Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə4/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   2   3   4   5   6   7   8   9   ...   78

 
11 
Müasir dövrdə parlament idarəçiliyinin üç forması var: 
1.
 
hökumət  parlamentdə  çoxluq  əsasında  formalaşır  (50%-
dən çox səs toplayan partiya hökuməti formalaşdırır); 
2.
 
parlament  koalisiya  əsasında  formalaşır  (hökumət  mütləq 
çoxluq  qazana  bilməyən  bir  neçə  partiyanın  koalisiyası 
əsasında formalaşır); 
3.
 
parlament  konsensus  əsasında  formalaşır  (etnik,  regional 
prinsiplərlə). 
Parlament  xalq  tərəfindən  seçilir  və  xalqın  adından  idarə 
edir.  Öz  növbəsində  xalq  suveren  kimi  seçkilər  vasitəsilə  öz 
nümayəndələri  üzərində  nəzarəti  həyata  keçirir.  Seçilmiş 
deputatların  hakimiyyət  səlahiyyətlərləri  özündə  ümumxalq 
konsensusunu  əks  etdirən  Konstitusiya  ilə  müəyyən  edilir  və 
məhdudlaşdırılır.  Parlament  özündə  əhalinin  bütün  sosial 
əhəmiyyətli  təbəqəsinin  çoxluğunu  əks  etdirir;  bununla  yanaşı, 
qərarların qəbulu mexanizmi də «çoxluq» prinsipi ilə qəbul edilir 
(azlığın  fikrinə  hörmət  etməklə    yanaşı);  müxalifət  – 
parlametarizmin zəruri institutudur.  
Parlamentarizmin  funksiya  göstərməsi  siyasi  təjrübədə 
plüralizm prinsipinin real həyata keçirilməsidir. Parlamentarilərin  
partiya siyahısı üzrə seçilməsi, partiya fraksiyalarının, o jümlədən 
müxalifət 
fraksiyalarının 
fəaliyyəti, 
 
müxtəlif 
siyasi 
qruplaşmaların  seçijilərin  maraqları  və  ideyalarının  spektrini 
ifadə  edən    proqram  baxışlarının  və  konsepsiyalarının,  siyasi 
görüşlərinin  və  mövqelərinin    qarşılaşdırılması,  müqayisəsi,  
fraksiyaların  açıq  rəqabəti  –  parlament  demokratiyası  sistemində 
siyasi plüralizmin reallaşmasının konkret formaları bunlardır.  
Parlamentarizmin  siyasi  praktikası  onun  funksiyalarının 
çoxnövlüyünü  üzə  çıxarmışdır.  Bu  ilk  növbədə  nümayəndəli 
funksiyadır  (sosial  qrup  və  təbəqələrin  siyasi  iradəsinin  və 
maraqlarının  institusionallaşması).  Nümayəndəli  funksiyanın  
reallaşmasının  təminatçısı  seçki  sistemidir.  Siyasi  qüvvələrin  
nümayəndəliliyi  elitanın  formalaşmasının  effektiv  üsuludur. 
Vətəndaş  jəmiyyətinin  spesifikliyindən  asılı  olaraq  parlamentdə 


 
12 
nümayəndəlik  –  partiyalı,  ərazi  üzrə,  korporativ  və  etnik 
nümayəndəlik ola bilər. 
Parlamentin  hakimiyyət  funksiyası  xalqın  suverenliyinin 
törəməsidir  və  konstitusion  təminatı  vardır.  Onun  ən  mühüm 
fəaliyyəti  qanunveriji  fəaliyyətdir.  Parlament  jəmiyyətin 
çoxluğunu  təmsil  etdiyindən  və  onun  iradəsini  həyata 
keçirdiyindən  dövlət  hakimiyyətinin  legitimləşdirilməsinin  ən 
mühüm  institutudur.    Siyasi    legitimlik  jəmiyyətin  marağında 
olduğu  siyasi  qərarların  qəbul  edilməsi  ilə  reallaşır.  Xalqın 
nümayəndələri  tərəfindən  qəbul  edilən  qərarlar  bütün  dövlət  və 
ijtimai institutlar üçün zəruridir və idarə edənlərlə idarə edilənlər 
üçün qanun əsasdır.  
Parlament  demokratiyası  eyni  zamanda  ijtimai  konfliktləri 
institusionallaşdırır.    Xalq  tərəfindən  seçilmişlər  aşkar  surətdə, 
legitim  olaraq,  ümumi  qəbul  edilmiş  normalar  və  «oyun 
qaydaları»  əsasında  jəmiyyətdə  yaranmış  konfliktləri–sosial  və 
etnik  qruplar  arasında  yaranmış,  regional  və  b.  konfliktləri 
müzakirə  edir  və  həll  edir.  Parlament  konfliktləri  həll  etməyin 
açıq formasıdır.  Lakin qeyd etmək lazımdır ki,  parlamentarizm 
institutunun  qeyd  edilən  funksiyaları  heç  də  hər  bir  ölkədə  
reallığa  çevrilmir.    Bu  funksiyaların  janlı  siyasətə  çevrilməsi 
konkret-siyasi  şəraitdən,  dövlətin  konstitusion  əsaslarının 
xarakterindən  asılıdır. Bir çox hallarda parlamentin konstitusion 
səlahiyyətləri  ijra  hakimiyyətinin  aqressivliyi  üzündən  və  ya 
parlamentarilərin siyasi iradəsizliyi ujbatından reallaşmamış qalır. 
Parlamentin 
real 
hakimiyyət 
rolu, 
parlamentarizm 
institutunun  bütövlükdə  demokratik  recimlərin  siyasi  həyatına 
faktiki  təsiri    hər  bir  ölkədə  hakimiyyətin  konstiutusion  əsasda 
bölgüsü  qaydasından  asılıdır.    Hakimiyyətin  bölgüsü  prinsipi 
parlamentarizmin  bazasıdır.  Hakimiyyətin  bölgüsü  ideyası 
demokratiyanın  liberal konsepsiyasında öz əksini tapmış və uzun 
müddət  kollektivçi  konsepsiyalar,    ilk  növbədə  marksizm 
tərəfindən  inkar  edilmişdir.  Hakimiyyətin  bölgüsü  prinsipi  ilk 
dəfə  J.Lokk,  sonradan  isə  Ş.Monteskye  tərəfindən  işlənib 


 
13 
hazırlanmışdır.  Praktik  olaraq  isə  ilk  dəfə  ABŞ-da    tətbiq 
edilmişdir. 
Parlament  siyasi  institut  kimi    siyasi  qüvvələrin 
yarışmasının  zəruriliyini  ortaya  çıxarır.  Ümumi  qəbul  edilmiş 
«oyun  qaydaları»  çərçivəsində  baş  verən  rəqabət,  yarış  siyasi 
qüvvələrin  siyasi  fəallığının  stimullaşdırılması,  qərarların 
variantlarının seçilməsi  üsuluna xidmət edir. Parlament yarışması 
siyasi  liderlərin  üzə  çıxarılması,  onların  tərbiyə  edilməsinin  ən 
yaxşı üsuludur.  
Siyasi yarışın iştirakçıları kimi hakim çoxluq və müxalifəti 
təmsil  edən  azlıq  çıxış  edir.  Parlament  müxalifəti  –  çoxluğun 
siyasi  kursuna  qarşı  öz  xəttini  irəli  sürən  və  müəyyən  təbəqə  və 
qrupların  maraqlarını  əks  etdirən  partiya,  yaxud  istənilən  siyasi 
qruplaşma  ola  bilər.  Siyasi  xarakteristikasına  görə  müxalifət 
«sağ»  və  «sol»  müxalifətə,  siyasi  daşıyıjılarına  görə    sənaye, 
aqrar, 
milli 
müxalifətə
çoxluğun  siyasətinə  təsiretmə 
xarakteristikasına görə funksional və «əbədi» müxalifətə bölünür. 
«Sol»  müxalifətə  o  qüvvələr  aid  edilir  ki,  hakim  qüvvələrin  
siyasi  kursunda  çox  və  ya  az  dərəjədə  radikal  dəyişikliklərin 
edilməsi,  mövjud  recimin  və  ya  bütövlükdə  siyasi  sistemin  
dəyişdirilməsi  uğrunda  çıxış  edir.    «Sağ»  müxalifət  jəmiyyətin 
konservativ  qüvvələri  ilə  eyniləşdirilir.    Bir  qayda  olaraq,  
«sağların» və «solların» çoxluğa qarşı  konfrontasiyası şəraitində 
kompromisə  jəhd  edən  «mərkəzçi»  qüvvələr  yaranır.    İdeoloci 
simasına  görə  müxalifətin  tərkibi  müxtəlif  növlü  və  ya      yekdil 
ola bilər.   
Funksional və «əbədi» müxalifət haqqında danışarkən qeyd 
etmək lazımdır ki, funksional müxalifət hər şeydən əvvəl əsasən 
Qərb  ölkələrinin  parlametinə  xasdır.    Bu  müxalifət  mövjud 
sistemin  əleyhinə  çıxış  etmir,  lakin  sistemin  funksiya 
göstərməsinə  aktiv  təsir  edir;  köklü  siyasi  məsələlərdə 
konsensusa jəhd göstərir.  Funksional müxalifət bir qayda olaraq 
ikipartiyalı  sistemlərə  xasdır.    «Əbədi»  müxalifət  isə  hakim 
qüvvələri  öz  siyasi  idealları  mövqeyindən  daim  tənqid  edir, 
mövjud recimə qarşı çıxış edir.   


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə