Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

 

43 


olmaz.  Peyğəmbər  (s)  buyurur:  “Üç  nəfərin  duası 

rədd  edilməz”…  bunların  içində  “məzlumun 

duası”nı  da  qeyd  etdi.  “Allah  onun  duasını 

buludlar  üstünə  qaldırar,  onun  üçün  səmanın 

qapıları  açılar  və  Allah  buyurar:  “Đzzətimə  və 

Cəlalıma  and  olsun  ki,  bir  az  sonra  olsa  da  sənə 

mütləq  kömək  edəcəm”.  (Əbu  Davud,  Tirmizi 

5/578  Bax;  “Cəmiul  usul”  4/145)    Peyğəmbər  (s) 

buyurur:  “Kim  öz  andı  ilə  müsəlmanın  haqqını 

əlindən  alsa  Allah  odu  ona  vacib,  Cənnəti  isə 

haram  edər”.  Bir  kişi  ona  (s)  dedi:  Ya  rəsulullah, 

kiçik  bir  şey  olsa  da?  Peyğəmbər  (s)  buyurdu: 

“Kiçik  bir  ağac  parçası  olsa  da”.  (Müslim  137, 

1/122)  


4.  Yalan  şahidlik  etmək  cinayətkarların  cəzasız 

qalmalarına  rəvac  verir.  Bu  da  yalan  yerə  şahidlik 

etməyin  mövcud  olmasını  özlərində  əsas  tutan 

insanların  cinayətlərə  və  günahlara  qurşanmasına 

səbəb olur.  

5.  Yalandan şahidlik etmək qanunların çiynənməsinə və 

qadağaların  edilməsinə  gətirib  çıxarır.  Bununla 

günahsız  insanlar  əziyyət  çəkir,  haqsız  yerə  mal-

mülk  qəsb  olunur.  Məsələlər  haqsız  və  ədalətsiz 

qərarlarla  həll  olunur.  Bütün  bunlara  görə  şübhəsiz 

ki,  yalandan şahidlik edən Qiyamət  günü hakimlərin 

Hakimi qarşısında cavab verəcək.  

6.  Yalandan  şahidlik  etməklə  insan  bu  əmələ  öyrəşir. 

Günahsızın  cəzalandırılması  və  haqsız  işgəncələrin 

olması  get-gedə  belə  insanı  maraqlandırmır.  Artıq 

onun  gözündə  bunun  günah  olması  itir.  Zalımın 

əmrin icra edir, məzlumu isə əzir.  



 

44 


7.  Yalandan  şahidlik  etmək  Allahın  dini  barəsində 

haqqı  olmadan  və  elmsiz  danışmağa  gətirib  çıxarır. 

Həqiqətən, bu, ən böyük fitnələrdən, Allah yolundan 

çəkindirən  ən  zərərli  səbəblərdən  və  insanların 

zəlalətə düşmələrinin ən mühüm amillərindən biridir. 

Bu,  birbaşa  Allah  taalaya  qarşı  olmaqdır.  Haqq  ona 

bəyan  olunduqdan  sonra,  cahilliyində,  fitnəkar 

hərəkətlərində  davam  edib  haqqı  qəbul  etməyən 

insan  barəsində  Allah  taala  buyurur:  “Diliniz  (bizə 

belə  əmr  edildiyi  deyə)  yalana  vərdiş  etdiyi  üçün 

(dəlilsiz-sübutsuz):  "Bu  halaldır,o  haramdır!"  - 

deməyin,  çünki  (bununla)  Allaha  iftira  yaxmış 

olursunuz. 

Allaha 


iftira 

yaxanlar 

(axirət 

əzabından)  nicat  tapmazlar”.  (ən-Nəhl,  116) 

Günümüzdə  mövcud  olan  yalandan  şahidlik  etmək 

kimi  çirkin  bir  əməl  Allahın  halal  etdiyi  şeyləri 

haram  sayır  və  insanlara  bunu  belə  təqdim  edir.  Bu 

əməlin  ən  təhlükəlisi  ondan  ibarətdir  ki,  haqqı 

bildikləri  halda  gizlədib,  yerinə  batili  gətirib  onu 

bəzəyirlər.  Bunu  da  haqq  kimi  insanlara  qəbul 

etdirməyə  çalışırlar.  Dünya  və  axirətdə  salamat 

olmağı  Uca  rəbbimizdən  diləyirəm.  (Bax;  Riyadda 

elmi  təhqiqatlar,  fitvalar  və  dəvət  üçün  baş  idarənin 

nəşr  etdirdiyi  “Dini  təhqiqatlar”  jurnalı  səh  255-272 

Şeyx Abdullah bin Saleh əl-Qasir) 

 

BÖHTAN 



 

 

Böhtan,  iftira  atmaq  dilin  törətdiyi  ən  böyük  bəlalardan 



biridir. Allah taala Qurani-Kərimdə buyurur: “

İsmətli qadınla 

zina  isnad  edib,  sonra  (dediklərini  təsdiqləyəcək)  dörd 

şahid  gətirə  bilməyən  şəxslərə  səksən  çubuq  vurun  və 

onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz 



 

45 


ki,  (Allahın  itaətindən  çıxmış)  əsl  fasiqlərdir.  Bundan 

(namuslu  qadınlara  atdığı  böhtandan)  sonra  tövbə  edib 

özlərini  islah  edənlər  istisna  olmaqla.  Çünki  Allah 

(tövbə  edənləri)  bağışlayandır,  rəhmlidir!  Arvadlarına 

zina isnad edib özlərindən başqa şahidləri olmayanların 

hər  biri  özünün  doğru  danışanlardan  olduğuna  dair 

dörd dəfə Allahın adı ilə (Əşhədu billahi - Allahı şahid 

gətirirəm,  deyə)  şəhadət  verməlidir.  Beşinci  dəfə:  "Əgər 

yalan  danışanlardandırsa,  Allah  ona  lə’nət  eləsin!" 

(deməlidir).  Qadının  da  (hakimin  hüzurunda)  ərinin 

yalan  danışanlardan  olması  barədə  dörd  dəfə  Allahı 

şahid  tutması əzabı ondan dəf edər. Beşinci dəfə: "Əgər 

(əri)  doğru  danışanlardandırsa,  Allah  ona  (qadının 

özünə) lə’nət (qəzəb) eləsin!" (deməlidir)”. (ən-Nur, 4-9)  

 

Allah  taala  buyurur:  “



Zinadan  xəbəri  olmayan 

namuslu,  ismətli  mö’min  qadınları  zinada  ittiham 

edənlər dünyada və axirətdə lə’nətə düçar olarlar. Onları 

(qiyamət  günü)  çox  böyük  bir  əzab  gözləyir.  Qiyamət 

günü 

(onlar 


dünyada 

qazandıqları 

günahlarını 

dandıqda)  dilləri,  əlləri  və  ayaqları  etdikləri  əməllər 

barəsində  onların  əleyhinə  şəhadət  verəcəkdir”. (ən-Nur, 

23-24) 


 

Başqa  bir  ayədə  isə  Uca  Allah  buyurur:  “Həqiqətən, 

(Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir 

zümrədir  (münafiqlərdir).  Onu  (o  xəbəri)  pis  bir  şey  zənn 

etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan 

hər  bir  şəxsin  qazandığı  günahın  cəzası  vardır.  Onlardan 

günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) 

isə  (qiyamət  günü)  çox  böyük  (şiddətli)  bir  əzab  gözləyir”. 

(ən-Nur, 11)   



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə