Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə22/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   117

 
Törədicilərin ekoloji və filogenetik yaxinliğina görə infeksion 
xəstəliklərin təsnifati 
 
• • 
1989-cu  ildə  V.O.Lilvinov  və  Y.N.Şlyaxov  tərəfindən  xəstəliklərin  ekoloji-
epidemioloji  təsnifatı  verildi.  Bu  təsnifatda  yenilik  ondadır  ki,  sapıonozlar  abiotik 
mühitdən  asılı  olaraq,  bir  neçə  qruplara  bölünürlər:  torpaq,  su  və  zoofil  (sapı 
ozoonozlar) sapronozlar. 
Insanin infeksion xəstəliklərinin ekoloji-epidemioloji təsnifati 
Siniflər 
Antroponozlaı 
Zoonozlar 
Sapronozlar 
Sinifdaxil

qruplar 
Bağırsa

Qan 
Respirator 
Xarici 
örrüklər 
"Vertikal" 
£) 
l'v və sinanlrop 
; heyvanlar 
Törədicini
n əsas 
rezer- vuan 
İnsan 

Vc»hşi 
hey\
f
anlari 
Heyvanlar 
lorpaq mənşəli l lorpaq 


Su mənşəli 
■r rr 
Su 
; Reprezenlaliv xəstəliklər 

Qann yatalağı. A hepatiti. 
poliomielit. 

qı/ılca.difltrriya. 
məxmərək. 
epidemik parotit. su çiçəyi, səpkili 
yatalaq,  sifilis,  süzənək,  qoturluq 
və s. 

Bruselyo/,dabaq. Kü qı/d.. omito/. 
, trixolitiya və s. 

:  Tulyaremiya.  gənə  rikkctsiozu. 
arbovirus 
inf.. quduzluq. Lass qızd., və s. 
—   —   -    
   -   -  
-   - - - - - -  
-   -   -  
-  


; Klostridiozlar. aktinomikoz. 
aspergilloz. histoplazmo/. 
blaslomiko/ və s. 
TTW* 
; I.egionelyoz.vəba. nıeloidoz və s. 
Zoofil 
(sapro- 
zoonozlar) 
ı 
Xarici 
mühit-+- 
hcyvanlar 
Qara 
yara. 
Icptospirozlar.ycrsinyoz. 
listeriozlar və s. 


67 
downloaded from KitabYurdu.org


 
Çerkasski  B.L.  tərəfindən  (1984,  2001)  epidemik  prosesin  sosial-  ekoloji 
nəzəriyyəsi  tərtib  edilmişdir.  Buna  əsasən  epidemik  proses  -  mürəkkəb,  açıq, 
mütəşəkkil,  çoxsəviyyəli,  bütöv  sistem  olaraq  əhali  arasında  mikroorqanizmlərin 
parazit  növlərinin  mövcudluğunu,  bərpasını  və  yayılmasını  təmin  edir.  Daha  sonra 
B.L.Çerkasski ekoloji-epidemioloji təsnifatı təklif etmişdir. 
İnsanın yoluxucu (parazitar) xəstəliklərinin ekoloji-epidemioloji 
təsnifatı (B.Z.Çerkasski) 
 
EPİDEMİK PROSESİN TƏKAMÜLÜ 
Epidemik  prosesin  inkişaf  mexanizmi  müasir  epidemiologiyada  ümumiləşdirilmiş  3 
nəzəriyyənin  əsasında  dərk  edilir:  törədicilərin  yoluxma  mexanizmi  nəzəriyyəsi 
(L.V.Qromaşevski,  1941),  trans-  missiv  və  bir  qisim  yoluxucu  xəstəliklərin  təbii-
ocaqlılıq  nəzəriyyəsi  (Y.N.Pavlovski,1938),  epidemik  prosesin  daxili  tənzimləmə 
(özünü- tənzimləmə) nəzəriyyəsi (V.D.Belyakov, 1975). 
68 
downloaded from KitabYurdu.org


 
 
Epideraik proses haqqında təlimin əsas bölmələri və onların qarşılıqlı əlaqəsi. 
L. V. Qromaşevskinin yoluxucu xəstəliklərin törədicilərinin 
yoluxma mexanizmi təlimi 
Yoluxucu  xəstəliklərin  törədicilərinin  yoluxma  mexanizmi  nəzəriyyəsi 
L.V.Qromaşevski (1941) tərəfindən işlənib hazırlanmışdır. O, XX əsrin 40-cı illərinə 
qədər  yoluxucu  xəstəliklərin  patologiyasına  dair  toplanmış  məlumatları  araşdıraraq 
antroponozlarda  epidemik  prosesin  inkişafına  nəzər  yetirir  və  törədicilərin  yoluxma 
mexanizmi  nəzəriyyəsini  yaradır.  Bu  mexanizm  törədicinin  spesifik  sahibin  orqa-
nizmini dəyişməsini və onun bioloji növ kimi təbiətdə saxlanmasını təmin edir. 
Bu  nəzəriyyəyə  görə  patogen  törədicinin  yoluxma  mexanizmi  canlıların  uzun 
təkamül  prosesində  yaranmışdır  və  yoluxucu  xəstəliklərin  törədicilərinin  parazitar 
təbiəti  ilə  bağlıdır.  Parazit  sahibin  orqanizmində  yaşaması  üçün  əlverişli  şərait  tapır 
(lazımi qida, müvafiq temperatur və s.). Lakin parazit təbiətdə növünü saxlamaq üçün 
hökmən  öz  sahibini  tərk  etməlidir.  Parazitin  başqa  sahibə  keçməsinin  əsas  səbəbi 
ondadır ki, yoluxmuş sahibin orqanizmində xəstəlik nəticəsində immunoloji (müdafiə) 
dəyişiklik  baş  verir,  bunun  nəticəsində  parazitin  yaşaması  üçün  əlverişsiz  şərait 
yaranır ki, o da mikrobların ölümünə gətirib çıxara bilər. 
Bəzi xəstəliklərdə (qızılca, hünü qızdırması və s.) immunitet elə tez yaranır ki, 
törədici  artıq  xəstəlikdən  bir  neçə  gün  sonra  məhv  olur.  Bununla  yanaşı,  bir  qisim 
xəstəliklərdə (vərəm, qarın yatalağı və s.) immunitetin zəifləməsi nəticəsində törədici 
uzun  müddət,  bəzi  hallarda  ömrünün  sonunadok  orqanizmdə  qalır.  Bu  halda  da 
törədicinin yoluxma mexanizmi fəaliyyət göstərməlidir, çünki sahibin ömrü müəyyən 
qədər məhduddur, törədicinin bioloji növ kimi saxlanması üçün o, bu müddətdə yerini 
(sahibini)  hökmən  dəyişməlidir.  Beləliklə,  əgər  xəstəlik  törədiciləri  yerdəyişmək 
qabiliyyətinə malik olmasaydı, 
69 
downloaded from KitabYurdu.org


onda  sahibi  ilə  birlikdə  məhv  olardı  və  bununla  da  yoluxucu  xəstəliklər  də  ləğv 
olardı. 
Yoluxmuş  insan  və  ya  heyvan  orqanizmi  infcksiya  mənbəyidir,  onlar 
törədicini  sağlam  (həssas)  orqanizmlərə  keçirirlər.  Məlum  olduğu  kimi,  epidemik 
proses  3  həlqədən  ibarətdir:  infeksiya  mənbəyi,  yoluxma  mexanizmi  və  həssas 
orqanizm.  Uzun  müddət  hesab  edilirdi  ki,  dövr  edən  törədici  dəyişmir,  əhalinin 
həssaslığı isə kütləvidir. Bu fikir ancaq yoluxucu xəstəliyin manifest növündə özünü 
doğruldur. 
Zoonoz  xəstəliklərdə  epidemik  prosesin  inkişaf  mexanizmini  aydınlaşdıran 
zaman  əsas  və  əlavə  infeksiya  mənbəyinin  olması  müəyyən  edildi.  Əsas  infeksiya 
mənbəyi  bioloji  növün  təbiətdə  saxlanmasını  təmin  edən  təbii  yaşayış  şəraiti  - 
spesifik  sahibdir,  əlavə  mənbə  isə  törədicinin  əlavə  sahibi  olub  törədicini  insanlara 
keçirirlər.  İnsan  bəzi  zoonozlarda  (taun)  törədicinin  əlavə  (epidemioloji  cəhətdən 
təhlükəli)  infeksiya  mənbəyi  ola  bilər.  Törədicinin  rezervuan  (saxlandığı  yeri) 
törədici populyasiyasının təbii yaşayış şəraiti ilə birgə əlaqəsinin cəmidir. 
Yoluxucu  xəstəliklərin  yoluxma  mexanizmi  mürəkkəbliyi  ilə  fərqlənir.  O,  3 
mərhələdən ibarətdir: 1) törədicinin yoluxmuş orqanizmindən xaricə ifraz olunması, 
2) törədicinin xarici mühitdə yaşaması, 3) törədicinin yeni orqanizminə daxil olması. 
Hər  bir  yoluxucu  xəstəliyin  törədicisi  bioloji  təkamül  prosesində  nəinki  öz 
sahibinin  orqanizminə,  həm  do  yoluxma  mexanizminə  uyğunlaşır.  Törədicinin 
yoluxmuş  orqanizmindən  sağlam  (həssas)  orqanizminə  keçməsi  bu  təkamül 
prosesində  formalaşmış  spesifik  yoluxma  mexanizmi  vasitəsilə  həyata  keçir. 
Müxtəlif  törədicilər  sahibin  müəyyən  üzv  və  toxumalarına  uyğunlaşmışlar,  orada 
onlann  inkişaf  etməsi  üçün  əlverişli  şərait  yaranır  (spesifik  lokalizasiya).  Müəyyən 
edilmişdir ki, bu və ya digər üzv və toxumalarda məskunlaşma nəinki onların, eləcə 
də  sahibin  bütün  orqanizmində  dəyişiklik  törədir.  Belə  ki,  xəstəlik  mərkəzi  sinir 
sistemini,  endokrin  və  başqa  sistemləri  əhatə  edərək  ümumilikdə  maddələr 
mübadiləsinin pozulmasına səbəb olur. 
Bəzi patogen törədicilər ancaq bir toxumada (monotrop) pa- razit həyat sürür. 
Məsələn,  yoğun  bağırsağın  selikli  qişasında  yaşayan  dizenteriya  törədicisi  və  ya 
yuxarı  tənəffüs  üzvlərinin  epitel  hüceyrələrində  yaşayan  qrip  törədicisi 
belələrindəndir.  Bununla  yanaşı,  elə  törədicilər  vardır  ki,  onlar  müxtəlif  üzv  və 
toxumalarda (politrop) yaşayırlar. Politrop törədicilərin törətdiyi yoluxucu xəstəlikdə 
onun  ilkin  lokalizasiyasına  digərləri  (ikincili)  də  əlavə  olunur.  Ancaq  hər  bir 
yoluxucu xəstəliyin epidemioloji xarakteristikasını verərkən törə- 
70 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə