Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

insan  ömrünün  müddətinin  qısalığı  ilə  müqayisədə  bərpa 
olunmayan ehtiyatlara aid edilir. 
Hazırki dövrdə yerin təkindən istifadə ildən-ilə sürətlənir. 
Belə ki son 30 ildə neftin istifadəsi 4-5 dəfə, təbii qazmkı 5-6 dəfə, 
boksit  9-10  dəfə,  kömürünkü  2-3  dəfə  artmışdır.  Eyni  sözləri 
dəmir  və  manqan  filizlərinə,  kalium  duzlarına,  fosforitlərə  və 
başqa faydalı qazıntılara aid etmək olar. Onların da istifadəsi 3-4 
dəfə artmışdır. 
Bir  çox  mədənlərin  hasilatı  tükənmişdir.  Dövrümüzün  ən 
mühüm  sosial  və  iqtisadi  problemlərindən  biri  də  ətraf  mühitin 
mühafizəsindən ibarətdir. Təbiəti mühafizə və təbii ehtiyatlardan 
səmərəli  istifadə  edilməsi  insanların  qarşısında  duran  ən  vacib 
problemlərdən biridir. Bu problem ətraf mühitin qorunması, təbii 
ehtiyatlardan düzgün istifadə olunması üzrə kompleks tədbirlərin 
işlənib  hazırlanmasını  tələb  edir.  Belə  tədbirlər  elmi  cəhətdən 
düzgün  əsaslandırılmalı,  beynəlxalq  səviyyədə  və  dövlət 
səviyyəsində həyata keçirilməlidir. 
Elmi-texniki inqilabın, kənd təsərrüfatının digər sahələrinin 
sürətlə inkişafı ilə yanaşı təbii ehtiyatlardan istifadə gərginliyi də 
artır.  Belə  problemlərdən  ən  başlıcası  ehtiyatlan  qorumaq  və 
onlardan  səmərəli  istifadə  etmək  üçün  elmi  əsaslar  üzrə  həyata 
keçirməkdən  ibarətdir.  Artıq  cəmiyyətlə  təbiət  arasında  olan 
münasibətdə kəmiyyət və keyfiyyət dəyişiklikləri nəzərə çarpır. 
Belə  bir  şəraitdə  müasir  elm  özündə  cəmiyyətin  təbiətə 
etdiyi  texnogen  təsirin  nəticələrini  əvvəlcədən  tamamilə 
proqnozlaşdırmaq  imkanına  malik  deyildir.  Ətraf  mühitin 
mühafizəsi  artıq  bir  elm  sahəsi  kimi  formalaşmışdır,  lakin  bu 
elmin ayrı-ayrı ideyaları daha uzaq keçmişimizdə irəli sürmüşdür. 
Yeganə  təsərrüfat  sahəsi  ovçuluq  olan  ibtidai  icma 
quruluşu dövıdində qəbilə başçıları cavan və boğaz heyvanların 
ovlanmasmı qadağan edir, balıq, quş və vəhşi heyvanların artması 
üçün xüsusi qadağan (yasaqlıq) 
184 


əraziləri  ayırırdılar.  Quldarlıq  dövründə  meşə  və  təbii  parklara 
nəzarət edilməsi artıq Hindistanda, Çində, Yunanıstanda və başqa 
ölkələrdə  qanun  şəklini  almışdı.  Hələ  eramızdan  əvvəl  IV-V 
əsrlərdə Platon Yunanıstanın cənub-şərqindəki Attika meşələrini 
torpaq  eroziyasından  qorumaq  və  onların  su  ehtiyatlarını, 
torpaqlarının  məhsuldarlığını  nizama  salmaq  məqsədilə  dəyərli 
fikirlər və tədbirlər irəli sürmüşdü. 
Feodalizm  dövründə  təbiətdən  istifadə  və  mühafizə 
məsələsi  quldarlıq  cəmiyyətinə  nisbətən  daha  çox  adamların 
diqqətini özünə cəlb edirdi. Burada artıq feodalların təbiətə şəxsi 
münasibəti  məsələsi  meydana  çıxırdı.  Onlar  torpağı,  meşə  və 
heyvanları öz gələcək nəsilləri üçün qoruyub saxlamaq qaydasına 
qalırdılar.  Artıq  feodalizm  dövründə  heyvanların  qorunması 
haqqında  qanunlar  verilirdi.  Avropada  indi  də  sürü  ilə  yaşayan 
vəhşi  öküzlərin  (zubr),  xallı  və  nəcib  maralların  bu  günə  gəlib 
çıxması  həmin  ədalətli  qanunlara  nəcib  münasitbətlərin  nəticəsi 
olmuşdur. 
Yüzilliklər 
keçdikcə insanların təbiətə olan 
münasibətləri də dəyişirdi. Elə həmin vaxtlardan təbii tarazlığın 
pozulmasının təməli qoyulurdu. Cəmiyyətimizdə olan ikihissəlik 
öz sərtliyi ilə təzahür edirdi. Bir hissə ancaq «mən» deyib, təbiətin 
varlığına  qəsd  edir  -  öldürür,  yandırır,  dağılır,  digər  hissəsi  isə 
«yüksək insani hisslərlə», birincisinin hərisliyinə qarşı mübarizə 
aparır. Hələ 1273-cü ildə İngiltərədə havanı çirkləndiricilərə qarşı 
qanun qəbul  edilmişdir. Hətta bundan 30 il keçdikdən sonra bu 
qanunu  pozan  bir  nəfər  Londonda  açıq  meydanda  edam 
edilmişdir. Artıq dünyanın bir çox ölkələrində, xüsusilə Avropa 
qitəsində  su  mənbələrinin,  havanın  çirklənməsinə,  torpağın 
yararsız  hala  salınmasına  qarşı  bir  sıra  qanunlarla  yanaşı, 
həmçinin  ətraf  mühitin  çirklənməsinə  nəzarət  edən  əməli 
təşkilatlar yaradılırdı. XV-XVI əsrlərdə bir çox ölkələrdə təbiətə 
qəsd edən ayrı-ayrı adamlara qarşı ciddi və qanuni cəza tədbirləri 
həyata keçirilirdi. 1539-cu ildə Danimarka 
185 


kralı  dəniz  kənarı  meşələrin  qırılmasını  qadağan  etdi.  1569-  cu 
ildə  dəniz  kənarı  qumluqların  yaşıllıqlarla  bəzədilməsinə 
(meşəsalma yolu ilə) aid qanun verdi. 
Artıq  XVII-XVIII  əsrlərdə  məhsuldar  qüvvələrin  inkişafı 
təbiətə mənfi təsirləri daha da artırırdı. Beləliklə, zaman keçdikcə 
insanların  həyatı  get-gedə  dəyişir,  təbiətlə  üz-üzə  durur,  onun 
nemətlərini  asanlıqla  mənimsəmək  üçün  ixtiralar  və  kəşflər 
edirdilər. 
Əlbəttə bütün bunlar nəinki insanın təbiətə qəsd etməsilə, 
həm  də  insanların  öz-özlərinə  qarşı  çıxmaları  ilə,  yəni  böyük 
müharibələr  və  talanlarla  nəticələnirdi.  Ümumiyyətlə  təbiətdə 
üzvi  aləmlə  qeyri-üzvi  aləmin  təmasda  olması  mürəkkəb  və 
müəyyən  hallarda  dərk  ediləndir.  XIX-XX  əsrlərədək  sürətli 
inkişaf,  insanların  təbiətə  münasibətini  mahiyyətcə  daha  da 
artırmış və bunu ayrıca bir elm sahəsi kimi inkişaf etdirmişdir ki, 
bu da ekologiya elmidir. 
Akad.V.İ.Vernadski yazır ki,- «Yer kürəsinə bu və ya digər 
dərəcədə  dəyişdirilən,  onun  relyefinə,  bioloji  aləminə,  atmosfer 
havasına,  yerin  dərinliklərinə  təsir  edən  insan  zəkasına  və 
fəaliyyətinə  -«noosfera»  (təbiətlə  cəmiyyət  arasındakı  qarşılıqlı 
əlaqə)  deyilir.  Bu  insan-istehsalat-təbiət  sisteminin  vahid 
anlayışıdır». 
Elmi-texniki  tərəqqinin  və  təbiət  elmlərinin  qarşılıqlı 
əlaqəsi  və  inkişafı  insanları  planetimiz  haqqında  olan 
təsəvvürlərini,  XX  əsrin  sonu  XXI  əsrin  əvvəllərində  bütün 
dəqiqliyi ilə təhlil etməyə vadar etmişdir. 
XX əsrdə insanların təbiətə və onun sərvətlərinə təsiri daha 
da  gücləndi.  İstehsal  həcminin  artması,  inkişaf  etmiş  ölkələrdə 
ətraf mühit üçün daha böyük təhlükə yaradırdı. Fizika, biologiya, 
kimya və digər elmi sahələrdəki kəşflər və yeniliklər, insanların 
təbiətə,  texnogen  təsirini  on  və  yüz  dəfələrlə  artırdı.  İri  sənaye 
müəssisələrinə  malik  olan  ölkələrdə  məhsul  istehsalı  və  emalı 
zamanı  qaz,  maye  və  bərk  halda  əmələ  gələn  tullantılar,  nüvə 
silahlarının 
186 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə