Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli 842 nömrəli əmri ilə təsdiq

Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə57/60
tarix02.01.2018
ölçüsü0,71 Mb.
#19553
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   60

135
134
51. 
İQTİSADİ ƏMƏKDAŞLIQ
İlk pazl təqribən 1760-cı ildə ingiltərəli coğ-
rafiya müəllimi Con Spilsberi tərəfindən yara-
dılmışdır.  Bu  xəritə-pazlların  köməyi  ilə  şa-
girdlər ölkələrin yerləşməsini yadda saxlayır-
dılar. Pazlların düzgün yığılması ərazinin tam-
lığını  əks  etdirirdi.  1766-cı  ildə  pazllardan 
düzəldilmiş “Krallıqlara bölünmüş Avropanın 
xəritəsi”  bu günədək qorunub saxlanılır. 
· Pazlı “hissələrdən bütövü yaratmaq” oyunu adlandırmaq olarmı?  
· Ölkələrarası əlaqələr ilə xəritə-pazl oyunu arasında hansı oxşarlıq var? 
Cədvəli dəftərinizə çəkin. Verilən məsələlərin həllində ölkələrarası   əməkdaşlığın 
mümkünlüyünü  “+”  və ya  “–”  işarələri ilə müəyyən edin. 
Müzakirə edək: Hansı məsələlərin birgə həlli ölkələrin əməkdaşlığını daha da 
möhkəmləndirə bilər? 
Yada salın. 
Yada salın. 
Azərbaycan Avropa və Asiya qitələrini birləşdirən Qafqaz 
                         regionunda yerləşir.
Müstəqilliyin əldə edilməsi Azərbaycan Respublikasına dünyanın ölkələri ilə ge-
niş əməkdaşlıq etməsinə imkan yaratdı. 
Ölkə ərazisinin Şərq və Qərb, eləcə də Şimal və Cənub nəqliyyat dəhlizi üzərində 
yerləşməsi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini sürətləndirdi. 
Əlverişli  coğrafi  mövqe  ölkələrarası  iqtisadi  layihələrin  həyata  keçirilməsinə 
imkan verir. Bu da ölkələr arasında gömrük və viza rejimindəki məhdudiyyətlərin 
azaldılması ilə nəticələnir. İqtisadi əməkdaşlığın belə dərinləşməsi inteqrasiya ad-
lanır.  İnteqrasiyalar  regional  və  sahəvi  ola  bilər.  Hər  hansı  bir  ərazidə  yerləşən 
ölkələrin  yaratdığı  birliklər  regional  inteqrasiya  (Avropa  İttifaqı,  Latın Amerikası 
Ölkələri Birliyi) adlanır. İqtisadiyyatın hər hansı sahəsi üzrə əməkdaşlıq məqsədilə 
yaradılan  birliklər  sahəvi  inteqrasiya  adlanır.  Onlardan  ən  mühümü  OPEK  –  neft 
ixrac edən ölkələrin birliyidir. 
Azərbaycan Respublikası bir sıra beynəlxalq təşkilatların üzvüdür. Müstəqil döv-
lət kimi ölkənin 1991-ci ildə üzv olduğu ilk təşkilat İslam Konfransı Təşkilatıdır 
(İKT)1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv seçilməklə Azər-
baycan dünyanın tam müstəqil ölkəsi kimi tanındı. Daha sonra Azərbaycan keçmiş 
sovet respublikalarının yaratdığı Müstəqil Dövlətlər Birliyinə (MDBdə üzv oldu. 
Azərbaycan neftinin Avropa ölkələrinə çıxarılması istiqamətində yeni razılaşmalar 
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yaradılması ilə nəticələndi. 
Qafqaz regionunun beynəlxalq aləmdə gücünü artırmaq və Avropa ilə Asiya arasında 
yeni  bir  iqtisadi  məkan  yaratmaq  məqsədi  ilə  1997-ci  ildə  Gürcüstan,  Ukrayna, 
Azərbaycan və Moldovanın iştirak etdiyi GUAM  təşkilatı yaradıldı. 
Son illər Azərbaycanın Avropa İttifaqı Ölkələri ilə iqtisadi və siyasi əməkdaşlığı 
genişlənir.
Cədvəli  dəftərinizə  çəkin.  Verilmiş  təşkilatlarda  Azərbaycanın  hansı  ölkələrlə 
əməkdaşlıq etdiyini “+” işarəsi ilə qeyd edin. 
AÇAR  SÖZLÄR
GUAM
İslam Konfransı Təşkilatı
QDİƏT 
Avropa İttifaqı
Azərbaycan    müstəqil  ölkə  olaraq  ilk  dəfə  __  üzv 
seçilmişdir. Ölkə neftinin Avropaya nəqli  məqsədi ilə 
__ yaradılmışdır. __ ilə iqtisadi əməkdaşlıq Azərbay-
canın Avropa ölkələri ilə daha sıx əlaqələrinə imkan 
verir. __ isə Avropa ilə Asiya arasında yeni bir iqtisadi 
məkandır.
Nä öyrändìnìz
Öyrändìklärìnìzì tätbìq edìn
Öyrändìklärìnìzì yoxlayın
Öyrändìklärìnìzì yoxlayın
Fäaliyyät
Fäaliyyät
Ticarət əlaqələri 
Hər hansı məhsulun birgə istehsalı 
Eyni pul vahidindən istifadə etmək
Eyni konstitusiyaya malik olmaq
Vətəndaşların sənədsiz gediş-gəlişi 
Ölkələrin bir rəhbər tərəfindən idarə olunması
Eyni dövlət bayrağı, himn və gerb ilə təmsil olunmaq
Mümkündür/Mümkün deyil
Əməkdaşlıq sahələri
MDB
İKT
GUAM
Qara Dəniz Ölkələri Birliyi
Sxemi dəftərinizə çəkin və əlaqəni qurun:
Ölkələr
Gürcüstan
Rusiya
Misir
İran
Qazaxıstan
Ukrayna
GUAM  
İslam  Konfransı Təşkilatı    
MDB
Azərbaycan neftini Qərb ölkələrinə
daşımaq məqsədi
Keçmiş sovet respublikalarının birliyi
Avropa və Asiya arasında yeni iqtisadi
məkan yaratmaq məqsədi
Azərbaycanın daxil olduğu ilk təşkilat

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə