Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə9/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   86
kitab20120427032409824

Kromanyonlar.
  Neandertal  insanlar  bilavasitə  kromanyonluların  ulu 
babaları  olmuşlar.  Əvvəla,  ona  görə  ki,  bütün  kromanyon  insanlarının 
sümükləri  abidələrin  nisbətən  üstdəki  təbəqələrindən  tapılmışdır.  Həm  də 
neandertalların sümükləri ilə birlikdə, bir ədəd də olsa, üst paleolitə aid silah 
tapılmamışdır.  Bunlardan  əlavə,  kromanyon  adamları  fiziki  quruluşca 
sinantrop 
və 
neandertallardan 
daha  mükəmməldirlər.  Kromanyon 
adamlarının qalıqlarına Aralıq dənizi hövzəsində, Ön və Orta Asiyada, Krım 
və Qafqazda, Şərqi və Orta Avropa ərazisində çox təsadüf edilmişdir. 
Aralıq dənizi  sahilində  (İtaliya)  Qrimaldi adlı  yerdəki  bir mağaradan 
tapılmış və tədqiq edilmiş insan sümükləri kromanyon adamlarını daha yaxşı 
öyrənməyə  imkan  vermişdir.  Bu  adamlar  neandertallara  nisbətən  daha 
düzgün  bədən  quruluşuna,  inkişaf  etmiş  alın  və  beyin  həcminə  (gənclərdə 
1580 sm
3
) malik olmuşlar. Kromanyonlular tam şaquli vəziyyətdə yerimişlər. 
Neandertallara  nisbətən  daha  inkişaf  etmiş  olan  kromanyon  adamları 
mürəkkəb işlər görə bilmiş və Mustye mərhələsinə aid silahlara nisbətən daha 
təkmilləşmiş alətlər hazırlamağı bacarmışlar. 
Fransanın Orinyak adlı yerində tapılmış Mustye tipli alətlər içərisində 
daha təkmil əmək alətlərinə də təsadüf edilmişdir. Ehtimal ki, bu alətlər daha 
yüksək  keyfiyyətli  əmək  alətlərinin  hazırlanması  və  işlədilməsinə  -  keçid 
dövrünə aiddir. Həm də alətlərin Mustye tipli silahlarla qarışıq olması onların 
Mustye alətlərinin təsiri altında yarandığını təsdiq edir. 
Orinyak  alətləri  kəsərlərdən,  mızraq  uclarından,  bizdən,  çaxmaqdaşı 
neştərlərindən,  getdikcə  xırdalaşan  müxtəlif  daş  alətlərdən,  çoxlu  sümük  və 
heyvan  buynuzundan  hazırlanmış  alətlərdən  ibarətdir.  İlk  dəfə  olaraq, 
sümükdən  düzəldilmış  müxtəlif  nizə  ucluqlarına,  hətta  sümük  tilovlara 
(Hamburq  yaxınlığında)  təsadüf  edilmişdir.  Orinyak  əmək  alətləri  orta 
paleolit silahlarına nisbətən daha da təkmilləşmiş silahlardır.  Arxeoloqlar bu 
dövrün əmək alətlərini yuxarı paleolit dövrünə aid etmişlər. 


17 
 
Üst paleolit alət-silahları Orinyakdan əlavə, Solyutre (Şərqi Fransa) və 
Madlen  mağaralarında  da  (Cənubi  Fransa)  çoxlu  miqdarda  tapılmışdır.  Bu 
alət-silahlar sümükdən daha çox istifadə edilməklə hazırlanmış və bununla da 
Orinyak  alətlərindən  fərqlənmişlər.  Madlen  silahları  (alətləri)  arasında 
sümükdən  və  buynuzdan  düzəldilmış  çoxlu  iynə,  biz  və  ağaca  keçirtmək 
üçün  xüsusi  oyuğu  olan  ox  ucluqlarına  da  təsadüf  edilir.  Üst  paleolit  tipli 
alətlər Don çayı boyunda (Voronejdən 23 km cənubda) və Qafqazda, Sibir və 
Krımda, həmçinin Azərbaycanda da tapılmışdır. 
Bu  istehsal  alətləri  və  silahlar  üst  paleolit  dövrü  adamlarının  istehsal 
üsulları  və  ictimai  münasibətlərini  öyrənməyə  imkan  verir.  Bunlara  əsasən 
demək  olar  ki,  üst  paleolit  dövründə  insanların  həyat  tərzi  nisbətən 
mürəkkəbləşmişdir. 


18 
 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə