Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə65/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   66

3)
 
xüsusi  tobiətqoruyucu  profili  (köçəri  quşların 
mühafizəsi,  balıq  ehtiyatlarının  qorunması,  ümumdünya 
əhəmiyyətli çayların mühafizəsi və s.). 
Beynəlxalq  Ekoloji  Əməkdaşlıq  sahəsində  önəmli  yeri 
BMT və onun xüsusiləşdirilmiş idarələri tutur. 
Beynəlxalq  təbiəti  mühafizə  və  təbii  ehtiyatların 
qorunması  ittifaqı  (BTMİ)  1948-ci  ildə  təsis  olunmuşdur, 
lOÜ-dən çox dövlət, 500-dən çox qeyri-hökumət təşkilatlarım və 
beynəlxalq 
hökumət 
təşkilatlarını 
özündə 
birləşdirən 
qeyri-hökumət təşkilatıdır. 
BMT-nin  kənd  təsərrüfatı  və  ərzaq  təşkilatı  (FAO) 
1945-ci  ildə  yaradılmışdır.  Onun  fəaliyyəti  sahəsi  kənd 
təsərrüfatı və dünya ərzaq ehtiyatıdır. FAO torpaqlardan istifadə 
və  onun  qorunması,  dünya  okeanının  bioloji  ehtiyatları, 
heyvanlar  aləmi,  meşə  örtüyü,  su  ehtiyatları  kimi  ekoloji 
problemlərlə məşğul olunur. 
Beynəlxalq  Dəniz  Təşkilatı  (BDT)  1948-ci  ildə 
yaradılmışdır. 
BDT 
dəniz 
gəmiçiliyi 
və 
dənizlərin 
çirklənməkdən  qorunması  sahəsində  fəaliyyət  göstərir,  habelə 
dənizin neft və digər zərərli maddələrlə çirkləndirilməsinə qarşı 
beynəlxalq konvensiyaların hazırlanmasında iştirak edir.  
ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  -  1946-cı  ildə 
yaradılmışdır. Həmin təşkilatın insan sağlamlığının qorunmasını 
ətraf mühitin mühafizəsi aspektində öyrənir. 
Atom  enerjisi  üzrə  Beynəlxalq  Agentlik  (MAQATE) 
1957-ci  ildə  yaradılmışdır.  Məqsədi  nüvə  təhlükəsizliyinin 
təmin  edilməsi  və  ətraf  mühitin  radioaktiv  çirklənmədən 
qorunması proqramlarının icrasını təmin etməkdir. 
BMT-nin  Ümumdünya  Meteoroloji  Təşkilatı  (ÜMT)  - 
1947-ci  ildə  yaradılmışdır.  Onun  vəzifəsi  insanın  planetin 
havasına və iqliminə təsirini, bütövlükdə regionlar üzrə öyrənib 
ümumiləşdirməkdir. 
Bundan  başqa  Birləşmiş  Millətlər  Təşkilatının  bədbəxt 
hadisələr zamanı kömək göstərmək üzrə Bürosu, Avropa  
215 


iqtisadi  Komissiyası  vo  s.  kimi  beynəlxalq  təşkilatlar  və  digər 
regional ekoloji təşkilatlar da möveuddur. Bizim respublikamızda 
regional  ekoloji  problemlərlə  məşğul  olan  «Xəzər»  Beynəlxalq 
Fondu, bir sıra ekoloji qeyri-hökumət və beynəlxalq təşkilatların 
filialları dediklərimizin əyani sübutudur. 
7.4.
 
Ekoloji niodoniyyət hamıda olmalıdır. 
«Mədəniyyət» sözü latın 
sözu olub torpağın 
becərilməsi,  onun  mədəniləşdirilməsi,  yəni  təbii  obyektdə  təbii 
sərvətlərdən  yox,  insanın  təsiri  altında  yaranmış  dəyişikliklər 
başa düşülür. Bu məfluımun bu ilkin məzmununda dil anlayışı  - 
mədəniyyətin,  insanın,  onun  fəaliyətinin  və  təbiətin  birliyinin 
təzahürüdür. 
Mədəniyyət onu təşkil edən komponentlərin toplusu, cəmi 
olmayıb,  insanın  əsaslı  ehtiyaclarına  zəruri  olan  sistemdir.  Bu 
müəyyən xalqa xas olan sosial durumdur. 
Hər  bir  xalq  onun  bütün  tarixi  boyu  formalaşdırılmış  və 
nəsildən nəslə ötürülən müəyyən qrup dəyərlərə malik olur. Belə 
dəyərlərə  adət  ənənə,  etiqad,  mənəviyyat,  dini  mənsubiyyət,  dil 
və  s.  aiddir.  Mədəniyyət  sözü  insanın  həyat  fəaliyyətində  vacib 
rol oynayan qiymətli dəyərdir. Onun dünyagörüşünü, xarakterini, 
niyyətlərini və onun hərəkətinin istiqamətini təyin edir. 
Hətta texnika ilə müqayisədə 
də mədəniyyət 
bəşəriyyətin daha dinqmik komponenti olmuşdur. 
Ekologiya  elmi  XİX  əsrin  ortalarında  bioloji  elmlərin 
əsasında  meydana  gəlmiş  və  tezliklə  müstəqil  bioloji  elm  kimi 
formalaşaraq,  orqanizmlərin,  populy  asiyaların  və  birliklərin 
mövcudluğundan  bəhs  edən  elm  kimi  özünü  göstərmişdir. 
Mədəniyyətdə  olduğu  kimi,  ekologiyada  da  qlobal  əhəmiyyət 
kəsb edən təbii proseslərə yol açdı və eyni zamanda o bilavasitə 
bu proseslərdə insanı gözləyən xoşa gəlməz və insana bədbəxtlik 
gətirən hadisələrlə bağlı 
216 


olmuşdur. 
Ekoloji mədəniyyətin formalaşması - uzun müddətli tarixi 
yol keçmiş prosesdir. 
Ümumi  mədəniyyətin  struktur  elementi  kimi,  ekoloji 
mədəniyyət  müxtəlif  xalqlar  arasında  insanın  müəyyən  təbii 
landşaftlarla  qarşılıqlı  əlaqəsində  ona  adaptasiya  olunmaqla 
yaranmışdır. 
Xalqın  ekoloji  mədəniyyəti  həqiqətən  də  onun  ənənəvi 
mədəniyyəti  deməkdir.  Ekoloji  mədəniyyəti  Yer  ü/.ərində 
yaşayan insanların fəaliyyət dərəcəsi hüdudlarında başa düşmək 
lazımdır.  Təhsil  və  tərbiyə  mədəniyyətə  yiyələnmək,  o 
cümlədən, ekoloji mədəniyyətə yiyələnməklə, bir nəsildən o biri 
nəslə ötürülür. 
İnsanı özü-özünü idarə etmək və özlərinin təbiətə xüsusi 
münasibəti  nöqteyi-nəzərdən  qəbul  etsək,  onda  ekoloji 
mədəniyyəti bütün insanı mədəniyyətlərin ən vacibi və ayrılmaz 
tərkib hissəsi kimi başa düşmək lazımdır. 
Təbiət insanların mənəvi həyatlarına böyük təsir göstərir. 
İnsanların  mənəvi  sallaşması,  mükəmməlləşməsi  və  onun 
qanunauyğun  formalaşmasında  əmək  isə  maddi  əsas  hesab 
olunur.  Bununla  da  ümumi  mədəni  həyatımız  formalaşır. 
Deyilənlər ekoloji mədəniyyətin ayrılmaz hissəsidir. 
Təbiət  gənc  nəslin  yetişməsi  və  təcrübəsi  işində  çox 
mühüm  olmaqla  insanda  bir  çox  xüsusiyyətlərin;  mehribanlıq, 
humanizm, gözəlliyi görüb başa düşmək, seyr etmək qabiliyyəti, 
təbiət  qanunlarını  öyrənməyə  maraq,  əməksevərlik,  öz  doğma 
torpaqlarına  məhəbbət  aşılamaq  və  inkişaf  etdirmək  kimi 
xüsusiyyət aşılayır. 
Təbiət-şəxsiyyətin  mənəvi  formalaşması  üçün,  ruhi 
pozuntuların  bərpa  olunması  üçün  mənbədir.  Mənzərəli  çay  və 
göllər,  dəniz  sahilləri,  dağ  əraziləri,  gözəl  şəlalələr,  qeyzerlər, 
qaynar  bulaqlar,  fiordlar,  karst  mağaraları  və  şaxtaları,  relikt 
meşələr,  rəngarəng  bitki  və  heyvanat  aləmi  olan  az  dəyişilmiş 
təbii komplekslər, unikal landşaftlar və 
2İ7 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə