Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə24/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   117

Suda  yaşayan  bir  çox  canlılar  özlərindən  mikroblara  öldürücü  təsir  göstərən 
maddələr  ifraz  edirlər.  Onların  təsiri  nəticəsində  su  mik-  roblaıdan  azad  olur.  Bu 
proses yayda daha sürətlə gedir. Qışda isə suyun təmizlənməsi ləngiyir, ona görə də, 
xəstəlik  törədən  mikroblar  (vəba,  qarın  yatalağı,  dizenteriya  və  s.)  soyuq  suda  uzun 
müddət saxlanılır. 
Su  vasitəsilə  keçirilən  xəstəliklərin  siyahısı  böyükdür.  Onlara  vəba,  qarın 
yatalağı, A və B paratifləri, bakterial və amöb dizenteriyası, enterokolitlər, infeksion 
hepatit,  poliomielit,  Koksaki  və  s.  viruslu  diareyalar,  leptospirozlar,  bir  çox 
helmintozlar,  eləcə  də  tulyarcmiyanın  angioz,  bubon  və  bağırsaq  növlərini  misal 
göstərmək  olar.  Su  bəzi  dəri  örtüyü  və  selikli  qişaların  xəstəliklərində  törədicilərin 
yoluxma  amili  kimi  (traxoma,  qoturluq,  göbələk  xəstəlikləri,  adenoviruslu 
konyunktivit və s.) iştirak edir. O, bəzi zoonozlarm (manqo, dabaq, salmonelyoz, Kü-
qızdırması,  qara  yara  və  s.)  törədicilərinin  yayılmasında  da  iştirak  edir.  Bir  çox 
yoluxucu  xəstəliklərin  törədiciləri  su  vasitəsilə  insanlara  ya  enteral  yolla  (bağırsaq 
qrupu xəstəlikləri), ya da parenteral yolla zədələnmiş dəri və selikli qişalardan keçir 
(leptospirozlar, dəri və xarici örtük xəstəlikləri). 
Torpaq - yoluxucu xəstəliklərin törədicilərinin yoluxma amilidir 
insan və heyvan ifrazatları ilə xaric edilmiş patogen törədicilər hava və su ilə 
yanaşı  torpağı  da  çirikləndirirlər.  Bu,  torpağı  bir  çox  yoluxucu  xəstəliklərin 
törədicilərinin  güclü  yoluxma  amilinə  çevirir.  Patogen  anaerob  törədicilərin 
yayılmasında  torpağın  böyük  əhəmiyyəti  var.  Tctanus,  qazlı  qanqrena  və  botulizm 
törədiciləri insanların və heyvanların nəcisi ilə torpağa düşərək spor əmələ gətirir və 
illərlə  orada  sağ  qalırlar.  Əgər  tetanus  və  ya  qazlı  qanqrenamn  törədicisi  çirklənmiş 
torpaqla tamlığı pozulmuş dəridən və ya yaradan daxil olarsa, onda yoluxma baş verir. 
Ttörədicilərlə  çirklənmiş  və  tam  konscrvləşdirilməmiş  (ət,  balıq,  tərəvəz),  hisə 
verilmiş ərzaq (kolbasa, donuz əti) məhsullarını qida məqsədilə istifadə etdikdə insan 
botulizmlə yoluxa bilər. 
Torpaq  qara  yara  mikroblarının  uzun  müddət  ərzində  saxlanması  üçün  ən 
əlverişli şəraitdir. Qara yaranın törədiciləri torpağa düşərək (xəstə heyvanların ifrazatı 
ilə, qara yaradan ölən heyvanların cəsədlərinin basdırılması zamanı) orada spor əmələ 
gətirir və uzun müddət sağ qalır, əlverişli şəraitdə isə hətta artır. 
74 
downloaded from KitabYurdu.org


Törədicilərlə  çirklənmiş  torpaqla  yayılan  bağırsaq  qrupu  xəstəliklərinin 
ötürülməsində böyük əhəmiyyət kəsb edir. Qarın yatalağı, dizenteıiya, infeksion hepatit 
və  başqa  törədicilər  qidalanmada  torpaqla  çirklənmiş  çiy  tərəvəzdən  və  həmin 
torpaqdan çıxan sudan istifadə etdikdə orqanizmə daxil olurlar. Törədicilərlə çirklənmiş 
torpaq böyük miqdarda insanları əhatə edən su epidemiyalarının baş verməsinə səbəb 
olur. 
Torpaq gcohelmintlərin (askaridlər, ankilostomidlər və b.) yayılmasında xüsusi 
əhəmiyyət  daşıyır.  Bu  qurdların  yumurtaları  nəcislə  torpağa  düşərək  orada  müəyyən 
inkişaf  dövrünü  keçirir.  İnsanların  xəstələnməsi  ağız  (askaridoz)  və  dəri  vasitəsilə 
qurdların  orqanizmə  daxil  olmasından  sonra  baş  verir.  Nəhayət,  üzvi  maddələrlə  və 
tullantılarla  çirklənmiş  torpaq  gəmiricilərin  və  milçəklərin  artmasına  əlverişli  şərait 
yaradır. 
Qida məhsulları - yoluxucu xəstəliklərin törədicilərinin 
voluxma amilidir 

Yoluxucu  xəstəliklərin  törədicilərinin  yoluxmasında  qida  məhsullarının  böyük 
əhəmiyyəti vardır. Su kimi, o da patogen bağırsaq qrupu xəstəliklərinin törədicilərinin 
(antroponoz,  zoonoz)  ötürülməsində  mühüm  rol  oynayır.  Qida  məhsulları  müəyyən 
dərəcədə  digər  qruplara  aid  xəstəliklərdə:  difteriya,  skarlatina,  vərəm  (öküz  tipi), 
tulyaremiya, dabaq, meninqoensefalit, Kü-qızdırması, qara yara (bağısaq forması) və s. 
zamanı iştirak edə bilər. 
Qida məhsullarının patogen mikroblarla yoluxması birincili və ikincili ola bilər. 
Birincili  yoluxma  heyvanlardan  alınan  məhsullardan  istifadə  etdikdə  baş  verir.  Qida 
maddələrinin ikincili yoluxması daha çox qeydə alınır. 
Yoluxucu  xəstəliklərin  törədiciləri  qida  məhsullarına  xəstə  və  ya 
basilgəzdirənlərin əlləri, çirklənmiş qab-qacaqla keçə bilər. Gəmiricilər və ya milçəklər 
də  törədicini  qida  məhsullarına  ötürə  bilərlər.  İkincili  çirklənmə  qidanın  alınması, 
daşınması, saxlanması, eləcə  də xörək  hazırlayan  zaman baş verir. Qida  məhsullarına 
düşmüş törədicilər (xüsusilə heyvani məhsullarla) qısa müddət ərzində orada yaşaması 
və  hətta  inkişafı  üçün  əlverişli  şərait  tapırlar.  Epideraioloji  əhəmiyyətinə  görə  qida 
məhsulları aşağıdakı növlərə bölünür: 1) süd və süd məhsulları; 2) ət və ət məhsulları; 
3) balıq və balıq məhsulları; 4) yumurta (ördək, qaz, toyuq); 5) tərəvəz, giləmeyvə və 
onların kon- 
75 
downloaded from KitabYurdu.org


servi;  6)  çörək  və  undan  hazırlanmış  digər  məmulatlar.  Yoluxmuş  qida  məhsulu 
sporadik və kütləvi xəstələnməyə səbəb ola bilər. Sonuncu qida epidemiyası adlanır. 
Bu  epidemiyanın  xüsusiyyəti  ondadır  ki,  epidemik  proses  qeyri-adi  sürətlə  inkişaf 
edərək xəstəlik böyük sayda insanları əhatə edir. 
Çox  vaxt  qida  epidemiyaları  törədicilərlə  çirklənmiş  südü  qəbul  etdikdə  baş 
verir. Südün yüksək epidemioloji əhəmiyyəti onunla izah edilir ki, maye mühit olduğu 
üçün  bütün  həcmində  yayılır  və  törədicilər  qidalı  mühit  olan  süddə  şiddətlə  inkişaf 
edirlər  (18-20  C-dən  başlayaraq).  Birincili  yoluxmuş  süd,  xüsusüə  də  xəstə 
heyvanlardan  (bruselyoz,  vərəm,  dabaq)  alınan  süd  epidemioloji  cəhətdən  çox 
təhlükəlidir.  Belə  südün  çiy  şəkildə  qəbul  edilməsi  nəticəsində  insanlar  bir  sıra 
yoluxucu  xəstəliklərin  törədiciləri  ilə  yoluxurlar.  Ikincili  yoluxmuş  süd  də 
epidemioloji  cəhətdən  təhlükəlidir.  Sağlam  heyvandan  alınıb  sonra  saxlanma, 
nəqliyyat,  satış  və  emal  vaxtı  çirklənən  süd  insanların  qann  yatalağı,  A  və  B 
paratifləri,  dizenleriya,  stafılakok  toksiki  kimi  yoluxucu  xəstəliklərlə  yoluxmasına 
səbəb olur. 
Süddən  bir  qədər  az  olsa  da  süd  məhsullarının  (şor,  xama,  qatıq,  kərə  yağı, 
kremlər,  dondurma  və  s.)  törədicilərlə  çirklənməsi  qida  epidemiyasına  bənzər 
epidemioloji vəziyyətin əmələ gəlməsinə gətirib çıxarır. 
Ət  və  ət  məhsulları  da  bir  çox  zoonoz  xəstəliklərin  yayılmasında  mühüm  rol 
oynayır.  Bunlardan  salmonelyoz,  qida  toksikoin-  feksiyalarının  törədicilərinin 
epidemioloji əhəmiyyəti xüsusilə yüksəkdir. Salmonelyoz xəstəliyinin törədicilərinin - 
salmonellaların minə yaxın növü var. Salmoncllalar müxtəlif heyvanların və quşların 
orqanizmində  inkişaf  edir.  Heyvanların  salmonellalarla  yoluxması  onların  təkcə 
sağlığında  deyil,  kəsiləndən  sonra  da  (cəmdəyin  emalı,  daşınma  zamanı  təmiz  ətin 
yoluxmuş  ətlə  birlikdə  aparılması,  yemək  hazırlayarkən  və  s.)  mümkündür.  Xəstə 
quşların  yumurtaları  ilə  də  salmonelyozla  yoluxma  baş  verə  bilər.  Salmonellalarla 
yoluxmuş  ət,  ət  məhsullarının  və  yumurtaların  termiki  emal  edilmədən  istifadə 
edilməsi kütləvi toksikoinfeksiyalara (qida zəhərlənməsi) səbəb olur. 
Yoluxmuş  ətin  hisə  verilmiş  məhsulları  (kolbasa,  donuz  əti)  botulizm 
toksikoinfeksiyasma  səbəb  olur.  Heyvan  ətinin  tenidozlarm  (donuz  və  öküz)  və 
trixinelyozlann  yayılmasında  xüsusi  əhəmiyyəti  var.  Biohelmintlərin  sürfələri  ilə 
yoluxmuş  (opistorxoz  və  s.)  balığı  çiy  yeyərkən  və  ya  termiki  emaldan  düzgün 
keçirilmədikdə insan parazitlərlə yoluxur. 
76 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə