Dərslik layiHƏ 4 Mündəricat I. Həyatın yaranması


  Araşdırma  aparın.  J.B.Lamark  və  Ç.Darvinin  uyğunlaşmaların  yaranması  ilə  bağlı fikirlərinə dair məruzə və ya referatlar hazırlayın. 4



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39970
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

39
3.  Araşdırma  aparın.  J.B.Lamark  və  Ç.Darvinin  uyğunlaşmaların  yaranması  ilə 
bağlı fikirlərinə dair məruzə və ya referatlar hazırlayın.
4.  İki təkamülçü alim arasında mübahisə baş vermişdir. Alimlərdən biri hazırda 
təbiətdə uyğunlaşmaların daha yaranmadığını, digəri isə bunun əksini söyləyir. 
Bu alimlərdən hansı haqlıdır? Fikrinizi əsaslandırın.
1. Uyğunluğu müəyyən edin. 
a) alçaqboyluluq
b) köklərin çox dərinə getməsi
c) ağızcıqların çox olması
d) zəif kök təzyiqi
e) gövdədə suyun toplanması
f) tikanların olması
səhra bitkiləri
rütubətli yerlərin bitkiləri
soyuq zona bitkiləri
2. Mimikriyaya aid olanları seçin.
T
1
2
3
4
5
6
7
8
  LAYİHƏ


40
II
Mikrobiologiya
  LAYİHƏ


41

 
Mikroorqanizmlər
 Mikrobiologiya, onun şöbələri
 Mikroorqanizmlər və ətraf mühit. Torpağın mikroflorası
 Suyun mikroflorası
 Atmosfer havasının mikroflorası
 Qida məhsullarının mikroflorası
 İnfeksion proseslərin gedişində mikroorqanizmlərin rolu
  İnfeksion proseslərin baş verməsində sahib orqanizmin rolu
 Mühit şəraitinin infeksion xəstəliklərin gedişinə təsiri
  LAYİHƏ


42
 9. Mikroorqanizmlər
Mikroskopik canlılar olan mikroorqanizmlər və ya mikroblar biosferin ayrıl-
maz tərkib hissələridir. Bunlar maddələr dövranında çox mühüm funksiya yerinə 
yetirməklə  bərabər,  bitki,  heyvan  və  insan  orqanizmlərində  parazitlik
*
  edir, 
müxtəlif xəstəliklər törədirlər.

 
Bu canlıları hansı elm sahəsi öyrənir? 

 
Bu elm sahəsi nə kimi xüsusiyyətlərə malikdir?
Şəkildə  verilən  canlıları  öyrənən  elm  sahələrini  müvafiq  xanalara  yazmaqla 
sxemi tamamlayın. Onları öyrənən elm sahələri haqqında bildiklərinizi müzakirə 
edin. 
?
Hüceyrəvi quruluşu 
olmayan
?
Hüceyrəvi quruluşu olan
Prokariotlar
Eukariotlar
?
?
?
?
F
M
1
2
3
4
5
  LAYİHƏ


43
Mikroorqanizmlər adi gözlə görünmədiklərindən əvvəllər onlar haqqında ki-
fayət qədər məlumat olmamışdır. Bu baxımdan onları bitkilər və heyvanlar ol-
maqla iki qrupa bölmüşlər.
Müasir  təsnifatda  isə  mikroorqanizmlər  hüceyrəvi  quruluşlarının  olub- 
olmamasına görə qruplaşdırılır. Hüceyrəvi quruluşu olmayanlar viruslardır. On-
lar nuklein turşuları və zülal molekullarından təşkil olunmuşlar. Viruslar nuklein 
turşularından ancaq birinə (RNT və ya DNT) malikdir. Sərbəst qidalanmaq və 
çoxalmaq qabiliyyətinə malik deyillər. Yalnız canlı hüceyrə daxilində çoxalır və 
müxtəlif xəstəliklər törədirlər.
Hüceyrəvi quruluşa malik mikroorqanizmlərin həm prokariotlar, həm də euka-
riotları arasında parazit nümayəndələri çoxdur. Parazit nümayəndələrdə parazit-
liklə əlaqədar bir sıra uyğunlaşmalar yaranmışdır.
Bilirsiniz  ki,  mikroorqanizmlər  çox  kiçik  ölçüyə  malik  olmaları  ilə  səciy-
yələnirlər. Bunların arasında 0,01–100 mkm ölçüsü olan nümayəndələrə də rast 
gəlinir. Mikroorqanizmlərə, əsasən, virus və bakteriyalar, göbələk, bitki və hey-
vanların bəzi nümayəndələri daxildir. Bu səbəbdən onların quruluşu, bioloji xü-
susiyyətləri, ekologiyası, canlı və cansız təbiətdəki rolları bir-birindən fərqlidir.
1) virus  
 
 
2) bakteriya 
 
3) birhüceyrəli göbələk
4) birhüceyrəli bitki    
5) birhüceyrəli heyvan
1
2
3
4
5
Qidalanma tiplərinə görə, mikroorqanizmlər aşağıdakı qruplara bölünür:
1. Karbon mənimsəmə xüsusiyyətlərinə görə avtotrof və heterotrof;
2. Azot mənimsəmə xüsusiyyətinə görə aminoavtotrof və aminoheterotroflar.
Avtotroflar üzvi maddələri sintez etmək üçün qeyri-üzvi birləşmələrdən, əsasən, 
sudan və karbon qazından, heteretroflar isə karbon mənbəyi kimi üzvi maddələrdən 
istifadə  edir.  Aminoavtotroflar  zülal  sintezi  üçün  azot  mənbəyi  kimi  ya  havanın 
azotundan,  ya  da  ammonium  duzlarından,  aminoheterotroflar  isə  azot  mənbəyi 
kimi amin turşularından və zülallardan istifadə edirlər. 
  LAYİHƏ


44
1.  “Mikrobiologiyanın nailiyyətləri” mövzusunda məruzə hazırlayın.
2.  Qruplara bölünün, sxemdə verilmiş canlı qruplarını 
öyrənən elm sahələri haq qında kiçik təqdimatlar ha-
zırlayın.
1
2
3
4
T
3. Cədvəli tamamlayın (“+” və “–” işarələri ilə).
Əlamət və xüsusiyyətləri
Prokariot 
Eukariot 
Nüvə membranı

+
Nüvəcik 
Xromosom
Mitoz bölünmə 
DNT
Ribosom
Mitoxondri 
Lizosom
Holci kompleksi
Endoplazmatik şəbəkə
Bü tün bu can lı la rın hər bi ri ni öy rə nən elm sa hə lə ri var. Mik ros ko pik can lı la rı 
öy rə nən ümu mi bir elm sa hə si isə mik ro bi olo gi ya dır. Mik ro bi olo gi ya
*
 adi göz lə 
gö rün mə yən or qa nizm lə rin hə yat və in ki şaf qa nu na uy ğun luq la rı nı, on la rın özü-
nə məx sus xü su siy yət lə ri ni, di gər or qa nizm lər də və xa ri ci mü hit də hə ya ta ke çir di yi 
pro ses lə ri öy rə nir.
Mikroorqanizmlərin kimyəvi tərkibi
üzvi maddələr
qeyri-üzvi maddələr
Zü lal lar 
– inşaat, 
ener ge tik, 
nəq liy yat, 
hə rə kət, signal, 
müdafiə, 
fer men ta tiv və 
s. funk si ya lar 
ye ri nə ye ti ri r.
Karbohidratlar, 
əsasən, polisaxarid 
şəklində olurlar. 
Bakteriyaların 
tərkibində olan 
polisaxariddən 
başqa, sitoplazmada 
qlükogen və 
nişastaya da rast 
gəlinir.
Lipidlər 
– turşuyada-
vamlı 
bakteriyalarda 
daha çoxdur. 
Əsasən, 
struktur və 
energetik 
funksiya 
daşıyır.
Nuklein 
turşuları 
– ribosom-
ların və 
xromo-
somların 
tərkibində 
olur.
Su sərbəst və 
birləşmiş 
şəkildə bütün 
hüceyrə 
struktur 
elementlərin 
tərkibinin 
80-85%-ni 
təşkil edir.
Digər 
qeyri-üzvi 
maddələrin 
tərkibinə 
kalium, 
natrium, fosfor, 
kükürd, 
maqnezium, 
kalsium, xlor, 
dəmir və s. 
daxildir.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə