Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə19/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   117

sərhədi xəstənin otağı ilə məhdudlaşa bilər. Göyöskürək törədicisinin olduğu bəlğəm 
damcıları xəstədən 1,5-2 m-dən çox məsafədə yayılmır, çünki törədici ətraf mühitdə 
tez  məhv  olur.  Dizcnteriya,  infeksion  hcpatit  və  s.  xəstəliklərdə  epidemik  ocağın 
sərhədi təmasda olan mənzilləri və ya yataqxananı əhatə edir. Yoluxma bu hallarda 
ümumi istifadə yerlərində baş verə bilər, çünki törədici nəcislə çirklənmiş səthlərdə 
uzun  müddət  saxlanır.  Qızılcanın  və  su  çiçəyinin  ocağı  bəzən  bir  mənzilin 
ərazisindən kənara çıxır, buna səbəb hava axını ilə törədicilərin pilləkənlərarası sahə 
və ventilyasiya şaxtaları vasitəsilə uzaq məsafəyə yayılmasıdu’. 
Xüsusi təhlükəli xəstəliklərin sərhədləri isə daha genişdir. Təbii çiçək, taun, 
vəba xəstələri olan epidemik ocaqdan xəstəlik şəhər və rayon ərazisinə yayılır. 
Nozoareal  -  əvvəllər  də  yoluxucu  xəstəliklərin  aktiv  ocaqlarının  qeydə 
alındığı ərazilərdir. 
Ocaqda aparılan əksepidemik tədbirlər 
Ocaqda  əksepidemik  tədbirlər  üç  istiqamətdə  aparılır:  infeksiya  mənbəyinə 
(xəstə və törədicigozdirən) qarşı; yoluxma mexanizminə qarşı; təmasda olan sağlam 
şəxslərə  (ehtimal  olunan  infeksiya  mənbəyi  kimi)  qarşı.  Xəstə  və 
törədicigəzdirənlərə  qarşı  aparılan  tədbirlər,  onların  erkən  aşkar  edilməsi,  təcrid 
olunması  (onu  əhatə  edən  şəxslərdən  ayırmaq)  və  müalicəyə  cəlb  olunmasından 
ibarətdir. 
Xəstələrin aşkar edilməsi passiv (xəstənin tibbi yardım üçün müraciət etməsi 
zamanı) və aktiv şəkildə (tibb müəssisələrində profilaktik müayinə və sorğu zamanı, 
həyətyanı  yoxlamalar  vasitəsilə)  həyata  keçirilir.  Xəstəliyin  erkən  diaqnozu  həkim 
və  ya  fcldşer  tərəfindən  kliniki  əlamətlərə  əsasən  qoyulur.  Onu  təsdiq  etmək  üçün 
epidemioloji  məlumatlardan,  laborator  müayinələrdən  və  allcrgik  sınağın 
nəticələrindən istifadə olunur. 
Göstərilən  diaqnostik  üsullar  müxtəlif  yoluxucu  xəstəliklərdə  eyni 
əhəmiyyətə malik deyildir. Belə ki, karantin və təbii-ocaqh xəstəliklərin (taun, vəba, 
san qızdırma, gənə ensefaliti, tulyaremiya, Kü- qızdırması və s.) aşkar edilməsində 
epidemioloji  anamnez  xüsusi  əhəmiyyət  daşıyır.  Xəstənin  karantin  xəstəliklərinin 
qeydə  alındığı  ölkələrdə  və  ya  epidemik  ərazilərdə  (təbii-ocaqlı  xəstəliklərdə) 
olması  klinik  və  başqa  məlumatlarla  yanaşı  diaqnozun  qoyulmasında  böyük  rol 
oynayır. 
Erkən  diaqnostika  üçün  laborator  üsullardan  geniş  istifadə  etmək  lazımdır: 
bakterioloji, seroloji, allergik, antitoksik dəri reaksiya- 
58 
downloaded from KitabYurdu.org


lari,  mikroskopiya  (malyariya,  qayıdan  yatalaq),  hemokultura  (qarın  yatalağı)  və  s. 
Son  zamanlar  bir  çox  xəstəliklərin  (bağırsaq  xəstəlikləri,  ıikketsiozlar,  tulyaremiya, 
bruselyoz, taun, arbovirus xəstəlikləri və s.) ekspress diaqnostikasında flüoressensiya 
edən əks-eisimlər üsulu və dolayı hemaqlütinasiya reaksiyasından istifadə edilir. 
Yoluxucu xəstəlik ocağında əksepidemik iş 
Əksepidemik tədbirlərin istiqaməti və məzmunu 
—► Epidemikprosesini halqası 
Yoluxmuş insanlar 
Rejim-məhdudlaşdırıeı tədbirlər 
şkar etmək 
epidemioloji anamnezin öyrənilməsi 
diaqnostika 
evdə Lzolvasiva vəva hospitalizasiva 
GEM-ə məluma t vermək müalicə 
dispanserizasiya 
►Yoluxmuş heyvanlar 
Sanitar- ba vtarlıq tədbirlər 
aşkar etmək 
izolyasiya 
-♦müalicə və va məhv etmək (deratizasiva) 
 
*■  Yoluxma mexanizminin II halqası 
Ətraf mühit amilləri 
t
 
 sanitar-gigiyenik tədbirlər 
dezinfeksiya 
►T örədidnin keçiriciləri 
1
—dezinseksiva 
Yoluxma mexanizminin III halqası 
Təmasda olanlar 
[^təmasda olan şəxslərin hamısının aşkar edilməsi —
infeksiva mənbəyi ilə təmasda dan şəxslərə maksimal 
inkubasiya dövrünün gedişinə nəzarət — onların arasında 
həssas şəxslərin aşkar edilməsi 
-təcili profilaktika (vaksinlər, kimyəvi preparatlar
immunoqlobulinlər, bakteriofaqlar) 
59 
downloaded from KitabYurdu.org


Baş  verən  yoluxucu  xəstəlik  hadisələri  müalicə  -  profilaktika  idarələri 
tərəfindən  mütləq  qeydiyyata  alınır.  Qrip,  angina,  yuxarı  tənəffüs  yollarının  kəskin 
iltihabı  xəstəlikləri  aşkar  edildikdə  həkim  və  ya  feldşer  statistik  talonu  doldurur. 
Səpgili, qayıdan, qarın yatalaqlarının, A və B paratiflərin, dizenteriya, kolit, enterit, 
ente- rokolit, qastroentcrokolit, toksiki dispepsiya (1 yaşına qədər uşaqlarda), qızılca, 
difteriya,  skarlatina,  seıebrospinal  mcningit,  epidemik  enscfalit,  poliomielit, 
tulyameriya,  quduzluq,  leptospi-  rozlar,  infeksion  hepatit,  qara  yara,  gənə enfcsaliti, 
malyariya, brusclyoz, tetanus, göyöksürək, dabaq xəstəliklərinin aşkarlanması zamanı 
təcili  bildiriş  vərəqəsi  doldurulub  təcili  (24  saatdan  gec  olmayaraq)  rayon  səhiyyə 
şöbəsinə  və  GEM-ə  göndərilir.  İmkan  olduqda  məlumat  telefonla  çatdırılır,  əlavə 
olaraq təcili bildiriş vərəqəsi poçt və ya faksla göndərilir. Karantin xəstəlikləri (taun, 
vəba,  sarı  qızdırma)  aşkar  edildikdə  və  ya  onlara  şübhə  yarandıqda  məlumat  təcili 
şəkildə telefonla verilir və ya faksla göndərilir. 
Bir  çox  xəstəliklərdə,  xüsusilə  yüksək  kontagioz  xəstəliklərdə  (taun,  vəba, 
təbii  çiçək,  qara  yara,  səpgili  yatalaq)  xəstələrin  təcrid  edilib  hospitallaşdırılması 
mütləq  vacibdir.  Yoluxucu  xəstəliklərin  əksəriyyətində  təcrid  və  hospitallaşdırma 
xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm tədbir sayılır. Bəzən xəstələrin 
müwəqəti  təcridi  uşaq  bağçasında,  körpələr  evi  və  internatda  aparılır.  Bu  zaman 
xəstəxanaya göndərilənə qədər xəstə qeyd edilən müəssisələrdə ayrıca otaqda təcrid 
edilməlidir. Bəzi yoluxucu xəstəliklərdə xəstə epidemioloqun və müalicə həkiminin 
qərarına  əsasən  evdə  saxlanıla  bilər.  Belə  olduqda  ocaqdan  xəstəliyin  yayılmasının 
qarşısını almaq məqsədilə müəyyən tədbirlər həyata keçirilməlidir. Bunun üçün xəstə 
ayrıca otaqda yerləşdirilir, onun qab-qacağı digər ailə üzvlərindən ayrılır və ona fərdi 
qulluq  edilir.  Xəstəyə  qulluq  edən  ailə  üzvləri  həkim  tərəfindən  (epidemioloq, 
infeksionist)  xəstəyə  qulluq  etmək  qaydaları  (dezinfeksiya,  xəstəliyin  ətrafa 
yayılması  əleyhinə  tədbirlər)  ilə  tanış  edilir.  Xəstə  olan  ev  və  xəstə  üzərində  daimi 
nəzarət aparılır. 
60 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə