Dərslik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 12. 06. 2009-cu IL tarixli, 17 saylı kollegiya iclasının və



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə30/117
tarix10.11.2017
ölçüsü16 Kb.
#9525
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   117

Mübarizə tədbirləri 
Yoluxucu xəstəliklərin canlı keçiricilərinə qaışı mübarizədə dezinseksiyadan 
istifadə edilir. Dezinscksiya mexaniki, fiziki, kimyəvi və bioloji üsullarla aparılır. Bu 
məqsədlə müxtəlif vasitələr tətbiq edilir. Paltarda, yataq asyalarında olan həşəratlar 
dezinscksiya zamanı kameralarda quru və rütubətli isti hava ilə məhv edilir. Bit və 
onların  sürfələrini  öldürmək  üçün  qaynatma  və  ütüləmədən  istifadə  edilir.  Qanadlı 
milçəklər yapışqanlı kağız və milçəktutanlarla məhv edilir. Onların sürfələri  zibillə 
birlikdə  kənarlaşdınlır.  Sürfə  mərhələləri  inkişafını  suda  keçən  həşəratlara  qarşı 
mübarizədə  bataqlıq  və  gölməçələr  qurudulur.  Həşəratları  kimyəvi  üsulla  məhv 
etmək  üçün  insektisidlər  işlədilir.  Su  mənbələrində  sürfə  mərhələsinə  qarşı 
delarvasiya  tətbiq  olunur,  qambuziya  balığından,  baktokulisid  kimi  baklerial 
preparatlardan  istifadə  edilir.  Həşəratların  hücumundan  qorunmaq  üçün  fərdi  və 
kollektiv mexaniki müdafiə vasitələrindən - xüsusi paltarlardan, qapı və pəncərələrə 
tor  çəkilməsindən  istifadə  edilir.  Həşəratları  hürküdən  maddələr  də  fərdi  müdafiə 
vasitələrinə  aiddir.  Bu  məqsədlə  repcllentləıdən  -  dimetilftalat  (DMF), 
dietiltoluolamid  (DETA),  benzimin,  küzol,  həmçinin  müxtəlif  preparatlardan 
(“Tayqa”, “Zaşita”, “Anqara”, “Qeoloq”, “Lesnaya” və.s) istifadə edilir. 
ƏKSEPİDEMİK TƏDBİRLƏR 
Əksepidemik  tədbirlər  -  əhali  arasında  yoluxucu  xəstəliklərin  yayılmasının 
qarşısını  alan,  əhalinin  xəstələnməsini  azaldan  və  ayrı-  ayrı  infeksiyalann  ləğvinə 
gətirib  çıxaran  metod  və  vasitələrin  sistemidir.  Əksepidemik  tədbirlərin  optimal 
variantı  epidemik  prosesin  hər  üç  halqasına  eyni  zamanda  təsir  edilməsinə 
əsaslanmışdır.  Maliyyə  çətinlikləri  üzündən  iqtisadi  səviyyəsi  aşağı  olan  ölkələrdə 
(hansı ki, burada infeksion xəstələnmə də həmçinin yüksəkdir) çox vaxt tədbirlər iki 
və  ya  bir,  əsasən  daha  həssas  halqaya  yönəldilmişdir,  yəni  selektiv  yanaşma  tətbiq 
edilir. 
Ayrı-ayrı  infeksiyalar  ocağında  aparılan  əksepidemik  tədbirlər  kompleksi 
müvafiq təlimatlar əsasında həyata keçirilir. 
Əksepidemik  tədbirlərin  birinci  qrupunu  infeksiya  mənbəyinə  yönəldilmiş 
tədbirlər  təşkil  edir:  a)  infeksiya  mənbəyinin  erkən  aşkar  edilməsi,  diaqnozun 
vaxtında  qoyulması;  b)  məlumatlandırma  və  qeydiyyat;  c)  təcrid  və  rejim-
məhdudlaşdırıcı tədbirlər; ç) müalicə 
91 
downloaded from KitabYurdu.org


tədbirləri;  d)  sanitar-baytarlıq  tədbirləri  (ev  və  kənd  təsərrüfatı  heyvanlarının  təcrid 
və müalicə edilməsi, bəzən onların məhv edilməsi - məsələn, «inəklərin quduzluğu» 
xəstəliyində  xəstə  inəklərin  öldürülməsi;  ev,  kənd  təsərrüfatı  və  vəhşi  heyvanlar 
arasında immunprofilaktika), deratizasiya tədbirləri. 
İkinci  qrupa  yoluxma  mexanizminə  yönəldilmiş  tədbirlər  daxildir:  a)  ətraf 
mühit  elementlərinin  -  potensial  yoluxma  amillərinin  müayinəsi,  həqiqi  yoluxma 
amillərinin  aşkar  edilməsi;  b)  dezinfeksiya  və  dezinsekiya;  c)  sanitar-gigiyenik 
tədbirlər (su təchizatı, kanalizasiya sistemi üzərində nəzarət, yaşayış məntəqələrinin 
bərk  tullantılardan  təmizlənməsi,  şəxsi  gigiyena  qaydalarının  gözlənilməsi,  şübhəli 
qida məhsularının istifadədən götürülməsi və s.). 
Üçüncü  qrupa  infeksiya  mənbəyi  ilə  təmasda  olan  şəxslərə  münasibətdə 
aparılan  tədbirlər  daxildir:  a)  onların  erkən  və  tam  aşkarlanması  və  qeydiyyata 
alınması; b) onlar üzərində tibbi müşahidənin qoyulması; c) təmasda olanların klinik-
laborator  müayinələrə  cəlb  edilməsi;  ç)  onların  immunoloji  statusunun  təyin 
edilməsi;  d)  planlı  və  təcili  spesifik  profilaktika  (zərdablar,  qammaqlobulin  və 
immunqlobulinlər);  e)  lazım  gəldikdə  təmasda  olanların  təcrid  edilməsi;  ə)  sanitar-
maarifi işi. 
Məlum olduğu kimi, epidemik prosesin baş verməsi üçün mütləq əsas 3 amil 
olmalıdır: yoluxucu xəstəliyin mənbəyi (yoluxmuş insan və ya heyvan), bu xəstəliyə 
(törədiciyə)  xas  olan  yoluxma  mexanizmi  (yoluxma  yolları)  və  həssas  əhali 
(kollektiv).  Bu  üç  vacib  amillərin  birinin  aradan  qaldırılması  başlanan  epidemik 
prosesin dayanmasına, sönməsinə və əgər hələ başlanmayıbsa, inkişafının qarşısının 
alınmasına gətirib çıxarır. 
Ona  görə  də,  profilaktik  tədbirlər  qeyd  edilən  üç  amillərin  hər  hansı  birinə 
qarşı  yönəldilməlidir  ki,  epidemik  prosesin  fasiləsiz  inkişafı  qırılsın.  Bu  tədbirlər 
göstərilən  amillərə  təsir  edərək,  yaranmış  ocağın  fəaliyyətinin  dayandırılmasını  və 
ləğv edilməsini təmin etmək qabiliyyətinə malikdirlər. 
İnfeksiya 
 
ənbəyinə qarşı görülən tədbirlər 
Qeyd  edildiyi  kimi,  ocaqda  epidemiya  əleyhinə  tədbirlər  üç  istiqamətdə 
aparılır:  xəstəyə  (infeksiya  mənbəyi),  ətraf  mühitə  (yoluxma  amilləri)  və  xəstə  ilə 
əlaqədə  (təmasda)  olanlara  qarşı.  İnfeksiya  mənbəyinə  qarşı  yönəldilmiş  tədbirlər 
infeksiya mənbəyinə əsasən müəyyən edilir. 
92 
downloaded from KitabYurdu.org


İnfeksiya  mənbəyi  kimi  insanlar  (antroponozlar)  iştirak  etdikdə,  aşağıdakı 
tədbirlər  nəzərdə  tutulur:  xəstələrin  erkən  aşkar  edilməsi,  təcrid  edilməsi  və 
xəstəxanaya  yerləşdirilməsi  (hospitallaşdırılması).  Xəstələrin  aşkar  edilməsi  passiv 
(xəstənin özü bilavasitə tibbi yardım üçün müraciət eldikdə) və fəal yolla (profilaktik 
müayinələr vaxtı, müəssisələrdə dispanserizasiya zamanı, həyətbəhəyət yoxlama vaxtı) 
aparılır. Həkim və ya feldşer tərəfindən klinik diaqnoz qoyulur. Onu təsqiq etmək üçün 
epidemioloji məlumatlardan, müasir laborator müayinələrdən istifadə olunur. Xəstənin 
hospitalizasiyası və təcrid edilməsi bir çox xəstəliklərdə, xüsusilə yüksək kontagiozlu 
yoluxucu  xəstəliklər  zamanı  (vəba,  taun,  qara  yara,  səpgili  yatalaq  və  s.)  olduqca 
vacibdir. 
Bəzən  xəstənin  təcridi  evdə,  uşaq  bağçalarında,  internatda  aparıla  bilər.  Belə 
hallarda xəstəxanaya yola salana qədər xəstəni xüsusi təcrid otaqlarında yerləşdirirlər. 
Xəstə  evdə  saxlanılarsa,  törədicinin  ətraf  mühitə  yayılmasının  və  xəstəlik 
törədicilərinin ocaqdan kənara çıxarılmasının qarşının alınması üzrə tədbirlər görülür. 
Bu məqsıdlə xəstə ayrı otaqda təcrid olunur, fərdi qab-qacaq və başqa lazımi əşyalarla 
təmin  edilirlər.  Ailə  üzvləri  xəstəyə  qulluq  üsulları  ilə  tanış  edilirlər.  Xəstəyə  daimi 
nəzarət Səhiyyə idarələri və GEM-lər tərəfindən həyata keçirilir. 
Xəstəyə diaqnoz qoyduqdan sonra onu müasir effektiv üsullarla müalicə edirlər. 
Müalicənin  tez  başlanması  xəstənin  tez  sağalmasına  və  xəstəliyin  xroniki  formaya 
keçməsinin qarşısının alınmasına səbəb olur. 
Yoluxucu  xəstəliyin  sağlam  törədicigəzdiricənliyinin  böyük  epidemioloji 
əhəmiyyəti vardır. Bəzi xəstəliklərdə (məs: qarın yatalağı) sağlam törədicigəzdirənlər 
törədicini  bütün  ömrü  boyu  ifraz  edirlər.  Onların  aşkar  edilməsi  və  müalicə 
olunmasının  epidemioloji  əhəmiyyəti  böyükdür.  Belə  törədicigəzdirənlərə  qida,  su 
təchizatı ilə əlaqəli idarələrdə işləmək qadağan edilir. 
İnfeksiya  mənbəyinin  zərərsizləşdirilməsinə  yönəldilmiş  tədbirlər  infeksiya 
mənbəyinin xarakterindən asılıdır (antroponoz, zoonoz, zooantıoponoz xəstəliklər). 
Antroponozlar zamanı aparılması vacib olan tədbirlər bunlardır: 
Bu məqsədlə aşağıdakı tədbirlər həyata keçirilir: izolyasiya, hospitalizasiya. 
İzolyasiya  -  ocaqda  əksər  infeksion  xəstəliklərdə  aparılan  ilkin  əksepidemik 
tədbirlərdən  biridir.  İzolyasiya  xəstənin  və  ya  xəstəliyə  şübhəli  şəxsin  müvafiq 
müalicə-profilaktik  müəssisələrə  (somatik  xəstəxananın  infeksion  izolyatoru, 
yataqxana, gəmi, qatarda və s. 
93 
downloaded from KitabYurdu.org


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə