Dünyada 2000-dən arlıq nüvə silahı sınaqdan keçirilmişdir
(onlardan 500-ü atmsoferdə). Bu partlayışlar zamanı ətraf mühitə
milyon kürülərlə radioaktiv sezium -137, stronsium- 90 və dgər
elementlər daxil olmuşdur.
Ətraf mühitin radioaktiv çirklənməsi baxımından nüvə
müharibəsi ən dəhşətli, ən qorxulu ola bilər, tədqiqatlar göstərir
ki, əgər nüvə müharibəsi başlayarsa, iri şəhərlərə atom bombası
atılacaq. Bu zaman Yerin geniş ərazisini aylarla qaranlıq
bürüyəcək, günəş şüası yanğınlar nəticəsində əmələ gələn
hissəciklərindən ibarət böyük buludlardan keçə bilməyəcək. Bir
sıra regionlarda orta temperatur bir neçə 10 dərəcə aşağı
düşəcəkdir (hətta suyun donma dərəcəsindən də aşağı).
Strotosferin ozon təbəqəsi naziləcək, atmosfer havası
zəhərlənəcəkdir.
AES-də baş verən qəzalar nəticəsində də atmosfer
havasının radioaktiv çirklənməsi baş verir. 1986-cı ildə Çernobil
AES-də baş verən qəza nəticəsində Belorusiya Respublikası
ərazisinin 4/5 hissəsi radioaktv çikrlənməyə (xüsusilə
sezium-137 və stronsium-90) məruz qalmışdır. Burada 16,4 min
km^ ərazi çirklənməyə məruz qalmışdır. Bundan başqa qonşu
Ukrayna Respublikasının geniş ərazisi də radioaktiv çirklənməyə
məruz qalmışdır. Çirklənməyə məruz qalan rayonlarda bitki və
heyvanlarda anomal mutasiya müşahidə olunmuş, bəzi
sahələrdə
meşələr qurumuşdur.
Elektromaqnit çirklənməsi.
Elektromaqnit dalğalarının təbi mənbələri:
yer
səthinn daimi
elektrik və maqnit sahəsi, kosmik aləmdən (günəş,
ulduzlar və s.) ibarətdir. Yerin təbii elektromaqnit sahəsi onun
səthində açıq yerlərdə adətən 100-500 Vm
gərginlikli izafi mənfi
yükün yaranmasıdır. Qara buludlar gərginlik sahəsini 10-100000
Vm-ə qədər yüksəldə bilər. Təbii elektromaqnit mənbələri zəif
olduğundan canlılara bir o qədər də ziyan vurmur. Canlılar üçün
süni elektromaqnit mənbələri daha ziyanlıdır.
37
Hazırda iri şəhərlərdə, hətta yaşayış mənzillərində güclü
elektromaqnit çirklənməsi müşahidə olunur. Gündəlik həyat
tənziminə müdaxilə edən radiochazlar, televzorlar, məişət
cihazları, açıq ərazilərdə isə elektrik nəqliyyatı, yüksək gərginlikli
eletkrk xətləri, transformatorlar, radiolokator stansiyaları
elektromaqnit çirklənməsinə səbəb olur.
Elektromaqnit sahəsinin antropogen mənbələri 2 qrupa
bölünür: 1 qrup-generasiya olunan (0-3 km) ən yüksək gərginlikli
mənbələr; 2 qrup - 3 kHs -200 Qhs diapazonunda mikrodalğalar
daxil olmaqla radiogərginlikli diapazonlarda generasiya olunan
şüalardır. Bunlardan canlılar üçün ən təhlükəlisi radiolokatorlar
(hava əlaqəsi, gəmiçlik nəqliyyat radiolokatorları, hava
nəqliyyatına nəzarət) sayılır.
Elektromaqnit şüalarının canlılara təsirinə kömək edən
amillərdən biri atmosfer ionlaşmasıdır. Atmsoferdə olan ionlar 3
yerə bölünürlər; ağır, orta və yüngül ionlar. Atmosferin 1 sm^-da
ağır ionlar 64 %, orta ionlar 20%, yüngül ionlar isə 10% təşkil
edir. İonlar atmosferin özündə saxladığı temperaturdan asılı
olaraq dəyişir: ağır ionlar qışda daha çox, yayda az,
yüngül ionlar
isə qışda az, yayda çox olur.
Parnik (1§1Шк) qazları və onların iqlim dəyişməsinə
təsiri
Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik
(istixana) effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək
dərəcədə Günəş radiasiyası buraxmağa qabildir.
Yer səthinin orta
temperaturu +15*^8 təşkil edir.
Parnik effekti olmasa idi o, -18°8
olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcuduğu üçün
əsas mexanizmlərdən biridir. Parnik effekti yaratmaqda
atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan,
atmosferdə yüksək konsentrasiyada olan qazlar böyük rol
oynayır. Əsas parnik qazları aşağıdakılardır:
karbon
2-oksid (CO
2
), azot
oksidləri,
xüsusilə NO
2
, metan
(CH4) və troposfer ozonu
38