müsəlmanın  qeybətini  etmək 



diri  olan  müsəlmanın  qeybətini  etməkdən  daha  çirkin  və  daha 

günahdır. Çünki, qeybətin etdiyin diri insan bağışlaya və halallıq 

verə  bilər,  ölü  isə  yox.  (Bax:  Əbu  Davudun  “Sünən”inin  şərhi 

“Övnul  Məbud”  13/224)  Aişədən  rəvayət  olunan  hədisdə 

peyğəmbər  (s)  buyurur:  “Ölünüz  öldükdə  onun  üçün  dua 

edin,  qeybətin  etməyin!”  (Əbu  Davud  4/275  bax:  “Səhih  əl-

Cami” 1/279 Albaninin “Səhih hədislər toplusu” 285)  

 

Əbu  Bərza  əl-Əsləmidən  (Allah  ondan  razı  olsun!) 



rəvayət olunan hədisdə rəsulullah (s) buyurur: “Ey dili ilə iman 

gətirib  lakin,  qəlbinə  iman  daxil  olmayan  kimsələr! 

Müsəlmanların  qeybətini  etməyin,  onların  qüsurlarını 

axtarmayın!  Kim  onların  qüsurlarını  axtarmağa  çalışsa 

Allah onun qüsurunu aşkara çıxarar. Allah qüsurun aşkara 

çıxardığı kimsəni isə evində rusvay edər”. (Əbu Davud 4/270 

Əhməd 4/421,424 bax: Albaninin “Səhih əl-Cami” 6/308 rəqəm 

3549) 


 

Qeyd  olunan  hədisdə  vurğulanır  ki,  müsəlmanın 

qeybətini  etmək  möminə  yaraşmayan  hərəkət,  münafiqin  isə 

şüarıdır.  Həmçinin,  hədisdə  bildirilir  ki,  müsəlmanların 

eyiblərini  axtaran  insanların  eyiblərini  Allah  aşkara  çıxarar  və 

eyibləri ailəsində ona göstərər. (Əbu Davudun “Sünən”inin şərhi 

“Övnul  Məbud”  13/224)  Həqiqətən  də,  güc  və  qüvvət  Allaha 

məxsusdur.  




 

11 


 

Mustəvrad bin Şəddad (Allah ondan razı olsun!) rəvayət 

edir ki, peyğəmbər (s) buyurur: “Kim müsəlmandan bir parça 

yesə,  Allah  taala  Cəhənnəmdə  o  kəsə  yediyinə  oşxar  bir  şey 

yedizdirər.  Kim  müsəlmanda  olan  palrarı  geyinsə,  Allah 

taala  Cəhənnəmdə  o  kəsə  geyindiyinə  oxşar  geyim  geydirər. 

Kim  başqasına  eşitdirmə  və  göstərmə  məqsədi  güdərək  bir 

şey  edərsə,  Allah  Qiyamət  günü  o  kəsə  etdiyinə  oxşar 

münasibət  göstərər”.  (Əbu Davud 4/270 Əhməd 4/229 Hakim 

onu  səhih  hesab  etmişdir.  Bax;  “Səhih  hədislər  toplusu”  2/643 

rəqəm  934)  Bu  hədisdə  müsəlmanın  qeybətini  etməklə  onun 

ətini  yeyən,  ona  xəyanət  etməklə  paltarını  geyinən  insanlara 

Allah taala cəhənnəmdə oddan yedizdirər, geyindirər. Çünki, hər 

bir  əməlin  cəzası  etdiyi  əməl  müqabilindədir.  (Bax;  “Övnul 

Məbud” 13/225) Allah hər şeyin ən yaxşı bilənidir.  

 

Usəmə bin Şureyk (Allah ondan razı olsun!) rəvayət edir 



ki,  bədəvilər  heç  bir  günah  olmayan  şeylər  barəsində 

peyğəmbərin (s) yanına gəlib “bunu etməkdə bizim üçün günah 

varmı?”  deyirdilər.  Peyğəmbər  (s)  isə  onlara  belə  cavab  verdi: 

“Ey  Allahın  qulları,  Allah  taala  günahı  müsəlman 

qardaşının  namusuna  toxunan  insanın  boynuna  yazar.  Bu, 

günah  və  həlaka  uğramaqdır”.  (Əhməd  4/278  Hakim  4/199, 

4/499 Đbn Macə 2/1137 Əbu Davud 2/211 Albani hədisin səhih 

olduğunu qeyd etmişdir. Bax; “Səhih əl-Cami” 6/294)  

 

Səid  bin  Zeyd  rəvayət  edir  ki,  peyğəmbər  (s)  buyurur: 



“Sələmin  ən  pisi  haqsız  olaraq  müsəlmanın  şərəfinə  dil 

uzatmaqdır”. (Əbu Davud 4/269 Əhməd 1/190 bax; “Səhih əl-

Cami” 2/442)  

 

Peyğəmbər (s) bəyan etdi ki, sələmin ən pisi müsəlmanı 



təhqir  etmək,  alçaltmaq,  söymək  və  sairlə  onun  şərəfinə  dil 

uzatmaqdır.  Çünki,  şərəf,  ləyaqət  və  namus  insana  mal-

dövlətdən daha əziz və qiymətlidir.  

 

Rəsulullah  (s)  sələmi  iki  növə  bölür:  birincisi,  borclu 



olan tərəfdən malın artıq hissəsini almaqdır.  Ikincisi isə, haqsız 


 

12 


olaraq müsəlmanın şərəfinə, namusuna dil uzatmaqdır ki, bu da 

daha  böyük  günah  və  daha  zərərli  bir  əməldir.  (Bax  “Övnul 

Məbud”  13/222)  Haqlı  olaraq  danışmağa  gəldikdə  isə,  elm 

əhlinin qeyd etdiyi şərtlər olarsa bu, caizdir. Qeybətin caiz olan 

hissəsini inşallah qeyd edəcəyik. 

 

Əbu Hureyrənin rəvayətində bildirilir ki, rəsulullahın (s) 



yanına bir nəfər gəlir və ondan (s) zinadan təmizlənməyi istəyir. 

Istədiyini  dörd  dəfə  təkrar  etdikdən  sonra  rəsulullah  (s)  ondan 

soruşur: “Sən zina etdin?” O cavabında “bəli” deyir. Rəsulullah 

işi  dəqiq  öyrəndikdən  sonra  həmin  adamın  daşqalaq  edilməsini 

əmr  edir.  Daha  sonra  rəsulullah  (s)  iki  kişinin  söhbətini  eşidir. 

Biri digərinə deyir: “Gördünmü, o adamın etdiklərini? Sonra da 

onu  iti  daşqalaq  edən  kimi  daşqalaq  etdilər”.  Peyğəmbər  (s) 

yaxınlıqda  olan  uzunqulağı  görür  və  deyir:  “Fılankəs  və 

fılankəs haradadır? Gedin, o uzunqulağı kəsin yeyin!” Onlar 

dedilər:  Ey  Allahın  rəsulu,  Allah  səni  bağışlasın,  bunun  əti 

yeyilərmi?  Rəsulullah  (s)  buyurdu:  “Haqqında  danışdığınız 

qardaşınızın qeybətin etmək onu yeməkdən daha şiddətlidir. 

Nəfsim  əlində  olana  and  olsun  ki,  o,  indi  Cənnət  çaylarında 

yuyunur”. (Əbu Davud 4/148 ,Beyhəqi 8/227, Đbn Kəsir 4/216) 

 

Cundub  bin  Abdulla  (Allah  ondan  razı  olsun!)  buyurur 



ki,  rəsulullahın  (s)  belə  dediyini  eşitdim:  “Kim  eşitdirmək 

məqsədi  güdərsə,  Allah  Qiyamət  günü  ona  eşitdirər”. 

Həmçinin, rəsulullah (s)  buyurur: “Kim  özünü  yararsa,  Allah 

Qiyamət  günü  onu  yarar”.  Səhabələr  dedilər:  “Bizə  tövsiyə 

et!”  Rəsulullah  buyurdu:  “Insanda  çürüyən  ilk  şey  onun 

qarnıdır.  Kim  yalnız  gözəl  olan  şey  yeməyi  bacarırsa,  onu 

etsin!”  (Buxari  “Fəth”  13/128)  Hədisdə  müsəlmalara  böhtan 

atmaq,  onların  barəsində  pis  sözlər  işlətmək,  onların  eyiblərin 

axtarmaq  onlara  əllə  və  dillə  əziyyət  vermək  və  bu  kimi 

əməllərin  qadağan  edilməsi  nəzərdə  tutulur.  (“Fəthul  Bari” 

13/130)  



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə