Patogen mikroblarm spesifik lokalizasiyası
Epidemik prosesin mütləq elementlərinin qarşılıqlı əlaqəsi və ya epidemik
prosesin əsas hərəkətverici qüvvələri - sosial şəraitlərlə coğrafi mühit amilləri
arasındakı münasibətdir. Məsələn, insan və heyvan orqanizmində patogen parazitin
lokalizasiyası onun ayrı-ayn növlərinin optimal yaşayış mühitinə müqayisəli
uyğunlaşmasının qanunauyğun nəticəsidir. Ancaq lokalizasiyanın yüksək patogenetik
və kliniki əhəmiyyətə malik müxtəlifliyinə baxmayaraq (xüsusilə polipatogen
parazitlərdə), patogen mikroblarda onun xarici mühitə ifrazı yolları və həmin növün
gələcək varlığını təmin edən toxuma, üzv və sistemlərə müvafiq adaptasiya
yaranmışdır (bağırsaqlar - qarın yatalağı və dizenteriya bakteriyaları, vəba vibrionları
və cntcroviruslar üçün, tənəffüs sistemi - qrip virusları, adcnoviruslar və difteriya
bakteriyaları üçün, qan dövranı sistemi - Provaçck rikketsiyaları, Obermcycr
spiroxetləri, pappataçi qızdırması virusu, malyariya plazmodiumları üçün, xarici dəri
və selikli
qişa örtüyü - mikozlarm, traxomanm, dəri lcyşmaniozunun törədicisi üçün).
Epidcmioloji nöqteyi-nəzərdən bu, spesifik lokalizasiyadır. O, patogen
parazitin yoluxma mexanizmini müəyyən edir və onun bioloji xüsusiyyətlərini
formalaşdırır: xarici mühitdə yaşama formaları (spor əmələgətirmə - məs: qara yara,
tetanus, botulizm və yara anaerob bakteriyaları), xarici mühit amillərinə davamlılıq,
transovarial və transfazal yolla yoluxma və s. Patogen parazitin spesifik lokalizasiyası
və yoluxma mexanizmi bir-birilə qarşılıqlı əlaqədədir. Bu hadisələrin bir-birindən sıx
asılılığı epidemik prosesin inkişafına səbəb olur.
Patogen parazitin insan və heyvan orqanizmində spesifik lokalizasiyası və
törədicilərin müvafiq yoluxma mexanizmi insanların yoluxucu xəstəliklərinin
təsnifatının elmi əsasını təşkil edir. Bu meyara əsasən onlar aşağıdakı qruplara təsnif
olunurlar: 1) həzm sisteminin yoluxucu xəstəlikləri, 2) tənəffüs yollarının yoluxucu
xəstəlikləri, 3) qan sisteminin yoluxucu xəstəlikləri, 4) xarici örtüklərin yoluxucu
xəstəlikləri, 5) müxtəlif yoluxma mexanizminə malik yoluxucu xəstəliklər.
Epidemik prosesin hərəkətverici qüvvələri
Epidemik prosesin əsas hərəkətverici qüvvələrini onun 3 mütləq şərtinin
(infeksiya mənbəyi, yoluxma amilləri, həssas orqanizm) qarşılıqlı təsirinin cəmi, sosial
şərait və coğrafi mühitin əlverişli amilləri təşkil edir.
45
downloaded from KitabYurdu.org