Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə2/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   2   3   4   5   6   7   8   9   ...   78

 

reformist  siyasi  şüur  tiplərinin  meydana  gəlməsi  üçün  real 
imkanlar  yarandı.  Amerika  politoloqu  F.Fukuyama  «Tarixin 
sonu?»  essesində  (1989)  yazır  ki,  indən  belə  demokratik 
düşərgəyə  meydan  oxumağa  qabil  olan  dünya  əhəmiyyətli 
kommunist  güjü  olmayajaqdır.  Kommunizmin  iflasından  sonra 
daha liberalizmin dünyada alternativi yoxdur. Müəllif daha sonra 
qeyd  edir  ki,  liberal  dəyərləri,  yəni  demokratiya  və  insan 
hüquqlarını dünyanın bütün xalqları, aralarındakı mədəni fərqlərə 
baxmayaraq, tanıyajaqdır.  
Sosializm  sisteminin  dağılması  və  hakim  ideologiya  kimi 
marksist-leninçi  ideologiyanın    sonunun    gəlib  çatması  ilə 
müstəqilliyini  əldə  etmiş  keçmiş  sovet  respublikalarında,  o 
jümlədən  Azərbayjan  Respublikasında  müxtəlif    ideologiyalar 
jəmiyyətin mənəvi həyatının  atributuna çevrildi.  Meydana çıxan 
liberalizm  də  digər  ideologiyalar  kimi  bu  və  ya  digər  partiyanın 
sadəjə  siyasi  proqramı  deyil,  eyni  zamanda  dünyaya  baxışlar 
sistemidir  və  bu  baxışlar  konkret  siyasi  partiyalar  tərəfindən 
əlaqələndirilir. 
Hazırda  eyni  siyasi  sistemdə,  eyni  dövlət  çərçivəsində 
müxtəlif    ideologiyalar  və  onların  əhatə  etdiyi  siyasi  qüvvələr 
yanaşı  mövjuddur.  Bir-birilə  rəqabətdə  olan  ideoloci  sistemlər 
dünyanın  ideya-siyasi  mənzərəsini    xarakterizə  edir.    Konkret 
siyasi  ideologiyanın  tədqiq  olunması  məqsədilə  müasir  fəlsəfi 
konsepsiyaların təhlil olunması nəinki həmin ideologiyanın dərin  
köklərini aşkar etməyə, habelə konkret siyasi proqramların ideya 
əsaslarını  izah  etməyə  imkan  yaradır.  Liberalizmin  və  onun 
müasir 
jərəyanları 
olan 
neoliberalizmin, 
libertarizmin 
mahiyyətinin  açılmasının  əhəmiyyətliliyi  həmin  ideya-siyasi 
jərəyanların mütərəqqi mövqe tutmaları ilə şərtlənir. 
Tarixin  müxtəlif  inkişaf  mərhələlərində  gah  konservatizm, 
gah  liberalizm,  gah  da  sosializm  ideya-siyasi  jərəyan  kimi  üstün 
nüfuza  malik  olmuş,  siyasət  meydanında  biri  digərini  əvəz 
etmişdir.  Liberalizmin    ideyaları  əsasında      «konvergensiya», 
«sosial  qloballaşma»,  «informasiyalı  jəmiyyət»  və  s.  geniş 
yayılmış nəzəriyyələr yaradılmışdır. 


 

Monoqrafiyada  liberalizm  fəlsəfi,  ideoloci  və  siyasi 
aspektlərdən  -  tarixi  fəlsəfi  təlim,  ideologiya  kimi,  yəni  sosial 
qüvvələri  silahlandırmaq  üçün  əsaslandırılmış  proqram  kimi, 
habelə  liberal  partiyaları  və  qrupları  özündə  birləşdirən  kütləvi 
təşkilati  hərəkat  kimi  tədqiq  edilmişdir.  Eyni  zamanda 
liberalizmlə  digər  ideologiyaların  bir-birinə  qarşılıqlı  təsiri  təhlil 
olunmuşdur.    İnkişaf  etmiş  dövlətlərdə  hazırda  mövjud  olan 
ideya-siyasi  jərəyanlar  içərisində  liberalizm  təkjə  təşkilati-siyasi 
qüvvə  kimi  deyil,  habelə  nüfuzlu  sosial  fəlsəfə  kimi  yer  tutur. 
F.Fukuyama  dövrümüzü  bəşəriyyətin  ideoloci  təkamülünün  və 
idarəetmənin  bitkin  forması  kimi  Qərb  liberal  demokratiyasının 
ümumdünya  xarakteri    almasının  başa  çatdırılması  dövrü  kimi 
xarakterizə  etmişdir.  Heç  təsadüfi  deyildir  ki,  bu  gün  Qərbdə 
ənənəvi  mühafizəkar  və  yaxud  inqilabi-sosialist  dünyagörüşü 
deyil, liberal  dünyagörüşü  hökmranlıq edir.  Liberalizmin  bir  çox 
müddəaları  (dövlət  və  bazarın  sintezi,  fərdlərin  bazar  imkanları, 
hüquqi dövlət ideyası) artıq sosializm sistemindən qopub ayrılmış 
ölkələrdə, o jümlədən Azərbayjan Respublikasında tətbiq edilərək 
istifadə olunur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 

I FƏSĠL.   DEMOKRATĠYA VƏ ĠDEOLOGĠYA 
                   PROBLEMLƏRĠ 
 
 
1.1. Bizə liberal dəyərlərə əsaslanan demokratik jəmiyyət  
       qurmaqdan baĢqa yol yoxdur  
 
 
Demokratiyanın  tarixi  mənşəyi  çox  qədim,  çoxnövlü  və 
ziddiyyətlidir.  O  indi  də  başa  çatmamışdır.  Dünyada  heç  bir 
siyasi  sistem  hələ  özündə  demokratik  idealları  tam  təjəssüm 
etdirməmişdir. 
Siyasi  praktikada  demokratiyanın    bu  və  ya  digər  ölkədə 
aşağıdakı ümumi qəbul edilmiş  müddəaları  özünə yer tapmışdır:  
xalqın  və  ya  onun  müəyyən  hissəsinin  hakimiyyət  mənbəyi  kimi 
qəbul edilməsi; jəmiyyətin dövlət hakimiyyətinə daim təsir etməsi; 
seçki yolu ilə hakimiyyətə gəlmiş qüvvələrin fəaliyyətinə nəzarət; 
vətəndaşların siyasi həyatda iştirakı baxımından bərabərhüquqlu 
olması;insan hüquqları və azadlıqları.  
Ümumiyyətlə, demokratiya dövlət hakimiyyətinin daşıyıjısı 
kimi xalqı  qəbul  edən  siyasi  münasibətlərin  formasıdır.  İstənilən 
müasir nəzəriyyədə demokratiya anlayışı xalqın hakimiyyəti kimi 
qəbul edilir. Nəzəriyyəçilər və siyasətçilər arasında faktiki olaraq 
demokratiyanın əsas məsələlərinin şərhində  fikir ayrılığı yaranır: 
xalq  kimdir?    O,  dövləti  real  idarə  edə  bilərmi?    Xalqın 
nümayəndəliyi  hansı  yolla  formalaşır?  Siyasi  münasibətlərin 
hansı demokratik qaydaları  vardır? 
İngilis  filosofu  K.Popperin    formulə  etdiyi  iki  əsas 
məsələyə diqqət yetirək: «kim idarə edir?» və «nejə idarə edir?».  
«Kim idarə edir?» dedikdə demokratiyaya xalq hakimiyyəti kimi, 
yaxud  xalqın  müəyyən  hissəsinin,  böyük  sosial  qrupların, 
siniflərin  hakimiyyəti  kimi  baxılır.    Xalqın  suverenliyi 
demokratiyanın  əsasını  təşkil  edir.  Xalqın  idarəetməsi  dedikdə 
əsas  etibarilə  onun  siyasi  hakimiyyətdə  birbaşa  iştirakı, 
özünüidarə  kimi  başa  düşülür.  Belə  halda  «xalq»  və  «dövlət» 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə