Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə5/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   2   3   4   5   6   7   8   9   ...   78

 
14 
Demokratik  ölkələrdə  müxalifətə  münasibət  demokrati-
yanın  təbii  halı  kimi  sakitdir.  Avtoratarizm  strukturlarının  və  ya 
onun  qalıqlarının  saxlandığı  ölkələrdə  müxalifətə  hər  şeydən 
əvvəl  qanuni  hakimiyyət  orqanlarının  normal  işinə  mane  olan  
şər  qüvvə,  siyasi  patalogiya  (anormallıq)  kimi    baxılır.  
Parlamentarizm demokratiyanın elə sistemidir ki, rəsmi fəaliyyət 
göstərən  müxalifətdən  başqa  burada  vətəndaş  təzyiq  qrupları 
(lobbi)  də  mövjud  olur  və  fəaliyyət  göstərir.  Bu  təzyiq  qrupları 
korporativ,  milli,  regional  və  b.  maraqları    təmsil  edir.  Təzyiq 
qrupları  parlamentdənkənar  müxalifəti  yaradır.  Mühüm  dövlət 
sənədlərinin  qəbulu  zamanı  lobbiləşmə    xariji  parlamentlərin 
praktikasında adi haldır. 
Parlamentarizm 
demokrtiya 
institutu 
kimi 
bütün 
münasibətlərdə ideal deyildir. Demokratiya üçün mühüm təhlükə 
bu  və  ya  digər  qərarın  qəbulu  zamanı    çoxluğun  partiyasının 
inhisarından  gedir  və  bu  da  əhalinin  ayrı-ayrı  təbəqələrinin  
maraqlarının  boğulmasına,  jəmiyyətdə  sosial  gərginlik  ojağının 
yaranmasına 
gətirib 
çıxarır. 
Deputatların 
polemika 
mədəniyyətində 
rəqabətinin 
göstərijisi 
kimi 
parlament 
diskussiyaları    həmişə  işgüzar  qərarların  işlənib  hazırlanmasına 
mane  göstərir  və  ijtimaiyyətin  gözündə  qanunveriji  orqanın 
presticinə xələl gətirir və bundan da avtoritar ijra hakimiyyətinin 
tərəfdarları istifadə edir.  
Hazırda  demokratiyanın  məzmununu  aşağıdakı  ölçülər 
xarakterizə edir: - dövlətin idarə olunmasında xalqın real iştirakı, 
real  siyasi  bərabərlik,  sosial  ədalət  və  idarə  edən  hakim 
qüvvələrin xalq qarşısında məsuliyyəti.                    
Məlumdur  ki,  tam  demokratiya  idealdır.  Bu  jür  normativ 
model hələ hər hansı bir ölkədə həyata keçməmişdir. Demokratik 
model («tam» sözünün olmadığı) ABŞ, Böyük Britaniya, Fransa, 
Avropanın  və  Asiyanın  bir  sıra  ölkələrində,  Avstraliyada 
mövjuddur. Sabit demokratiyanın mövjud olduğu ABŞ, Fransa və 
ya İsveçrə heç də ədalətsizlikdən və ya jiddi sosial problemlərdən 
azad    deyildir.  Rəqabətli  demokratiyaya  ikipartiyalı  və 
çoxpartiyalı  sistemlər  aiddir.  Qərbi  Avropa  ölkələrinin 


 
15 
əksəriyyəti  çoxpartiyalı  sistemə  aiddir:  12  partiyaya  malik  olan 
Niderlanddan  tutmuş  3-4  partiyalı  Belçika  və  Almaniyayadək. 
Amerikan sistemi isə ikipartiyalıdır. 
Demokratik  recimin  xarakterik  xüsusiyyəti  jəmiyyətin 
liberal  metodlarla  idarə  olunması,  hamı  tərəfindən  qəbul  edilən 
insan  haqları,  azadlıqları  və  plüralizmdir.  Həllediji  metod 
məjburetmə  deyil,  inandırmadır.  Təsiretmə  metodları  qanunlarla 
məhdudlaşdırılır və jəmiyyətin nəzarəti altında olur. Demokratik 
recimlərin əsas əlamətlərini aşağıdakı kimi ümumiləşdirmək olar: 
- xalq hakimiyyətin mənbəyidir; 
-  hakimiyyət  orqanları  seçki  ilə  formalaşır  və  müntəzəm 
dəyişdirilir; 
- çoxpartiyalı, rəqabətli sistem mövjud olur; 
- siyasi müxalifət leqal fəaliyyət göstərir; 
- gerçək söz azadlığı bərqərar olur;  
-  vətəndaş  və  hüquq  jəmiyyəti  yaratmaq  istiqamətində 
mübarizə gedir. 
Demokratiyanıni  R.Dahl  tərəfindən  göstərilmiş  aşağıdakı  
üstün  jəhətləri  vardır:  tiraniyadan  qurtulmaq;  əsas  hüquq  və 
azadlıqlara  riayət  etmək;  şəxsi  toxunulmazlıq  hüququ;  öz 
müqəddəratını  təyin  etmək;  mənəvi  muxtariyyət;  şəxsiyyətin 
inkişaf etmə imkanları;  şəxsiyyətin  təməl mənafelərini qorumaq; 
siyasi bərabərlik; sülhə janatmaq; firavan yaşamaq. 
Müasir  dünyada  demokratiyanın  inkişaf  istiqamətlərini 
aşağıdakı kimi ümumiləşdirmək olar: 
1.
 
Liberalizmdəki  təbii-hüquqi təlimə  uyğun  olaraq  dövlətin 
bütün  vətəndaşlarına  şamil  edilən  azadlıq  və  bərabərlik 
prinsipi.  Jəmiyyətin  demokratikləşmə  dərəjəsinə  uyğun 
olaraq  bu  prinsiplər  get-gedə  daha  çox  praktikaya  tətbiq 
edilir. 
2.
 
Demokratiya  get-gedə  daha  çox  dövlətlərdə  və  ərazilərdə 
yayılır.  Bu dövlətlərdə birbaşa demokratiyanın prinsipləri 
əsasən  yerli  özünüidarəetmə  səviyyəsində  təzahür  edir. 
Vətəndaşlar dövlət idarəçiliyində birbaşa deyil, seçdikləri 
nümayəndələr vasitəsilə iştirak edirlər. 


 
16 
3.
 
Nümayəndəli demokratiya forması, ilk növbədə, vətəndaş 
jəmiyyətinin  iqtisadi  maraqlarının  çoxsaylı  ifadəsinə 
javab olaraq meydana gəlir. 
4.
 
Müasir 
liberal-demokratik 
dövlətlər 
bir-birindən 
fərqlənsələr  də  ümumi  liberal-demokratik  prinsiplər  və 
dəyərlər üzərində qurulur. 
5.
 
Liberal-demokratiyaya daim  inkişafda  və  təkmilləşməkdə 
olan bir proses kimi baxılır. 
Müasir  şəraitdə  bir  sıra  ölkələrin  artıq  avtotarizmdən, 
diktaturadan  demokratiyaya  keçməsi,  əsl  azadlığa  qovuşma  baş 
verir.    Müxtəlif  ölkələrdə  demokratiyaya  keçid  spesifikdir.  Bu 
keçidin  bir  sıra  ümumi  əlamətlərini    yalnız  müqayisəli  təhlil 
metodu ilə üzə çıxarmaq mümkündür.  
Avtoritarizmdən  demokratiyaya    siyasi  keçidin  əsas 
məzmunu aşağıdakılardır: - siyasi sistemi  demokratik institutlar 
və  normalar  yaratmaqla,  vətəndaşların  hüquq  və  azadlıqlarını 
genişləndirməklə  islah  etmək;  məhdud  miqyasda  keçirilmiş 
islahatları  daha  da  dərinləşdirmək,  jəmiyyət  həyatının  bütün 
sahələrini  əhatə  edən  islahatlar  keçirmək  və  nətijədə  həqiqi  
islahatçı  qüvvələrin  hakimiyyətə  gəlməsi  və  möhkəmlənməsinə 
nail olmaq.  
Avtoritarizmdən  demokratiyaya  keçid  prosesinin  öz 
mərhələləri  vardır:  islahatların  keçirilməsinə  mane  olmaq 
iqtidarında  olmayan  mövjud  recim  çərçivəsində  islahatların 
keçirilməsi;  bilavasitə  avtoritar  recimin  dağılmasına  gətirib 
çıxaran islahatların keçirilməsi.  Bu mərhələlər arasındakı dövrdə 
siyasi institutlar əleyhinə  xalqın açıq kütləvi çıxışları kimi siyasi 
böhranın da baş verməsi mümkündür.  
Sovet  blokuna  aid  olan  Şərqi  Avropa  ölkələrində  məhz  bu 
jür olmuş və indi də həmin proses davam etməkdədir. Məlumdur 
ki, 2004-jü ilin dekabr ayında Ukraynada  demokratik qüvvələrin 
seçkilərdə  qələbə  çalması  və  hakimiyyətə  gəlməsi  bu  prosesin 
tərkib hissəsi idi. «Narınjı inqilab» kimi tarixə düşmüş  Ukrayna 
hadisələrini,  «Qızıl  gül  inqilabı»  kimi  tarixə  düşmüş  Gürjüstan 
hadisələrini, o jümlədən Qırğızıstan hadisələrini  «üçünjü dalğa» 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə