Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 4,11 Mb.
Pdf görüntüsü
səhifə6/86
tarix12.04.2022
ölçüsü4,11 Mb.
#85372
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   86
kitab20120427032409824

Pitekantrop. 
XIX  əsrin  sonunda  Yava  adasında,  Trinil  yaxınlığında 
avstrolopitekə nisbətən daha mükəmməlləşmiş və insana daha artıq bənzəyən 
meymunların  qalıqları  tapılmışdır.  Tədqiqatçılar  onların  Kaynozoy  erasının 
dördüncü  dövründə  yaşadıqlarını  müəyyən  etmişlər.  Bu  meymunların  ilk 
nümunəsi  hollandiyalı  həkim  Dubua  tərəfindən  1891-1892-ci  illərdə  kəşf 
edilmiş  və  pitekantrop  (meymun-insan)  adlandırılmışdır.  1936-cı  ildə  Yava 
adasındakı  Modcokerto  şəhəri  yanında  daha  bir  pitekantrop  uşağın  kəllə 
sümüyü  tapılmışdır  (bu  vaxtadək  yeddi  pitekantropun  sümüyü  tapılmışdır). 


13 
 
Adından göründüyü kimi, pitekantrop - avstrolopitek adlanan və inkişaf etmiş 
meymunlarla  ən  ibtidai  insan  arasındakı  keçid  formasının  bir  nümunəsidir. 
Bunu pitekantropun tapılmış qalıqlarında həm meymunlara və həm də insana 
xas  olan  əlamətlərin  olması  da  sübut  edir.  Məsələn,  onun  kəllə  sümüyünün 
zahiri  görünüşü,  gözüstü  alın  sümüyünün  qabağa  çıxması,  alnının  kiçikliyi, 
bəzi 
dişlərinin  quruluşu  və  s.  meymunlar  üçün  xarakterikdir. 
Avstrolopiteklərə  nisbətən  pitekantropun  geniş  alnı  beyninin  inkişaf  etmiş 
olduğunu göstərir. Yeni növ qidalar və onların əldə edilməsi şəraitinin təsiri 
altında çənəsinin kiçikliyi, dişlərinin nisbətən incələşməsi, bir şəklə düşməsi 
və  sairə  əlamətlər,  şübhəsiz  ki,  pitekantropun  artıq  meymunlardan 
uzaqlaşdığını göstərir. Həcm etibarilə pitekantropun beyni də insana ən yaxın 
olmaqla  müasir  meymunların  beyinlərindən  bir  yarım  və  yaxud  iki  dəfə 
artıqdır  (ən  iri  qorilla  kəlləsinin həcmi  600  sm
3
,  pitekantropun  beyin  həcmi 
isə 850-900 sm

idi). Tapılmış bir neçə sümük qalıqları pitekantropun artıq iki 
ayağı  üstə  şaquli  vəziyyətdə  yeridiyini  sübut  edir.  Ümumiyyətlə,  inkişaf 
dərəcəsinə görə pitekantrop antropoidlərə daha yaxın hesab olunur. 
Yava  adasının  cənubunda  pitekantropun  sümükləri  tapılmış  yer 
qatlarında alimlər kvars daşından hazırlanmış bir neçə kobud silah tapmışlar. 
Beləliklə,  pitekantropların  əmək  fəaliyyətinə  şübhə  etmək  olmaz.  Onun 
formalaşması və artıq meymundan uzaqlaşması, şübhəsiz ki, əməyin nəticəsi 
idi.  Əks  halda  o,  təkamülçülərin  fikrincə,  meymunun  insana  çevrilməsi 
prosesində tutduğu mövqeyə heç vaxt malik ola bilməzdi. 
Quruluşuna  müvafiq  olaraq  Pitekantropun  əmək  fəaliyyəti  çox  sadə, 
ilk silahları isə daş və ağaclar ola bilərdi. Ağac və daş silahlar indi də bir sıra 
zəif  inkişaf  etmiş  tayfa  və  xalqlar  tərəfindən  işlədilməkdədir.  Lakin  yalnız 
daş, daşdan istifadə və onun emalı inkişafın bu mərhələsində texniki inkişafın 
möhkəm əsasına çevrilə bilmişdir. 
1927-1937-ci  illərdə  Şimali  Çində,  təxminən  Pekindən  50  kilometr 
cənub-qərbdəki  Cjoukoudyan  kəndində  aparılan  paleontoloji  və  arxeoloji 
tədqiqatlar zamanı 50-yə qədər meymunabənzər insanın sümüyü tapılmışdır. 
Onlar  sinantrop  (Çin  adamı)  adlandırılmışdır.  Sinantroplar  da  pitekantrop 
qrupuna  daxil  olub,  həyat  tərzi  və  fiziki  inkişafına  görə  onlardan  daha  irəli 
getmiş  insanlar  idi.  İnsanın  fizioloji  quruluşu  ilə  əlaqədar  olaraq  onun 
beyninin  də  təkmilləşməsi  və  inkişafı  sinantropların  kəllələrinin  tədqiqində 
özünü  göstərir.  Orta  hesabla  pitekantropun  beyninin  həcmi  (870  sm
3

avstrolopitekindən çox fərqləndiyi halda, sinantrop da, öz növbəsində, beyin 
həcminin  inkişafına  görə  (1040  sm
3
)  pitekantropu  çox  geridə  qoymuşdu. 
Hətta  tapılan  sinantrop  kəllələrindən  birinin  həcminin  1225  sm
3
  olduğu 
müəyyən edilmişdir. Sinantropların sağ əli pitekantroplara nisbətən bu sahədə 
daha çox fərqlənir. Sağ əlin fəallığı, ən çox bu əl ilə işəgirişmə eyni zamanda 
əmək texnikası və istehsal alətlərinin inkişafına işarədir. 


14 
 
Məlumdur  ki,  ibtidai  insanın  həyatında  odun  böyük  rolu  olmuşdur. 
Cjoukoudyanda sinantropların oddan istifadə etdiyini göstərən kömür və kül 
yığınlarına da təsadüf edilmişdir. 
Sinantropların  təsərrüfat  fəaliyyətində  bitki  məhsulları  yığmaqdan 
əlavə, ovçuluq da böyük yer tutmuşdur. Cjoukoudyanda daş alətlərlə yanaşı, 
kül və kömür qalıqlarına qarışmış çoxlu heyvan sümüyünə təsadüf edilmişdir. 
Bəzən  iri  sümüklərin  iliyini  çıxarmaq  məqsədi  ilə  onların  sındırıldığına  da 
rast  gəlinir.  Burada  ayı,  xırda  gəmirici,  vəhşi  at,  donuz,  camış  və  başqa 
heyvan sümükləri də tapılmışdır. Pitekantroplar da qruplarla yaşamış və belə 
dəstələrlə  vəhşi  heyvanları  ovlamışlar.  Bu,  ilk  ibtidai  insan  sürüləri  hesab 
olunur. 
1907-ci  ildə  Almaniyada,  Heydelberq  yaxınlığında  sinantropa  yaxın 
olan  bir  adamın  alt  çənəsi  tapılmışdır.  Onu  «Heydelberq  adamı» 
adlandırmışlar.  Daha  belə  bir  ibtidai  adamın  çənəsi  1949-1950-ci  illərdə 
Cənubi  Afrikada  (Svartrans  mağarasında)  tapılmışdır.  Bu  çənələrin  məxsus 
olduğu  adamlar  «kaptelantroplar»  adlandırılmışdır.  Bunlar  sinantrop  və 
Heydenberq  adamlarının  Cənubi  Afrikada  yaşayan  nümunələri  idi.  1935-ci 
ildə  belə adamların  kəllə  sümükləri  Şərqi  Afrikada  (afrikantroplar),  sonralar 
İspaniya,  Fransa,  Yuqoslaviya,  İtaliya,  Fələstin,  İraq  ərazilərində  və  başqa 
yerlərdə  də  tapılmışdır.  Bunlar  sinantropu  çox  xatırladırlar.  Lakin  onlarda 
sonrakı inkişaf izləri də müşahidə olunmuşdur. 

Yüklə 4,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə