Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə3/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   2   3   4   5   6   7   8   9   ...   78

 

anlayışlarının  siyasi  birlik    kimi  şərhi  prinsipial  əhəmiyyət 
daşıyır.   
Demokratiya  azadlıq  olmadan  dərk  olunan  deyil.  Azadlıq 
prinsipi  demokratiyanın  janıdır.    Siyasi  kontekstdə  azadlıq  hər 
şeydən  əvvəl  şəxsi  azadlıq  kimi,  habelə  sosial  qrupların  onlar 
üzərində  hökmranlıq  edən  istənilən  siyasi  qüvvələrdən  azad 
olması kimi məna daşıyır. Demokratiya heç də fərdin və ya başqa 
subyektin  ümumiyyətlə  hakimiyyətdən  azad  olması    demək 
deyildir.  Hakimiyyətdən  hüdudsuz  azadlıq  jəmiyyət  üçün  çox 
təhlükəlidir.    Demokratiya  heç  də  total  azadlığa  çağırış  deyil, 
əksinə,  sahmana  salınmış  azadlığın  qorunması  və  bərabər 
bölünməsidir.  Azadlığın  məhdudlaşdırılması  problemi  də 
demokratiyanın  problemidir.  Hüdudsuz  azadlıq  demokratiyanın 
yox,  anarxizmin  əlamətidir.    F.Fukuyamanın  sözləri  ilə  desək, 
tarixin  sonunda  meydana  gələn  dövlət  insanın  ayrılmaz  azadlıq 
hüququnu  tanıdığına  görə  liberal,  təbəələrin  razılığına  əsasən 
mövjud olduğuna görə isə demokratik dövlətdir. 
Azadlıq  insan  hüququ  vasitəsilə  reallaşır.  «İnsan  hüququ» 
anlayışı azad fərdlərin öz aralarında, dövlət və jəmiyyət arasında 
qarşılıqlı  münasibətlərinin  hüquqi  normalarının  məjmusudur. 
Məhz  hüquqlar  haqqında  anlayış  insanlara  nəyə  ijazə  verildiyini 
və  nəyin    özbaşınalıq  olduğunu,  nəyin    normal  münasibətlər  və 
nəyin    qayda-qanun  çərçivəsində  olduğunu  müəyyən  etməyə 
imkan  verir.  Məhz  hüquq  insanlara  təkəbbürsüz,  lovğasız, 
iddiasız müstəqil olmağa və alçalmadan tabe olmağa kömək edir.  
Demokratiya siyasi hüquqlar haqqında anlayışı hər bir vətəndaşın 
şüuruna yeridir.  
İnsanın  davranışında  və  fəaliyyətində    seçmək  imkanını 
təmin  edən  hüquq  azadlığıdır.  Azərbayjan  Respublikasının 
Konstitusiyasında  hər  bir    şəxsə  verilən    hüquq  və  azadlıqlar  öz 
əksini  dolğun  tapmışdır.  Səsvermə  hüququ,  söz  azadlığı, 
informasiya  almaq  hüququ,  istənilən  dövlət  vəzifəsini  tutmaq 
hüququ, partiyalar və digər ijtimai təşkilatlar yaratmaq hüququ – 
bütün  bunlar  şəxsiyyətin  davranış  və  fəaliyyətinin  siyasi  və 
hüquqi  sahəsini  təşkil  edir.  Hüquq  və  azadlıqlar    vətəndaş  


 

(şəxsi),  siyasi  (siyasi  həyatda  iştirak  etmək  imkanları  ilə  bağlı 
olan),  iqtisadi,  sosial  və  mədəni  hüquqlara  bölünür.    İnsanın 
hüquq  və  azadlığının  müasir  siyasi-hüquqi  konsepsiyası  BMT 
sənədlərində öz əksini tapmışdır. 1948-ji il dekabrın 10-da insan 
hüquqlarının  Ümumi  Deklarasiyası  (Bəyannaməsi)  qəbul 
edilmişdir.    Deklarasiyada    mülki,  siyasi  hüquq  və  azadlıqların 
mahiyyəti  açılır:  şəxsiyyətin  yaşamaq    azadlığı  və  təhlükəsizliyi 
hüququ,  qanun  qarşısında  bərabərliyi,  öz  ölkəsinin  idarə 
olunmasında  iştirak  etmək  hüququ,  mülkiyyətə  sahib  olmaq 
hüququ.  
Demokratiyanın  şərh  olunan  prinsipləri    elə  bir  əsasdır  ki, 
demokratiya binasının özü məhz bu əsaslar üzərində qurulur.  Bu 
bina  isə  demokratiya  institutlarından,  normativ-hüquqi  bazadan, 
siyasi  davranış  və  fəaliyyətin    praktik  nümunələrindən, 
demokratizmin siyasi mədəniyyətindən ibarətdir.  
Siyasi demokratiya özündə siyasi və ijtimai institutları  əks 
etdirir.  Məhz  bu  institutlar  vasitəsilə  demokratiya  prinsipləri  və 
demokratiyanın  digər  dəyərləri  reallaşdırılır.    Bu  institutlara 
aşağıdakılar  aiddir:  nümayəndəli  və  bilavasitə  (birbaşa) 
demokratiya  institutları,  ijra  və  məhkəmə  hakimiyyəti,    hüquq 
institutu,  siyasi partiyalar və digər ijtimai-siyasi təşkilatlar, KİV, 
yerli  özünüidarə  orqanları  və  b.  Bu  institutlardan  hər  biri 
jəmiyyətin tarixi təkamülünün müəyyən mərhələsində yaranır və 
demokratik  prosesin  əsas  üzvünə  çevrilir.  Məsələn,  siyasi 
partiyalar    Qərb  ölkələrində  parlamentin  fəaliyyət  göstərdiyi    və 
ümumi seçki sisteminin yarandığı şəraitdə meydana gəlmişdir. Öz 
növbəsində 
siyasi 
partiyaların 
meydana 
çıxması 
ilə 
parlamentarizm  yeni  keyfiyyət  kəsb  edir,  çünki  partiyalar  
müxtəlif  sosial  qrupların  qanunveriji  hakimiyyət  sistemində  
təşkil olunmuş nümayəndəliyini təmsil edir.  
Müasir  dövrdə  demokratiyanın  ən  geniş  yayılmış  forması 
nümayəndəli  demokratiyadır.  Nümayəndəli  demokratiyada  xalq 
öz  seçdiyi  nümayəndələr  vasitəsilə  siyasi  hakimiyyəti 
formalaşdırır.  Vətəndaşlar    siyasi  qərarların  qəbul  edilməsində 
birbaşa  deyil,  hakimiyyət  orqanlarına  seçdikləri  nümayəndələr 


 
10 
vasitəsilə  iştirak  edirlər.Birbaşa  demokratiyada  (referendum, 
plebisit və s.) dövlət və jəmiyyət həyatının əsas məsələləri birbaşa 
səsvermə ilə həll edilir.  
Demokratik  idarəçiliyin  iki  forması  var:  prezident  və 
parlament  idarəçiliyi.  Prezident  idarəçiliyi  formasında  prezident 
və  parlament  müxtəlif  vaxtlarda  və  ayrı-ayrı  seçkilərdə  seçilir. 
Prezident  geniş  səlahiyyətlərə  malik  olur.  Parlament  idarəçiliyi 
formasının  tətbiq  olunduğu  bir  sıra  ölkələrdə  prezident  də 
parlament tərəfindən seçilir.  
Demokratiyanın  prinsipləri  və  institutları    siyasi  təjrübədə 
işlənib  hazırlanmış  müxtəlif  prosedurlarda  (demokratiya 
texnologiyalarında)  reallaşır.    Bu  prosedurlar  isə  seçkilər, 
səsvermə, plebisit, reverendumlar, danışıqlar və kompromislərdir.  
Qeyd etmək lazımdır ki, demokratiyada ən ümumi prosedur kimi 
mühüm  əhəmiyyəti  seçkilər  kəsb  edir.  Demokratiyanın  tamlığı 
daha  çox  seçkilərin  özünün  texnikasından,  ali  qanunveriji 
hakimiyyət  orqanının  hansı  yolla  seçilməsindən,  ondan  aşağıda 
duran 
hakimiyyət 
və 
idarəetmə  orqanlarının  seçilməsi 
qaydalarından, seçijilərin seçmək hüququnun nə dərəjədə bərabər 
olmasından,  seçki  hüququnun  hamı  üçün  nə  dərəjədə  ümumi 
olmasından, səsvermənin  açıq və ya gizli olmasından,  seçkilərin 
dövri  olaraq  keçirilib-keçirillməməsindən,  vətəndaşların  azad 
iradəsinin ifadə olunmasının dərəjəsindən asılıdır.   
Parlamentarizm demokratik recimin tərkib hissəsidir, lakin 
yeganə  idarəetmə  sistemi  deyildir.  Parlamentarizmdən  başqa 
Qərb ölkələrində prezident demokratiyası (tipik amerikan modeli) 
və  İsveçrədəki  kimi  kollegial  sistem  də  vardır.  Parlamentarizm  
dövlət  qurujuluğu  və  idarəetməsinin  kompleks  institutudur  və 
nümayəndəli  demokratiyaya  əsaslanır.    «Parlamentarizm» 
anlayışı    özündə  hüquqi,  siyasi  və  əxlaqi  normalar,  ənənələr 
sistemini,  tarixi  siyasi təjrübə prosesində işlənib hazırlanmış və 
dövlət  idarəetməsində  reallaşan  müxtəlif  səviyyədə  «oyun 
qaydaları»nı əks etdirir.  Demokratiyanın əsas prinsipləri – xalqın 
suverenliyi,  çoxluğun  idarəetməsi,  nümayəndəlik  və  plüralizm 
parlamentarizmin bazasını təşkil edir. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə