Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə14/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

 
41 
İdeologiyanın  əsasında  siyasi  konsepsiyalar,  doktrinalar  və 
proqramlar  işlənib  hazırlanır.  İdeologiya  kollektiv  siyasi 
fəaliyyət  və  davranış  üçün  motivasiya  bazası  rolunu  oynayır. 
İdeologiya    xalqda  kollektiv  iradənin  oyanmasına  və  təşkilinə 
xidmət  edir.  İdeologiya  habelə  hakim  qrupların  və  elitanın  əsl 
məqsəd və maraqlarını ört-basdır edir, gizlədir.  
İdeologiya  jəmiyyətdə  yayılır,  insanların  şüuruna  ideoloci 
aparatlarla  «yeridilir».    «İdeoloci  aparat»    dedikdə  buraya  
müəyyən  sosial  qrupların  marağını    ifadə  edən  və  eyni  zamanda 
ümumi xarakter  kəsb  edən  ideya  və  baxışları  insanların  beyninə  
yeridən  vasitələrin  və  təşkilatların  məjmusu  başa  düşülür. 
İdeoloci  aparat  strukturuna  ailə,  məktəb,  məsjid,  kilsə,  siyasi 
partiyalar, dövlət institutları və  KİV daxildir. Ayrı-ayrı dövrlərdə 
ideoloci aparatlar siyasi sistemdə hegemon rolunu oynayır. Bu jür 
funksiyanı  orta  əsrlərdə  kilsə    oynamışdır.  Doqmalaşmış 
marksizm-leninizm  ideologiyası və onu həyata keçirən  aparatlar  
dövlət  sosializmi  modelinə  aiddir.    Müasir  dövrdə  ideoloci 
aparatlar  sistemində  mərkəzi  yeri  kütləvi  informasiya  vasitələri 
tutur.  KİV-ə  informasiyaların  idarə  olunması və  manipulyasiyası 
aiddir.  
Elmi  ədəbiyyatda  siyasi  şüurun  siyasi  sistem  çərçivəsində 
funksiya  göstərməsinin  üç  formasını  qeyd  edirlər:  siyasi 
nəzəriyyə,  dövlət-partiya  şüuru  və  kütləvi  siyasi  şüur.    Hazırkı 
aspektdə siyasi nəzəriyyə siyasətin əsaslandırılması və fəaliyyətin 
nizamlanması vasitəsi kimi nəzərdən keçirilir.  
Bu  və  ya  digər  siyasi  reallığı  əks  etdirən  istənilən 
təsəvvürlər  və  ideyalar  heç  də  həmişə    siyasi  əhəmiyyət  kəsb 
etmir  və  siyasi  proseslərə    təsir  etmir.    Məsələn,  siyasətin  tərifi 
haqqında  çoxsaylı  diskussiyalar  jiddi  siyasətə  birbaşa  təsir 
göstərmir.  Siyasi  xarakter  daşımayan  bu  jür  nəzəri  məsələlər  
istənilən qədərdir. Buraya politoloqların peşəkar siyasi statusu da 
daxildir.  Nəzəriyyəçilər  çox  nadir  hallarda  birbaşa  olaraq 
hakimiyyət sistemində iştirak edirlər.  
Siyasi  nəzəriyyənin  siyasətdə  «işləməsi»  üçün  o,  siyasi 
qərarların  hazırlanması  və  qəbulu  prosesinə  daxil  edilməlidir. 


 
42 
Aktual  problemlərin  işlənib  hazırlanması  üçün  sosial  sifarişi 
siyasi institutlar verir.  
Siyasi  konsepsiya  –  siyasi  institutların  fəaliyyətinin 
əsasında  duran  aparıjı  fikir  rəhbərediji  ideyanın  mahiyyətidir.  
Siyasi  konsepsiya  siyasi  praktikanın  bilavasitə  istiqaməti  kimi 
çıxış  edir.  Onun  bazasında  uzunmüddətli  dövr  üçün  fəaliyyətin 
strategiya və taktikası müəyyən edilir.  
Siyasətin 
nəzəri  konsepsiyası  partiya  və  dövlət 
təşkilatlarının    proqramlarında,  layihələrində,  şüarlarında 
reallaşdırılır.    Burada  siyasi  nəzəriyyə  artıq  dövlət-partiya 
şüurunun  yeni  şəklini    alır.  Dövlət-partiya  şüuru  fenomeninin 
daşıyıjıları  kimi  alimlər,  elm  kollektivləri  və  təşkilatları  deyil, 
əsas etibarilə hakim elita və hakimiyyətə xidmət edən  ideoloqlar 
çıxış  edir.  Dövlət-partiya  şüuru  siyasi  sənədlərdə  (proqramlar, 
konsepsiyalar,  doktrinalarda)  öz  əksini  tapan  siyasi  təsəvvürlər, 
görüşlər    və    konsepsiyaları  yaradır  və  bunlar  da  bilavasitə 
siyasətin formalaşması və qərarların qəbulu prosesinə inteqrasiya 
olunur.  Dövlət-partiya  şüurunun  funksiyası  heç  də  inandırmaq 
yox,  hər  şeydən  əvvəl  kollektiv  məqsədləri  əsaslandırmaq  və 
onların  həyata  keçirilməsi  üçün  kütlələri  təşkil  etməkdən 
ibarətdir. Qeyd etmək lazımdır ki, öz funksiyası zamanı partiya-
bürokratik  forması  almış  istənilən  siyasi  ideya  siyasətə 
inteqrasiya  olunanda  mühüm  dəyişikliyə  məruz  qalır.    Siyasi 
nəzəriyyə,  ideologiya  və  siyasi  praktika  arasında  həmişə 
ziddiyyətlər mövjud olur. 
Liderlər  və  hakimiyyət  institutları  tərəfindən    yaradılmış 
siyasi  konsepsiyalar,  proqramlar,  layihələr,  baxışlar,  şüarlar    real 
həyata tətbiq edilməzdən və maddiləşməzdən əvvəl əhalinin geniş 
kütlələri  tərəfindən  mənimsənilir.    Başqa  sözlə  desək,    bu  və  ya 
digər  dərəjədə  insan  beynindən    keçir.  Beləliklə,  siyasəti  son  
nətijədə  xalq  yaradır.  Kütləvi  siyasi  şüur  əsas  etibarilə  özünün 
daşıyıjılarının  xüsusiyyətləri  ilə  əlaqəlidir.  Şüurun  digər  sinfi, 
milli,  etnik,  peşəkar  qrup  formalarından  fərqli  olaraq  kütləvi 
siyasi  şüurun  daşıyıjıları  kimi  fərdlərin  xüsusi  məjmusu  olan 
kütlə    çıxış  edir.  Onlara  siyasi  hərəkatın  iştirakçıları,  KİV 


 
43 
auditoriyası,  kütləvi  siyasi  kampaniyaların  subyektləri,  məsələn 
elektorat və b. aiddir.  
Kütləvi  siyasi  şüurda  müxtəlif  baxışlar  və  təsəvvürlərin 
geniş spektri iştirak edir: obyektiv biliyin elementlərindən tutmuş 
gerçəkliyin  yalançı  və  hətta  təhrif  olunmuş  elementlərinə  kimi, 
rasionaldan  tutmuş  irrasionala  qədər,  empirik  materiallardan 
tutmuş  nəzəri  konsepsiyalara  qədər,  siyasi  reallığın  radikal 
görüntüsündən tutmuş konservativ görünüşünə kimi.  Müxtəliflik, 
ziddiyyətlilik,  sistemsizlik,  fikirlərin  stereotipləşdirilməsi,  daha 
çox emosional-psixoloci  motivlərin formalaşması – kütləvi siyasi 
şüurun  bir  sıra  xüsusiyyətləri    bunlardır.    Məhz  bu  kütləvi  şüur 
insanların siyasi davranışına daxil olur və onun nizamlayıjısı kimi 
çıxış edir.  Kütləvi şüur hər bir ölkəyə, sosial birliyə, əlbəttə ki, 
onların müxtəlif inkişaf mərhələsinə  xasdır.  
Sual  meydana  çıxır,  kütləvi  siyasi  şüur  hansı  formalarda 
funksiya  göstərir  və  hansı mexanizmlərin  köməyi  ilə  nizamlayıjı 
funksiyasını  yerinə  yetirir.    Bunlara  KİV,  habelə  ijtimai  rəy 
mexanizmləri  aiddir.    KİV  kütləvi  siyasi  şüura  və    praktikaya 
birbaşa  deyil,  ijtimai  rəy  mexanizmləri  vasitəsi  ilə  təsir  edir. 
İjtimai  rəy  özündə  kütləvi  şüurun  vəziyyətini  əks  etdirir  və 
özündə  jəmiyyət  üzvlərinin  ijtimai-əhəmiyyətli  xarakterə  malik 
hadisələrə  münasibətinin  ifadəsini  birləşdirir.    Öz  məzmununa 
görə  ijtimai  rəy  çoxtərəflidir:  o,  hadisəni  qiymətləndirə  bilər, 
siyasi  institutların  fəaliyyəti  haqqında  müəyyən  informasiyanı 
qeyd edə bilər, jəmiyyətin və ya sosial qrupun  hansısa hissəsinin 
mürajiətini  bu  və  ya  digər  siyasi  qərarın  qəbul  edilməsi  ilə 
birləşdirə bilər.   
İjtimai  rəy  institutları  hazırda  siyasi  həyata  bütün 
səviyyələrdə  müdaxilə  edir:  onlar  qəbul  edilmiş  siyasi  qərarlara 
və  liderlərə,  onların  siyasi    proqramlarına  münasibəti  öyrənmək 
məqsədilə  siyasi  qruplaşmalar  üçün  gizli  rəy  sorğuları  keçirir; 
onlar radio və televiziya verilişlərinin mərkəzində dururlar və bu 
yolla    tamaşaçıları  «and  içilmiş  vədlərin»  və  siyasətçilərin 
fəaliyyətinin hakimlərinə çevirməyə jəhd göstərirlər. 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə