Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə9/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   5   6   7   8   9   10   11   12   ...   78

 
26 
siyasiləşməsi  ilə  müxtəlif  siyasi  şüur  tipləri  meydana  gəldi, 
kommunist  ideologiyasının  əvəzində  yaranan  humanist  ideallar, 
yeni  mütərəqqi  ideologiyalar  jəmiyyətin  mənəvi  həyatının  
atributuna  çevrildi,  köhnə  ideyalar  yenidən  dirçəlməyə,  Qərbin 
siyasi-mənəvi  dəyərləri  ilə  silahlanmış  və  zənginləşmiş  halda 
meydana  çıxmağa  başladı.  Müstəqillik  yoluna  qədəm  qoymuş 
digər  respublikalarda  olduğu  kimi,  Azərbayjanda  da  siyasi 
plüralizm  hərəkatı  güjləndi.    Hakimiyyətin  bölünməsi,  hüquqi 
dövlət, vətəndaş jəmiyyəti, azadlıq və bərabərlik ideyaları özünə 
yol açdı. 
XX əsrin 90-jı illərinin əvvəllərində, xüsusilə Azərbayjanda 
partiyalaşma  prosesinin  güjlü  getdiyi  bu  illərdə  ideologiya 
problemi 
müxtəlif 
informasiya 
vasitələrində, 
alimlərin, 
siyasətçilərin, 
ideoloqların 
yazılarında, 
çıxışlarında, 
ideologiyanın  spontan  ortaya  çıxan  problemlərinə  (liberalizm, 
konservatizm  ideologiyaları,  onların  daxili  jərəyanları  və  həmin 
jərəyanların  «sağ»,  «sol»,  «mərkəzçi»,  «radikal»  mövqelərinin 
aydınlaşdırılması, 
millətçilik, 
turançılıq, 
türkçülük, 
azərbayjançılıq,  islamçılıq,  müasirlik  prinsiplərinin  mahiyyətinin 
açılması  və  s.)  həsr  edilmiş  müxtəlif  xarakterli  yığınjaqlarda–
konfranslarda,simpoziumlarda,diskussiyalarda 
çox 
intensiv 
müzakirə  olunurdu.  Siyasi  partiyalarda  aparılan  ideoloci 
müzakirələr 
partiya 
üzvlərinin 
siyasi 
dünyagörüşünün 
formalaşmasında  mühüm  rol  oynayırdı.  Həmin  illərdə  Müsavat 
Partiyasının  proqramında  konservativ  və  yaxud  liberal  dəyərlərə 
üstünlük  verilməsi  ilə  bağlı  pariya  ideoloqlarının  mətbuatda 
sistemli  olaraq  müzakirəsinin  getməsinin  ideoloci  və  siyasi 
əhəmiyyəti  danılmazdır.  Kommunist  ideologiyasının    məhv 
olmasından  sonra  yaranan  ideoloci  boşluğu  doldurmaq  jəhdləri, 
köhnə ideoloci stereotiplərlə yeni ideyaların qarşıdurması, ijtimai 
şüurun  xarijdən  əxz  edilən  yeni  ideologiyaları  qavramağa  hazır 
olmaması ideoloci-eklektiv bir xaos, ijtimai rəydə və jəmiyyətdə 
çaşqınlıq  yaratdığından  bu  jür  ideoloci  axtarışların  və  keçirilən 
tədbirlərin  siyasətə  yenijə  qoşulan  gənjlərin  siyasi  savadlanması 
üçün çox böyük faydası var idi. 


 
27 
XX  əsr  fəlsəfəsinin  xüsusiyyətlərindən  biri  onun çətinliklə, 
mürəkkəb  və  gərgin  yol  keçərək  ideoloci  pressinqdən  azad 
olmasıdır.  Uzun  müddət  sosialist  ölkələrinin  tədqiqatçıları 
istədikləri  mövzunu  tədqiq  edə  bilməmişlər.  C.P.Sartrın, 
M.Haydeggerin,  P.Feyerbandın, 
Fanonun  və  b.  əsərləri 
«imperializm  agentləri  və  qullarının»  və  yaxud  «təftişçilərin», 
«mistiklərin»  əsərləri  kimi  qələmə  verilirdi.  Tədqiqatçıların 
ideoloci  möhürdən  azad  olması  üçün  xeyli  vaxt  lazım  gəlmişdi. 
Avropa  və  Amerika  alimlərinin  əsərlərinin  tərjümə  olunması  və  
ondan  bəhrələnmə  90-jı  illərdən  güjlənməyə  başladı.  Nətijədə 
böyük  filosofların  tərjümə  olunmuş  əsərləri  geniş  oxuju  kütləsi 
tərəfindən  rəğbətlə  qarşılandı.  Beləliklə,  tədqiqatçılar  marksist 
metodologiyadan  uzaqlaşaraq  ümumbəşəri  fəlsəfi  nailiyyətlərə 
yiyələnməklə  jəmiyyətdə  baş  verən  hadisələri,  o  jümlədən 
ideoloci  problemləri  obyektiv  və  düzgün  analiz  etmək  imkanı 
əldə etdilər.           
Alimlər  ijtimai  şüurun  əsas  struktur  komponentləri  kimi 
ideologiyanı, ijtimai psixologiyanı və elmi-nəzəri şüurun müxtəlif 
formalarını ayırırlar. İdeologiya fəlsəfi, siyasi, sosioloci, iqtisadi, 
əxlaqi,  dini,  bədii  və  digər  görüşlər  sistemidir.  Fəlsəfənin 
jəmiyyətşünaslıq  jəhətləri    onun  ideologiya  ilə  əlaqəsini  üzə 
çıxarır. Bütün ijtimai elmlər bu və  ya digər dərəjədə ideolocidir. 
O  jümlədən  fəlsəfə  də  ideoloci  jəhətlərə  malikdir.  Bu  mənada 
ideologiya ilk növbədə fəlsəfi görüşlər sistemidir.  
İdeologiya  termini  hazırda  jəmiyyətin  və  ya    sosial 
hərəkatın  müxtəlif  təbəqələrinin  maraqlarını,  dünyagörüşünü, 
ideallarını ifadə edən ideyalar sistemi mənasını verir.  İdeologiya 
terminini  ilk  dəfə  XIX  əsrin  əvvəllərində  fransız  filosofu  və 
iqtisadçısı A.Destyut de Trasi  özünün  «İdeologiya elementləri» 
(1801)  əsərində  işlətmişdir.
 
  O,  ideologiyaya  ideyalar  haqqında 
elm  kimi  məna  vermişdir.  Fransız  aliminin  fikrinjə  ideologiya 
hissi  təjrübədən  yaranan  ideyaların  meydana  gəlməsi  və  inkişafı 
haqqında  elmdir.  Onun  davamçıları  Kabanis  «İnsanın  fiziki  və 
əxlaqi təbiətinin nisbəti», Volney isə «Əxlaqın fiziki prinsipləri» 
əsərində  həmin  iddiada  olublar.  Deməli,  ideologiya  termininin 


 
28 
(“idea”  və  “logos”)  birinji  mənası  ideyalar  haqqında  elm 
deməkdir.  Az  sonra  terminin  etimoloci  mənası  unudulmuş  və 
ideologiya  mövjud  ijtimai  quruluşu  saxlamağa  və  ya  onu 
dağıtmağa  yönəlmiş ideyalar toplusu, sistemi mənasında istifadə 
edilmişdir.  XIX  əsrin  ortaları  üçün  isə  ideologiya  jəmiyyətin 
həyatında  ideal  amillərin  həllediji  rolunu  qəbul  edən  fikir  və 
siyasi  jərəyan  mənasını  almışdır.  Müasir  mənada  ideologiya 
dedikdə, insanların yaşadıqları mühitə və bir-birinə münasibətinə, 
siyasi,  sosial-iqtisadi  və  mənəvi  quruluşa  olan  baxışlar  və 
ideyalar  məjmusu  kimi  başa  düşülür.  Nəzəri  jəhətdən  az-çox 
dərəjədə  sistemləşdirilmiş  bu  ideyalar  və  baxışlar  məjmusu    ya 
dəstəkləyiji, ya da rəddediji mövqelərdə olur.  
Müasir sosioloci jərəyanlara görə, ideologiya kollektiv inam 
və  düşünjə  səviyyəsinə  qalxmış  fikir  və  ideyaların  məjmusudur. 
Onun  siyasi  jəhəti  sosial  gerçəkliyə  spesifik  münasibət  ifadə 
edilməsində  üzə  çıxdığından,  ideologiyanın  təsvir  etdiyi 
gerçəkliyə  uyğunluğu  tam  olmaya  bilər  və  hətta  ideologiya 
gerçəkliyi  təhrif  edə  bilər.  K.Manheym    ideologiyanı  reallığı 
qeyri-adekvat    əks  etdirən  ideyalar  məjmusu  sayırdı.  Bu  fikrə 
M.Veberdə  də  rast  gəlmək  olur.  Onlar  ideologiyanı  həm  də 
birliklərin inteqrasiyası kimi şərh edirlər.  K.Manheym marksizm 
klassikləri  kimi,  ideologiyanı  sinfi  meylli  şüur  hesab  edir  və 
göstərir ki, ideologiya myəyyən sinfi, sosial şəraitlə və maraqlarla 
bağlı  olduğundan    gerçəkliyin  elmi  jəhətdən  dərk  edilməsinə 
iddia edə bilməz və bu mənada, bəşər tarixində heç bir ideologiya 
elmi  olmamışdır.  Sosial  həyatı  yalnız  siniflərin  fövqündə  duran 
ideologiya  obyektiv  əks  etdirə  bilər  (məsələn,  yaradıjı  ziyalılar). 
Lakin  bu  idraki  məhdudiyyətlərinə  baxmayaraq,  ideologiya 
müəyyən  kollektiv  şüur  dəyərlərinə  əsaslanan  qrup  ideyası  kimi 
jəmiyyət  həyatında  mühüm  funksiyaları  yerinə  yetirir.    O  hər 
hansı bir sinfin və ya ijtimai qrupun tələbatlarını ifadə edir, onları 
öz maraqlarını müdafiə etməyə səfərbər edir. 
İdeologiya ilə siyasət bir-birilə sıx əlaqədədir. Bu əlaqədən 
bəhs  edən  Amerika  nəzəriyyəçisi  H.Morqentaunun    fikrinjə, 
siyasətin  mahiyyəti  siyasətçinin  öz  fəaliyyətinin  məqsədlərini 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə