Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə10/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   86
kitab20120427032409824

II HİSSƏ. ARXEOLOGİYA 
 
II FƏSİL 
 
QAFQAZDA ARXEOLOGİYA ELMİNİN YARANMASI 
VƏ FORMALAŞMASI TARİXİ 
 
1. Giriş 
 
I.  Arxeologiya 
-  insan  tarixini  maddi  mənbələr  əsasında, 
özünəməxsus  səciyyəvi  üsullarla  öyrənən  elm  sahəsidir.  Arxeologiya  yunan 
sözü olub hərfi tərcümədə, "qədim dövr haqqında elm" deməkdir. 
Bəşəriyyətin  yaranışı,  maddi,  mənəvi  və  ictimai  həyatın  inkişafı 
haqqında  məlumatları  biz  tarixi  mənbələrin  tədqiqi  nəticəsində  əldə  edirik. 
Tarixi  mənbələr  müxtəlif  olub  2  əsas  qrupa  bölünür:  yazılı  və  maddi 
mənbələr. 
Arxeologiya  elmi  əsasən  maddi  mənbələrin  tədqiqi  ilə  məşğul  olur: 
insan əlinin məhsulu olan əmək alətləri, silahlar, qədim tikililərin qalıqları və 
s.  Bəzən  arxeoloqlar  yerüstü  yazılı  mənbələr  və  abidələrlə  işləməli  olurlar, 
məsələn:  qayaüstü  təsvirlər,  epiqrafik  mətnlər.  Lakin  buna  baxmayaraq 
başlıca arxeoloji mənbələr yer altından əldə edilir və özündə insanın keçmiş 
həyatı  haqqında  çoxlu  sayda  maddi  mənbələri  qoruyub  saxlayır.  Bu 
mənbələrin aşkar edilməsi, öyrənilməsi və nəticələrin çıxarılması arxeologiya 
elminin  əsas  vəzifəsi  hesab  olunur.  Beləliklə,  arxeologiya  müstəqil  elm 
sahəsi  olub,  öz  tədqiqat  predmetinə  və  özünəməxsus  tədqiqat  metodlarına 
malikdir.  Tarix  və  arxeologiya  elmi  ayrılmazdır,  onları  bir-birindən  yalnız 
tədqiqat  mənbələrinin  müxtəlifliyi  və  bu  mənbələrin  öyrənilmə  üsulları 
fərqləndirir.  Tədqiqatların  məqsədi  insan  tarixinin  öyrənilməsi  isə  dəyişməz 
olaraq  qalır.  Tarix  elmindən  fərqli  olaraq  arxeologiya  insan  tarixinin  bütün 
bölmələrinin  tədqiqi  ilə  məşğul  olmur  və  buna  görə  də,  arxeologiyanın 
dünyəvi elmlər sırasında xüsusi yeri vardır. 
Bildiyimiz  kimi,  ən  qədim  yazılı  mənbələr  e.ə.  IV  minilliyin  II 
yarısına  aid  edilir  və  cəmiyyətin  inkişaf  tarixinin  yalnız  6  min  illik  bir 
mərhələsini işıqlandırır. Bu mərhələ əsasən ilk dövlət qurumlarının meydana 
gəlməsi və formalaşması ilə səciyyələnir. Yer kürəsinin bir çox ərazilərində, 
o  cümlədən də  Qərbi  və  Şərqi  Avropada  yazılı mənbələr  e.ə.  I minilliyin  II 
yarısına  aid  edilir.  Beləliklə,  arxeologiya  tarixin  xronoloji  çərçivələrini 
genişləndirir  və  qədim  tarixin  araşdırılması  birbaşa  axreoloji  mənbələrin 
tədqiqindən asılıdır. 
Arxeoloji  abidələr  və  qədim  əşyalar  əsas  arxeoloji  mənbələr  olub 
tarixi  proseslərin  araşdırılmasında  mühüm  rol  oynayır  və  tarixin  digər 


19 
 
tədqiqat  obyektlərindən,  o  cümlədən  yazılı  mənbələrdən  öz  spesifikliyi  ilə 
fərqlənir. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə