Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə7/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   2   3   4   5   6   7   8   9   10   ...   78

 
20 
ləyaqəti təsdiq olunur. Vətəndaş jəmiyyəti əhalinin dövlətdən və 
digər  qruplardan  qeyri-asılılığını,  avtokratiyanın  zəifliyini 
şərtləndirir.  Jəmiyyətin  təkmilləşdirilməsi  və  demokratiyanın 
bərqərar olması  yolundakı maneələr ilk növbədə mövjud recimin 
konstitusion  azadlıqları  məhdudlaşdırması,  demokratik  seçki 
vərdişlərinin tam bərqərar olmaması, zorakı üsullarla idarəetməyə 
üstünlük  verməsi  ilə  bağlıdır.  Eyni  zamanda  geniş  kütlələrin  
siyasi  mədəniyyətinin  aşağı  səviyyəsi,  xüsusilə,  əhalinin 
əksəriyyətində avtorpitarizmi dəf etmək reaksiyasının yoxluğu, öz 
hüquq və azadlıqlarını daim müdafiə etmək zərurəti və tələbatını 
dərk etməməsi, dövlətin konstitusion əsaslarının pozulmasına yol 
verməmək  üçün  daim  mübarizə  aparmağın  tam  dərk  edilməməsi  
və s. amillər demokratik jəmiyyət qurujuluğunda öz mənfi rolunu 
oynayır.  
Postsosialist 
ölkələrdə  avtoritar  recimlərin  ömrünü 
uzatmağa  jiddi-jəhd  göstərən  Rusiyada  avtoritar  şüurun  öz  tarixi 
kökləri  vardır.  Belə  ki,  məişət  demokratiyası  ənənəsi  kimi  
avtoritarizm  ənənəsi  də    rus  mentalitetinin  kökündədir. 
Ümumiyyətlə,  Rusiyada  son  zamanlar  xüsusilə  güjlənmiş 
imperiya  ambisiyaları  digər  postsovet  ölkələrində,  o  jümlədən 
Azərbayjanda  demokratiyanın  inkişafına  mane  olan  ən  qorxulu 
amilə  çevrilmişdir.  Belə  ki,  Rusiya  rəsmiləri  digər  postsovet 
ölkələrində  keçirilən  seçkilərə  müdaxilə  edir,  saxta  seçkilərə 
hüquqi don geydirərək onu tanıyır, bu yolla həmin ölklərə siyasi 
dəstək  verir,    avtoritar  recimlərin  ömrünü  uzatmaqla  özündən 
asılı vəziyyətə salır. Bu gün avtoritar recimlərin havadarı rolunu 
oynayan  Rusiyanın  özündə  məxməri  inqilablara,  demokratik 
qüvvələrin  hərəkətə  gəlməsinə  böyük  ehtiyaj  vardır.  Qeyd  edək 
ki, «Ərəb inqilabları» bu ümidləri artırmış və Rusiyada bunun ilk 
simptomları  büruzə  vermişdir.  Artıq  2011-ji  ilin  sonlarında 
Rusiyada  keçirilmiş  pralament  seçkilərinin  saxtalaşdırılmasına 
qarşı  əhali  öz  etirazını  bildirmiş,  minlərlə  insanı  əhatə  edən 
nümayiş və mitinqlər ölkənin bütün bölgələrini əhatə etmişdir. 
Demokratiyanın qələbəsi üçün əlbəttə, demokratik ənənələr, 
dialoq,  kompromis,  tərəfdaşlıq  mədəniyyəti,  hakimiyyətin 


 
21 
jəmiyyətdə  azlıqların  hüquq  və  maraqlarına  hörmət  atmosferi 
yaratmaq  qabiliyyəti  və  jəhdi    lazımdır.    Bir  sözlə,  demokratik 
şüurun tərbiyəsi lazımdır ki, bu da nə qısa müddət ərzində, nə də 
avtoritar  metodlarla  yaranmır.  Hakim  dairələrin  ölkəni  Qərbi 
Avropa liberal-konservativ demokratiyasının modelinə  çevirməsi 
jəhdi ilə əlaqədar postsovet ölkələrində demokratiyanın  taleyinin 
təhlükədə olması təlqin edilir.   Qərb ölkələrində demokratiyanın 
liberal-konservativ  demokratiyası  modelinə  çevrilməsi  anlayışı 
ijtimai şüura daxil edilib və siyasi konfliktlər yaratmır.   
Demokratiya  xofundan  başını  itirmiş  avtoritar  recimlərin 
hakim  dairələri  «spesifik  demokratiya»  bayrağı  altında  əslində 
ümumiyyətlə demokratik dəyərlərin bərqərar olmasının hər vəjhlə 
qarşısını almağa çalışırlar. 
Bir  jəhəti  nəzərdən  qaçırmaq  lazım  deyil  ki,  demokratiya 
real  olmalıdır.  Azərbayjan  Respublikasının  Konstitusiyasında  nə 
əksini tapmışdırsa – «vətəndaşların hüquq və azadlıqlarının təmin 
edilməsi,  demokratik  dəyişikliklərin  həyata  keçirilməsi…»  - 
siyasi  praktikada  onu  da  həyata  keçirmək  lazımdır:  hüquqi 
dövlətin  prinsiplərini,  hakimiyyətin  qanunveriji,  ijraediji  və 
məhkəmə  hakimiyyətini,  habelə  digər  konstitusion  hüquqları 
həyata  keçirmək.  Çünki    onlarsız  jəmiyyət  azad  ola  bilməz  və 
demokratiyanın üstünlüklərini hiss edə bilməz.  
Demokratiyaya  keçid  məqsəd  deyil,  sivilizasiyalı  müasir 
sistemin - insanın normal həyatı üçün bütün zəruri şəraiti yaradan 
və özüinkişaf edən, stabil  sistemin yaradılması üçün yoldur. Ölkə 
üçün  demokratiya  problemi  elə  siyasi  sistemin  formalaşmasıdır 
ki,  o,  xalqın  iştirakı  ilə  jəmiyyətin  idarə  edilməsini  təmin  etmiş 
olsun, hakimiyyətdə olan qüvvəni güj tətbiq etmədən  dəyişdirmək 
mümkün  olsun,  insanların  hüquq  və  azadlıqlarına  riayət 
edilməsinə  və  qorunmasına  təminat  versin.    Demokratiya 
problemi  -    jəmiyyətin  iqtisadi  və  siyasi  reallıqlara  əsaslanan   
dövlət və sosial quruluşunun formaları problemidir. 
Hazırkı  vəziyyət  keçmiş  tərəfindən  yaradılmışdır  və 
gələjəyə  istiqamətlənmişdir.  Azərbayjan  demokratiyası  özündən 
əvvəlki  sovet  təjrübəsinə  söykənə  bilməz.  Bu,  müasir 


 
22 
sivilizasiyanın  nailiyyətlərindən  istifadə  etməməyə  bərabərdir.  
Sovet təjrübəsi bizə öyrədir ki,  keçmiş siyasi institutlar bir daha 
bərqərar  olmamalıdır,  yeni  demokratik  siyasi  institutların 
yaradılması  və  möhkəmləndirilməsi,  siyasi  mədəniyyətin  inkişaf 
etdirilməsi  ölkə və onun xalqı üçün həyati əhəmiyyətə malikdir. 
Tarixi  varislik  təjrübəyə  tənqidi  yanaşılmasını,  öz 
əhəmiyyətini  itirməyən   siyasi  forma  və  ənənələri,  davranış  
dəyərləri  və  nümunələrini  seçməyi  tələb  edir.  Tarixin  bu  dərsi   
siyasətçilərə  və  nəzəriyyəçilərə  başa  salmalıdır  ki,  onlar 
Azərbayjanda 
siyasi 
proseslərin 
plüralist 
modellərinin  
reallaşması    zərurətinə  diqqəti  yönəltsinlər.  Məhz  belə  model 
keçmişin  demokratik  ənənələri  (Azərbayjan  Xalq  Jümhuriyyəti 
dövründəki  ənənələri)  ilə  müasir  sivilizasiyanın  meydana 
çıxardığı  yeni  formaların  sintezini  təmin  edə  bilər.    Plüralist 
demokratik  sistem  müasir  Azərbayjan  üçün  daha  məqbuldur.  
Burada  ideoloci,  siyasi,  sosial  və  iqtisadi,  habelə  institusional 
plüralizmin reallaşması nəzərdə tutulur. Demokratik institutlar və 
prinsiplərdən  bir  qrupun  mənafeyi  naminə  başqa  qrupun 
mənafeyinin  tapdanması  üçün  istifadə  etmək,  demokratiya 
bayrağı  altında  çoxluğun  iradəsini  azlığa  tabe  etmək  və  ya 
çoxluğun  amirliyini  yaratmaq  demokratik  prosesə  doğru  deyil, 
ölkəni  avtoritarizmə    aparır.  Siyasi  prosesin  plüralist  modeli 
siyasi  münasibətlərin  ənənəvi  konfliktlərini  qapamağa  kömək 
edir,  Azərbayjan  mədəniyyətinin  əlaməti  kimi  vətəndaşların 
mövqe və baxışlarının qütbləşməsini məhdudlaşdırır.   
Əgər  Azərbayjan  konstitusiyası    mülkiyyətin  bütün 
formalarının (dövlət, xüsusi, bələdiyyə) bərabərhüquqlu olmasını 
təsbit  edirsə,  onda  iqtisadi,  habelə  sosial  və  siyasi  qrup 
mənafelərinin  formalaşması və funksiya göstərməsi təbii haldır. 
İjtimai  həyatın  müxtəlif  sahələrində  ifadə  formaları  kimi  bu 
maraqların  daşıyıjıları  arasında  ziddiyyətlərin  və  rəqabətin  
qanunauyğunluğunun səbəbi də buradandır. Bu jür sosial mühitdə 
demokratiya  siyasi qüvvələrin müxtəlif nətijələrə gətirib çıxaran 
yarışma  xarakteri  kəsb  edir.  Onun  daşıyıjıları    fərd  və  ya  qrup  
subyekti  olajaqdır.    Rəqabət  münasibətləri  əsasında  demokratik 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə