Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə6/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   2   3   4   5   6   7   8   9   ...   78

 
17 
kimi  də  qələmə  verirlər.  İkinji  dünya  müharibəsi  nətijəsində 
faşizmin  məhv  edilməsi  ilə  Avropada  başlamış  birinji  azadlıq 
dalğasını,  keçən  əsrin  80-ji  illərində    Polşada  «Solidarnost»un 
qələbəsi,  Çexoslovakiyada  «məxməri  inqilab»,  sonra  isə  Berlin 
divarlarının  yıxılması  ilə    ikinji  azadlıq  dalğası  əvəz  etdi.  Bu  
ikinji  dalğa  sovet  reciminin  dağılması  ilə  nətijələnsə  də,  heç  də 
keçmiş imperiyanın yerində meydana gəlmiş müstəqil dövlətlərin 
hamısında demokratik recimlər qurulmadı.  
Həm  siyasi  milli  böhranın,  həm  də  islahatçı  prosesin 
konkret  xüsusiyyətləri  bu  və  ya  digər  ölkə  üçün  xarakterik  olan 
ijtimai-siyasi  şəraitin  spesifikliyi  ilə  müəyyən  olunur.    Keçid 
prosesinin  ümumi  əlamətləri  həm  totalitar  və  həm  də  avtoritar 
recimlər  şəraitində  müxtəlif  jür  olur.    Bu  da  təbiidir.  Totalitar 
recim  mahiyyətjə  avtoritar  recimdən  fərqlidir.    Totalitar  recim 
şəraitində  vətəndaş  jəmiyyətini  dövlət    ört-basdır  edir.  Dövlət   
insanların    bütün    həyat    sahələrinə  nəzarət  etməyə  çalışır, 
vətəndaşları eyni jür  sosial münasibətlərə girməyə məjbur edir və 
həmin  münasibətlərə  dövlət  ideologiyası  formasını    verir.  
Avtoritar recimdə isə  dövlətin jəmiyyət üzərindəki nəzarəti bir az 
yumşaqdır. Avtoritar recimlərdə hakim elita eynijinsli deyil, həm 
bu  elita  içərisində,  həm  də  jəmiyyətdə  məhdud  plüralizm 
mümkündür.    Siyasi  sistem  iqtisadi  münasibətlərə  nisbətən  daha 
çox  müstəqildir və ya əksinə.  Recimin qeyd etdiyimiz və başqa 
xüsusiyyətləri  əlbəttə,  siyasi  keçid  prosesinə  mühüm  təsir 
göstərir.  Siyasi  proseslərin  fərqli  jəhətləri      sosial-iqtisadi 
sistemlərin  dəyişilməsi  ilə  bağlı  olaraq  yaranmış  demokratik 
recimlərdə  (Şərqi  Avropa  ölkələrində,  keçmiş  SSRİ-nin 
respublikalarında)  daha  çoxdur.    Beləliklə,  avtoritarizm  və 
totalitarizmi  əvəz  etmiş  demokratik  recimlərin  mümkün 
müxtəlifliyi    siyasi  keçid  paroseslərinin  ümumi  əlamətlərindən 
biridir. 
Jəmiyyətin 
demokratiyaya 
keçidi 
 
yeni 
dövlət 
hakimiyyətinin 
mexanizmlərinin 
institusionallaşması 
ilə 
möhkəmlənir  (bu  da  siyasi  keçid  prosesinin  mühüm 
əlamətlərindən biridir).   İnstitusionallaşmaya aşağıdakılar aiddir: 


 
18 
parlamentarizm  və  ya    prezident  demokratiyası  institutlarının  
bərqərar  olması,  hakimiyyətin  bölgüsünün  qanunverijiliyini 
hazırlamaq,  hakimiyyətin  hər  üç  qolunun  müxtəlif  səviyyələrdə 
uyğun  strukturlarını  yaratmaq.    Yeni  hakimiyyət  sisteminin 
institusionallaşması  legitimliyi  təmin  edən  konstitusiya  ilə 
möhkəmləndirilməlidir.  Demokratik  recimin  institusional  və 
konstitusion 
bərqərar    olması  dövlət  aparatının  islah 
olunmasından  ayrılmazdır.  Çünki  burada  hakim  elitanın 
dəyişilməsi  baş  verir.  Bu  prosesin  öz  qanunauyğunluqları  və 
ziddiyyətləri  vardır:    onlar  keçid  dövrünün  həyata keçirilməsinin 
forma və metodlarına mühüm təsir göstərir. 
Demokratiyaya 
keçid  vətəndaş  jəmiyyətinin  uyğun 
institutlarının  formalaşmasını, yəni əhalinin müxtəlif təbəqələrini 
təşkil  edən  vətəndaşların  siyasi  proseslərdə  iştirakını,    öz 
maraqlarını  həyata  keçirməsini  və  hakimiyyətin  siyasi  kursunun 
reallaşmasına  nail  olmasını  həyata  keçirə  bilən  ijtimai-siyasi 
təşkilatların, müxtəlif jür assosiasiyaların yaradılmasını tələb edir. 
Vətəndaş  jəmiyyətinin  möhkəmlənməsi  prosesində  onun 
müstəqilliyi  artdıqja  ölkə  yeni  recimə  uyğunlaşır,  «keçid 
dövrünün  qanunauyğunluğu»  problemi  həll  olunur.    Əvvəlki 
elitanın  -    bürokratiyanın  müxtəlif  təbəqələrinin  əksəriyyətinin, 
hərbi  dairələrin,  siyasi  müxalifətin    yeni  recimə  loyallığı  əldə 
olunur.  Yeni  dəyərlər,  yeni  ideologiya  əsasında  siyasi  və  ijtimai 
qüvvələrin  möhkəmlənməsi  baş  verir.  Vətəndaş  jəmiyyətinin 
inkişafı  ilə  ideyaların,  baxışların,  mövqelərin  müqayisəsi  üçün 
şərait  yaranır.  Azlığın  baxışlarının  məjburi  yolla  çoxluğa 
sırınması  yolu  ilə  deyil,  yalnız  bu  yolla  jəmiyyətin  həqiqətən 
demokratik  jəhətdən  möhkəmlənməsinə,  yeni  ümumi  baza 
dəyərləri çərçivəsində onun inkişafına nail olmaq mümkündür. 
Təbiidir  ki,  yeni  recim  yalnız  siyasi  hüquq  və  azadlıqları 
deyil,  çoxluğun    maraqlarına  javab  verən  siyasi  kursu  hazırlayıb 
həyata  keçirirsə,  həyat  şəraitinin  bütün  kompleksinin 
nəzərəçarpajaq  dərəjədə  yaxşılaşdırılmasına  nail  olursa,  onda 
həmin    çoxluğun  dəstəyini  əldə  edir.    Bu  jür  dəstəyə  daimi  nail 
olmaq demokratik quruluşun əsaslarının əsasıdır. Bununla yanaşı, 


 
19 
hakimiyyətin xalq tərəfindən müdafiə olunması ayrı-ayrı baxışlar 
və  hərəkətlərlə  narazı  olduğunu  ifadə  etmək  hüququna  nail 
olmasını,  konstruktiv  müxalifətin  mümkünlüyünü  heç  də  istisna 
etmir.   
Demokratik  siyasi  recimin  xarakterik  xüsusiyyətləri 
aşağıdakılardır: 
- hakimiyyətin bölüşdürülməsi prinsipinə tam əməl olunur; 
-  seçki  orqanları  birbaşa,  bərabər  və  gizli  səsvermələr 
əsasında formalaşır; 
-  vətəndaş  jəmiyyəti  yüksək  inkişaf  dərəjəsinə  malikdir, 
dövlətə və bütün siyasi sistemə nəzarət edə bilir; 
-  dövlətin  fəaliyyətində  qeyri-siyasi  metodlarla  davranmaq 
istisna  təşkil  edir,  kompromislərlə,  konsessusla  işləmək 
prioritetdir, dövlət hüquqi dövlətdir; 
- çoxprartiyalılıq əsas şərt sayılır; 
-  leqal  müxalifət  var  və  o  siyasi  prosesin  ayrılmaz  tərkib 
hissəsidir; 
-  media  senzuradan  tam  azaddır,  hakimiyyəti  tənqid  edə 
bilər, anjaq onu zorla devirməyə çağıra bilməz; 
- güj strukturları daxili və xariji təhlükəsizliyə javabdehdir, 
siyasətdən kənardadır; 
- hüquq və azadlıqlar bütün jəmiyyətə məxsusdur; 
- plüralist siyasi mədəniyyət hakimdir; 
- ideoloci plüralizm mövjuddur,rəsmi ideologiya yoxdur. 
Demokratik  dövlətin  ən  mühüm  kriteriyası  –  hakim 
qüvvələrin, seçkilər nətijəsində yaranmış demokratik institutların 
siyasətinin  xalq  tərəfindən  dəstəklənməsidir.  Bu  jür  dəstəyin 
daimi xarakter daşıması demokratiyanın əsasıdır.  
Demokratik  idarəetmə  demokratik  şərait  üçün  zəruridir  və 
vətəndaşların  hüquq  və  azadlıqlarının  qorunmasını,  qanunun 
aliliyi 
və 
jəmiyyətin 
açıqlığı 
kimi 
sosial 
reallığın 
möhkəmləndirilməsini  nəzərdə  tutur.  Yalnız  demokratik  dövlət 
demokratik vətəndaş jəmiyyəti  yaratmağa qabildir. Bu isə elə bir 
jəmiyyətdir  ki,  əhalinin  heç  bir  qrupu  digərini  özünə  tabe  edə 
bilmir,  burada  insan  fəaliyyəti  üçün  geniş  ikanlar  açılır,  onun 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə