Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Neandertal  adamları,  onların  həyat  şəraiti



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   86
kitab20120427032409824

Neandertal  adamları,  onların  həyat  şəraiti. 
Mustye  mərhələsi 
silahlarını  hazırlayan  və  onlardan  istifadə  edildiyi  dövrdə  yaşamış  insanın 
sümükləri  ilk  dəfə  1856-cı  ildə  Neander  (Almaniya)  dərəsində  tapılmışdır 
(Neandertal  adamı).  Belə  adamların  skelet  qalıqlarına  sonralar  İspaniyada, 
Belçikada, Yuqoslaviyada, Fransada, İtaliyada və başqa ölkələrdə də təsadüf 
edilmişdir.  Neandertal  adamın  daha  yaxşı  mühafizə  olunmuş  sümükləri 
Krımda  Kiik  Koba  adlı  yerdə,  Özbəkistan  ərazisindəki  Teşik-Taş  adlı 
mağarada, Abxaziyada, Volqaboyu və Ukrayna ərazilərində tapılmışdır. 
Neandertal  adam  indiki  insana  daha  yaxın  olub,  bədən  quruluşuna 
görə  pitekantrop  və  sinantroplara  nisbətən  daha  da  təkmilləşmişdi.  Onun 
beyin  həcmi  də  (1400  sm
3
)  indiki  adamların  beyin  həcminə  daha  yaxın  idi. 
Kəllə  sümüyündəki  girinti-çıxıntılardan  görmək  olur  ki,  pitekantropa  və 
sinantropa  nisbətən  neandertalın  beyninin  nitqi  idarə  mərkəzi  daha  çox 
inkişaf  etmişdir.  Beynin  alın  tərəfdən  inkişafı  isə  indiki  insanların 
inkişafından çox az idi. 
Neandertal  adamı  və  onun  müasirləri  böyük  buzlaşma  dövründə 
yaşamışlar.  Onların  həyatı  (Afrika  və  Cənubi  Asiyada  yaşayanlar  istisna 
olmaqla) sərt iqlim şəraitində keçmişdir. Ehtimal ki, onlar mağaraları tutmaq 
üçün uzun müddət vəhşi heyvanlara qarşı mübarizə aparmalı olmuşdular. Bu 
mərhələdəki  insan  yaşayan  mağaraların  çoxunda  od  qalıqlarına  və  yanmış 


15 
 
heyvan  sümüklərinə  təsadüf  edilmişdir.  Soyuqdan  və  vəhşi  heyvanlardan 
özünü  qorumaq  üçün  insanların  oddan  istifadə  etdiyi  şübhəsizdir.  Çox 
ehtimal ki, bu zaman insanlar artıq süni surətdə od əldə etməyi öyrənmişdilər. 
Tapılan sümüklərdən neandertal adamlarının mamont, ayı, vəhşi at, donuz və 
başqa  heyvanları  ovladıqlarını  demək  olar.  Ovçuluq  bu  zaman  da  maddi 
istehsalın əsas sahəsi imiş. 
Təbiət qüvvələrinə və iri vəhşi heyvanlara qarşı mübarizə pitekantrop 
və  sinantropların  yaşadıqları  dövrdə  olduğu  kimi,  neandertalların  yaşadığı 
dövrdə  də  çox  çətin  olmuşdur.  İstehsal  alətlərinin  bəsitliyi  və  az 
məhsuldarlığı  şəraitində  ayrı-ayrı  fərdlərə  həyat  uğrunda  mübarizədə  qələbə 
qazanmaq  asan  iş  deyildi.  Təsadüfi  deyildir  ki,  neandertalların  tapılan 
sümükləri  tədqiq  edilərkən  onların  çoxunun  20  ildən  az  yaşadığı  məlum 
olmuşdur. Bu, bir daha qədim insanın həyat şəraiti haqqında tədqiqatçılardan 
birinin aşağıdakı sözlərini xatırladır: «... ibtidai insanlar yaşayışın çətinlikləri 
içərisində, 
təbiətlə 
mübarizənin 
çətinlikləri 
içərisində 
tamamilə 
boğulurmuşlar».  Belə  həyat  şəraiti  hələ  neandertal  adamların  əcdadlarını 
sürülərlə dolaşmağa və əlbir əməklə yemlənməyə məcbur etmişdi. 
Çox  ehtimal  ki,  bu  sürülər  sonralar  məhz  neandertalların  yaşadığı 
dövrdə matriarxat nəsli insan icmalarına çevrilmişdir. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə