Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə23/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   117

dirinin  ancaq  o  lokalizasiya  maraq  doğurur  ki,  oradan  törədici  yoluxmuş 
orqanizmindən həssas orqanizmə keçmək imkanını əldə etsin. Məsələn, serebrospinal 
meningitin  törədicisi  əwəl  buıun-boğaz  selikli  qişasına  düşərək  orada  inkişaf  edirlər 
(törədicinin  birincili  loka-  lizasiyası).  Sonralar  meninqokoklar  beyin  qişalarında, 
oynaqlarda  və  s.  nahiyələrdə  məskunlaşırlar  (ikincili  lokalizasiya).  Ancaq  ikincili 
lokalizasiyanın  epidemioloji  əhəmiyyəti  yoxdur,  çünki  törədicilər  buradan  xarici 
mühitə ifraz edilə bilmirlər və xəstəliyin yayılmasında iştirak edə bilmirlər, xəstəlik isə 
törədicilərin  ancaq  yuxarı  tənəffüs  yollaranın  selikli  qişasının  ifrazatı  vasitəsilə  ətraf 
mühitə xaric edilməsi nəticəsində sağlam (həssas) şəxslərə yoluxa bilər. 
Yuxarıda qeyd etdiyimiz kimi, xəstəlik törədicilərinin yayılması mexanizmi üç 
mərhələdən  ibarətdir.  Birinci  mərhələdə  -  patogen  törədicinin  orqanizmindən  xaric 
edilməsi,  ikinci  mərhələdə  -  törədicinin  xarici  mühitdə  qalması  baş  verir.  Yoluxma 
mexanizminin  bu  iki  mərhələsi  bir-birilə  sıx  əlaqədardır  və  sahibin  orqanizmində 
törədicinin  lokalizasiyasından  asılıdır.  Belə  ki,  vəba,  dizenteriya  və  digər  bağırsaq 
qrupu  xəstəliklərinin  törədiciləri  ifrazat  vasitəsilə  torpağa,  suya,  tənəffüs  yolunun 
xəstəliklərində isə törədici tüpürcək, selik damcıları vasitəsilə ancaq havaya düşür. 
Törədicilərin  yoluxma  mexanizminin  üçüncü  mərhələsi  -  para-  zitin  yeni 
sahibin  orqanizminə  daxil  olması  isə  öz  növbəsində  ikinci  mərhələ  ilə  -  törədicinin 
xarici  mühitdə  qalması  ilə  müəyyən  edilir.  Belə  ki,  havada  olan  patogen  törədicilər 
ancaq  həmin  hava  ilə  yeni  sahibin  orqanizminə  düşə  bilər.  Suya  (qidaya)  düşmüş 
patogen  törədicilər  yalnız  onları  qəbul  etdikdə  yoluxdura  bilər.  Xarici  mühitə  çıxış 
yolu olmayan üzv və ya orqanda yerləşən törədicilərin orqanizmindən xaric edilməsi 
isə  qansoran  buğumayaqlılar  vasitəsilə  həyata  keçir.  Başqa  sözlə  desək,  patogen 
törədicinin  orqanizmdə  lokalizasiyası  və  bu  törədicinin  bir  bioloji  sahibdən  digərinə 
ötürülməsi mexanizmi bir-biri ilə sıx əlaqəlidir. 
Xarici şəraitdə yoluxucu xəstəlik törədicilərinin müxtəlif davamlılığı yoluxma 
mexanizmi  ilə  təyin  olunur.  Məsələn,  malyariya  parazitləri  xarici  mühitdə 
davamsızdırlar,  bu  törədicilər  bir  sahibdən  başqasına  keçərkən  qansorucu 
buğumayaqlılar  tərəfindən  ətraf  mühitin  təsirlərindən  qorunurlar.  Ətraf  mühitin 
təsirinə  bağırsaq  qrupu  xəstəliklərinin  törədiciləri  (qarın  yatalağı,  dizenteriya  və  s.) 
daha davamlıdırlar. Yoluxmuş xəstədən nəcislə xaric edilmiş bu törədicilər yeni sahibə 
daxil olana qədər mürəkkəb yol keçirlər. Bu 
71 
downloaded from KitabYurdu.org


yollardan birinin inkişaf sxemi aşağıdakı kimidir: patogcn törədici nəcislə yoluxmuş 
xəstənin  və  ya  ona  qulluq  edənlərin  əllərinə  düşür,  sonra  törədici  çirkli  əllə  qida 
məhsullarına, oradan ağız vasitəsilə orqanizminə daxil olur. Digər variantda törədici 
nəcislə torpağa, suya düşür, tərəvəzi çirkləndirir və sonra ağız vasitəsilə bədənə daxil 
olur.  Bütün  mərhələlərdə  ətraf  mühit  törədicinin  özünə  də  mənfi  təsir  göstərir  ki, 
bəzən buna cavab olaraq bir çox törədicilərdə bu təsirlərə qarşı davamlılıq yaranır. 
Törədicilərin yoluxma amilləri haqqında anlayış 
Törədicilərin  yoluxma  amilləri  -  törədicinin  bir  orqanizmindən  digərinə 
ötürülməsini  təmin  edən  ətraf  mühit  amilləridir.  Törədici  yoluxmuş  orqanizmdən 
ifraz  edildikdən  sonra  ətraf  mühitə  düşür  və  yenidən  həssas  orqanizmə  daxil  olana 
qədər  orada  qalır.  Ətraf  mühit  şəraiti  yaşayış  baxımından  törədicilər  üçün 
müxtəlifdir.  Törədicinin  xarici  mühitdə  qalması  müddəti  do  eyni  deyildir.  Ətraf 
mühit müxtəlif amilləri (temperatur, rütubət, qida maddələrinin olması və s.) özündə 
birləşdirir. Onlar patogen törədicilərə təsir edərək ya onun orqanizmə daxil olmasına 
mane olur, ya da kömək edir. 
Törədicinin  yoluxmuş  orqanizmindən  həssas  orqanizmə  keçməsini  və 
epidemik  prosesin  daimiliyini  təmin  edən  ətraf  mühit  amillərinə  xəstəlik 
törədicilərinin yoluxma amilləri deyilir. Onlara aşağıdakılar aiddir: a) hava; b) su; c) 
torpaq;  ç)  ərzaq  məhsulları;  d)  məişət  əşyaları;  e)  istehsal  alətləri;  ə)  yoluxucu 
xəstəliklərin  canlı  keçiriciləri  (buğum-  aayaqlılar).  Bəzi  törədicilər  təkamül 
prosesində  təmas  yolu  ilə  (dəri-  zöhrəvi  xəstəliklər)  yoluxmaya  uyğunlaşıblar. 
Törədicinin  ötürülməsində  iştirak  edən  amillərin  cəmi  onun  yoluxma  yolunu  təyin 
edir. 
Ilava - yoluxucu xəstəliklərin törədicilərinin yoluxma amilidir 
Törədicilərin  müxtəlif  yoluxma  amilləri  arasında  hava  mühüm  əhəmiyyət 
daşıyır. Aerozol yoluxma mexanizmində törədicilərin in- feksiya mənbəyindən hava 
vasitəsilə xaric edilməsi, eləcə də həssas orqanizmə hava vasitəsilə daxil olması bir 
sıra bioloji və fiziki qanunauyğunluqlarla müəyyən edilir. 
Bununla  belə,  aeıozollann  əmələ  gəlməsini  və  mövcud  olmasını 
səciyyələndirən  məlumatlarm  böyük  əhəmiyyəti  var,  çünki  yoluxucu  xəstəliklərin 
yayılmasında asılı halda üzərlərində törədiciləri daşıyan 
72 
downloaded from KitabYurdu.org


maye  və  bərk  cisimləri  olan  hava  amili  mühüm  rol  oynayır.  Hava  əksər  yoluxucu 
xəstəliklərin törədiciləri üçün digər mühitlərə nisbətən (su, torpaq, ərzaq məhsulları 
və  s.)  az  əlverişlidir.  Öskürmə,  asqırma,  tənəfTüs  və  danışıq  zamanı  əmələ  gələn 
mikrob  aerozolu  monodispers  deyildir,  müxtəlif  ölçülü  cisimciklərdən  ibarətdir.  Bu 
aerozolun 15-20%- ni kiçik fraksiyalar təşkil edir. Onlar tənəfius zamanı ağciyərlərin 
dərin  qatlarına  daxil  olur  və  bununla  törədicilərin  oraya  keçməsində  mühüm  rol 
oynayır.  Hava  törədicilərin  artması  üçün  əlverişli  şərait  olmasa  da,  ayrı-ayrı 
mikroblar  orada  müxtəlif  müddətdə  sağ  qalırlar:  qızılı  stafilokok  otaq  şəraitində  72 
saat, difteriya çöpləri 11 saat, qrip virusu 4 saata qədər. Törədicilərin havada yaşama 
müddəti temperaturdan, rütubətdən, intensiv günəş şüalarının təsirindən və s. asılıdır. 
Əsasən  hava  vasitəsilə  yayılan  xəstəliklərə  qrip,  qızılca,  ornitoz,  epidemik 
parotit,  su  çiçəyini  misal  göstərmək  olar.  Bununla  yanaşı,  stafilokok,  streptokok, 
pncvmokok,  mcninqokok,  göyöskürək,  difteriya,  vərəm,  Kü-qızdırması,  taun, 
tulyaremiya  törədicilərinin  də  hava  vasitəsilə  yayılması  mühüm  əhəmiyyət  daşıyır. 
Ağciyər  toxumaları  bəzi  mikrob  növlərinə  həssas  olduğu  zaman  süni  surətdə 
yaradılmış qara yara, bruselyoz, səpgili yatalaq və s. aerozolları ilə nəfəs aldıqda da 
bu xəstəliklərin yoluxma mexanizmindən asılı olmayaraq xəstəlik baş verə bilər. 
Su - yoluxucu xəstəliklərin törədicilərinin yoluxma amilidir 
Suyun  patogen  mikroblarla  çirklənməsi  müxtəlif  yollarla  baş  verir.  Su  daha 
çox  açıq  su  hövzələrinə  zərərsizləşdirilməmiş  çirkab  suların  axıdılması  nəticəsində 
çirklənir.  İnfeksiya  xəstəxanaların,  baytarlıq  müəssisələrinin,  eləcə  də  heyvani 
məhsulları emal edən müəssisələrin (ət kombanatı, dəri-gön fabrikləri) çirkab suları 
insan sağlamlığı üçün daha təhlükəlidir. Leysan yağışlar nəticəsində səthi çirklənmiş 
suların  axması  sayəsində  də  su  hözələrinin,  su  quyularının  çirklənməsi  baş  verir. 
Açıq su mənbələri çay və göllərdə paltar yuyanda, çimdikdə, çay gəmilərindən çirkab 
sularının  axıdılması  zamanı,  heyvanları  suvararkən  də  çirklənirlər.  Patogen 
mikroblarla  çirklənmiş  su  yoluxucu  xəstəliklərin  törədicilərinin  yayılmasında  on 
qorxulu  kütləvi  (epidemik)  vasitəyə  çevrilir.  Suda  asılı  halda  olan  törədicilər  ətraf 
mühit amillərinə (məsələn, günəş şüasının) qarşı həssasdırlar. Suyun 2 m dərinliyinə 
düşən  günəş  şüalan  mikrobların  əksər  hissəsini  məhv  edir.  Bununla  belə,  su 
hövzələrinin dibinə yaxın hissədə (lildə) törədicilər uzun müddət sağ qalır. 
73 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə