Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə13/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   140
marketinq-tedqiqatlar qaralama

Proqram məqsədli planlaşdırma. Marketinq tədqiqatlarında ümum- elmi metodlardan biri kimi proqram məqsədli planlaşdırma daha çox tətbiq olunur. Əslində marketinq fəaliyyəti bazar sferasında proqram məqsədli fəaliyyətdən başqa bir şey deyil. Sözügedən fəaliyyətin həyata keçirilməsi, onun planlaşdırılması və proqramlaşdırılması əsasında mümkündür. Bu

zaman qarşıya qoyulan məqsəd dəqiqləşdirilir və həmin məqsədə nail olmaqdan ötrü

strategiyalar, taktiki xarakterli tədbirlər işlənib hazırlanır və reallaşdırılır.

Analitik proqnozlaşdırma metodlarma aşağıdakılar aiddir: xətti proqramlaşdırma, kütləvi xidmət nəzəriyyəsi, ehtimal nəzəriyyəsinin metodları, ələqələr nəzəriyyəsi metodu, şəbəkə planlaşdırılması metodu, işgüzar oyunlar metodu, iqtisadi-statistik təhlil metodları, iqtisadi-riyazi modelləşdirmə metodu, funksional dəyər metodu, ekspert qiymətləndirmələri metodu və s.



Xətti proqramlaşdırma. Analitik proqnozlaşdırma metodlanndan biri kimi xətti proqramlaşdırma marketinq fəaliyyəti ilə bağlı problemlərin həllində alternativ variantlardan ən əlverişlisini-optimalım seçməyə imkan verir. Marketinq fəaliyyətində xətti proqramlaşdırma metodunun tətbiqi əmtəə ehtiyatlarının optimal kəmiyyətini hesablamağa, satış agentlərinin hərəkət marşrutlarım planlaşdırmağa, məhdud resurslardan istifadə etməklə əlverişli əmtəə çeşidi formalaşdırmağa imkan verir. Bu metodun tətbiqi vasitəsilə minimum məsrəflər müqabilində mənfəəti maksimumlaşdırmaq, marketinq fəaliyyətində qarşıya qoyulan məqsədə minimum vaxt ərzində minimum səylərlə çatmaq mümkün olur.

Kütləvi xidmət nəzəriyyəsi. Bu metod marketinq fəaliyyətində sifarişçilərə xidmətin növbəliliyinin müəyyənləşdirilməsi, əmtəələrin göndərilməsi qrafıkinin tərtibi və başqa analoji məsələlərin həlli zamam tətbiq edilir. Kütləvi xidmət nəzəriyyəsi metodunun tətbiqi çoxsaylı sifarişlərin daxilolma qanunauyğunluğımu öyrənməyə və həmin sifarişlərin yerinə yetirilməsinin optimal növbəliliyini müəyyən etməyə imkan verir.

Ehtimal nəzəriyyəsinin metodları. Ehtimal nəzəriyyəsinin metodlan marketinq fəaliyyətində bu və ya digər hadisənin başvermə ehtimalmm müə3^ənləşdirilməsi, həmçinin, mümkün fəaliyyətlərin içərisindən ən əlverişlisinin seçilməsinə dair düzgün qərar qəbul edilməsi zamam tətbiq olunur.

Əlaqələr nəzəriyyəsinin tətbiai. Bazar subyektləri əlaqələr nəzəriyyəsinin metodlarımn tətbiqi vasitəsilə konkret bazarlarla əlaqələrinin təkmil- ləşdirilməsinə dair düzgün qərar qəbul edə bilirlər. İstehsal-satış fəaliyyətini marketinq prinsipləri əsasında təşkil edən müəssisələr bu metodu tətbiq etməklə çıxdıqlan bazarla “əks-əlaqə” mexanizmini nizamlayır, irəlicədən müəyyənləşdirdikləri parametrlərdən kənara çıxmalar haqqında siqnal informasiyalar alırlar. Bazar subyektlərinin marketinq fəaliyyətində əks-əlaqə mexanizminə malik olmalan onlara əmtəə ehtiyatlarım idarə etməyə və istehsal-satış prosesini tənzimləməyə - müəssisələrin istehsal imkanlarım satış imkanlanna uyğunlaşdırmağa şərait yaradır.

Marketinq tədqiqatlannda tətbiq olunan şəbəkə planlaşdırılması konkret proqram və ya layihə çərçivəsində ayrı-ayn işlərin və əməliyyatların yerinə yetirilmə ardıcıllığını tənzimləməyə imkan verir. Bu zaman yerinə

yetirilən işlərin və yaxud əməliyyatlann qarşılıqlı asılılığı diqqət mərkəzində saxlamlır. Şəbəkə planlaşdıniması metodunun tətbiqi yerinə yetirilməli olan işlərin ayn-ayrı mərhələlərini müəyyən etməyə, onlarm yerinə yetirilmə vaxtım və icraçılan dəqiqləşdirməyə imkan yaradır. Şəbəkə planlaşdırılması yeni məhsulun istehsalı proqramımn işlənib hazulanması, smaq satışlannm təşkili, satış və reklam kompaniyalanmn həyata keçirilməsi zamam tətbiq olunur. Mütəxəssislər müxtəlif ədəbiyyatlarda marketinq fəaliyyətinin sadalanan aspektləri üzrə tədbirlərin işlənib hazulanması zamanı şəbəkə planlaşdırılmasınm tətbiqini kifayət qədər səmərəli metod hesab edirlər.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə