Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə8/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   86
kitab20120427032409824

İrqi formalaşma. 
Neandertallar və onların dövrü haqqında danışarkən 
bir hadisəni də qeyd etməliyik. Neandertalların nəsilləri təxminən 45-40 min 
il  bundan  əvvəl  Avropa,  Asiya  və  Afrikada  yayılmışlar.  Bu  yerlərdə tapılan 
insan qalıqlarından artıq o dövrdən indiki üç əsas insan irqinin formalaşmağa 
başladığını  görmək  olar.  Avropoidlərin  ilk  nümayəndələri  (məsələn, 
Kromanyon  adamı)  o  zaman  başlıca  olaraq  Avropada,  zənci  irqinin 
(neqroidlər)  ilk  nümayəndələri  (qrimaldi  adamı)  Aralıq  dənizi  hövzəsində 
yaşayırmışlar. Monqoloidlərin sümük qalıqlarına ilk dəfə 1927-ci ildə Çində 
(sinantrop),  1937-ci  ildə  Sibirdə,  Afont  dağındakı  (Krasnoyarsk)  düşərgədə 
təsadüf edilmişdir. 
Lakin  bu  irqlərin  hələ  ən  qədim  nümayəndələrini  bir-birindən  çox 
çətin  ayırmaq  olur  və  onların  hamısının  bir  mənşəyə  malik  olduqlarını 
görmək  çətin  deyildir.  Bu  adamlar  irqlərə  bölünmənin  ilkin  dövrünün 
nümayəndələri  idi.  Neandertal  adamlarının  yaşadığı  dövrə  qədər  ailə-nikah 
münasibətlərində  də,  şübhəsiz  ki,  müəyyən  irəliləmələr  olmuşdur.  Bu 
münasibətlərin forması haqqında qəti bir söz demək çox çətindir. Lakin hər 
halda,  ehtimal  etmək  olar  ki,  cinsi  münasibətlər  daha  məhdud  dairədə 
olmuşdur.  İnsan qrupları parçalandıqca və kiçildikcə nizamsız cinsi əlaqələr 
də müəyyən səliqəyə düşmüşdür. Hər şeydən əvvəl, yəqin ki, valideynlər və 
onların övladları arasında məhdudiyyət qoyulmuşdur. 


16 
 
Neandertal  adamların  şüur  inkişafına  gəldikdə,  bunu,  hər  şeydən 
əvvəl,  onların  əmək  alətlərinin  daha  da  təkmilləşməsi  ilə  müəyyən  etmək 
olar. 
Mustye  mərhələsində  biz  ilk  dəfə  olaraq  dəfnetmə  adətinə  təsadüf 
edirik  ki,  bu  da  neandertallarda  təbiət  qüvvələri  qarşısında  acizlik  nəticəsi 
olaraq,  ilk  ayinlərin  yarandığını  göstərir.  Tədqiqat  zamanı  20-yə  qədər 
neandertal  adamın  sümüklərindən  onların  vaxtilə  dəfn  edildiyi  məlum 
olmuşdur.  Bəzən  bir  qəbirdə  iki  cəsədin  basdırıldığı  da  göstərilmişdir 
(məsələn,  Krımda).  Meyitləri  qol  və  dizləri  bükülü  halda  dəfn  etmişlər. 
Beləliklə, dəfnetmə  ayini  kimi müəyyən  bir  inam  -  etiqad, göründüyü  kimi, 
insanlarda  lap  əvvəlcədən  deyil,  sonralar,  insanların  əmələ  gəlməsindən 
təxminən 600-500 min il sonra yaranmışdır. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə