Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə12/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   140
marketinq-tedqiqatlar qaralama

Sistem vamsma. Marketinq tədqiqatlannda ümumelmi metodlardan biri kimi sistemli yanaşma geniş tətbiq olunur. Əslində istənilən bazar situasiyası qarşılıqlı əlaqəli elementlərin təsiri nəticəsində formalaşır və müəssisə özü də həmin elementlərin təsirinə məruz qalır. Ona görə də marketinq fəaliyyətinə dair düzgün qərar qəbulu bazar situasiyasını formalaşdıran elementlərin sistemli yanaşma tətbiq olunmaqla öyrənilməsini tələb edir.

Sistemli yanaşma çərçivəsində apanlan təhlil sistemi əmələ gətirən elementlərin qarşılıqlı əlaqələrinin aşkarlanmasına və öyrənilməsinə əsas- lamr. Bu, qərar qəbuluna sistemli yanaşmamn əsas xarakterik cəhətidir. Konkret olaraq marketinq fəaliyyətinə və bu fəaliyyət növü ilə bağlı qərar qəbuluna gəldikdə onu qeyd etmək lazımdır ki, bazar situasiyasım formalaşdıran və bu situasiyaya təsir göstərmək imkanına malik olan elementlər çoxsaylı ola bilər. Buna baxmayaraq, marketinq fəaliyyəti üzrə qərar qəbul edən menecer bazar situasiyasınm formalaşmasma daha güclü təsiri olan elementləri nəzərə almalıdır. Başqa sözlə, qərarlaşmış situasiya, həmin situasiyamn formalaşmasma daha güclü təsiri olan elementlər nəzərə alınmaqla sadələşdirilərək öyrənilməlidir.

Marketinq tədqiqatlarında sistem yanaşma metodunun tətbiqini konkret müəssisə timsalmda həmin müəssisənin mühitlə əlaqələrini nəzərə almaqla izah etmək olar. Qərarlaşmış situasiyaya sistem yanaşma üçün müəssisənin marketinq mühiti ilə əlaqələrinə sistemli şəkildə baxış həlledici əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, müəssisəni bilavasitə əhatə edən mühit mik- rosistem və yaxud bazardır. Müəssisənin özü də daxil olmaqla onu əhatə edən mikrosistem müxtəlif fəaliyyətlə məşğul olan elementlərdən-rəqiblərdən, istehlakçılardan, malgöndərənlərdən, vasitəçilərdən və ünsiyyət auditoriyalanndan ibarətdir. Mikrosistem özü isə makrosistem adlanan daha qlobal sistemin tərkib hissəsi kimi çıxış edir və həmin sistemi formalaşdıran texnoloji, sosial-mədəni, makroiqtisadi, siyasi-hüquqi və təbii amillərin təsirinə məruz qalır. Müəssisənin xarici mühitini formalaşdıran həm mikro, həm də makrosistemi əmələ gətirən qüvvələri, eyni zamanda bir sistem kimi müəssisənin daxili mühitini formalaşdıran amilləri nəzərə almaqla marketinq fəaliyyətinə dair əsaslandınimış qərar qəbul etmək mümkündür.

Sistem yanaşmanın müəssisənin məhsulunu almaq haqqında qərara gələn konkret şəxsin timsalında da izah etmək olar. Belə ki, ayrıca götürülmüş bir şəxs bioloji sistemdir və həmin şəxs onu əhatə edənlərin arasında fəaliyyət göstərir. Müəssisənin məhsulu almaq haqqında qərara gəlmək istəyən şəxsə onu əhatə edən qüvvələr - dostlan, iş yoldaşlan, ailə üzvləri və s. təsir göstərir. Məhsulu əldə etmək istəyən şəxsin qərar qəbuluna təsir göstərən qüvvələri nəzərə almaqla, onun davranışım model- ləşdinnək və marketinq fəaliyyətinə dair səmərəli strategiyalar işləyib hazırlamaq mümkündür.

Marketinq tədqiqatlarında sistem yanaşma metodunun, sistem mo- delləşdirilməsinin tətbiqinin üstünlüyü həmin metodun mürəkkəb hadisə və prosesləri əyani şəkildə, hərtərfli təsəvvür etməyə şərait yaratması ilə müəyyən edilir. Hazırda sistem yanaşma metodu bazarın strateji təhlilində, müəssisənin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsində, bazar şanslarının və risklərin qiymətləndirilməsində, marketinqin planlaşdınimasmda və strateji planlaşdınimasmda geniş tətbiq edilir.



Komvleks vamsma. Bazar situasiyası müxtəlif təzahürlər şəklində özünü büruzə verir və konkret situasiyanın nəyin sayəsində və necə formalaşdığını başa düşməkdən ötrü onun öyrənilməsinə kompleks yanaşma tələb olunur. Məsələn, konkret əmtəə bazannm fəaliyyəti ilə əlaqədar ya- ranrnış problem tələbin, təklifin və qiymətin dəyişməsi ilə əlaqədar ola bilər. Belə halda problemi aradan qaldırmaqdan ötrü qərarlaşmış bazar situasiyasına müxtəlif təzahürlər şəklində özünü büruzə verən obyekt kimi baxılmalıdır. Marketinq tədqiqatlarında problemin həllinə bu cür yanaşma zamanı strateji və taktiki xarakterli məsələləri düzgün işləyib hazırlamaq və reallaşdırmaq mümkün olur.

Qeyd edək ki, marketinq tədqiqatlarmda tətbiq olunan sistemli təhlil və kompleks yaneışma metodları bir-biri ilə sıx əlaqəli olan və biri-digərini tamamlayan metodlardır. Belə ki, konkret bazar situasiyasınm öyrənilməsi zamanı həmin situasiyanın hansı elementlərin, yaxud qüvvələrin təsiri nəticəsində formalaşdığını öyrənmək lazım gəlir və bunun üçün sistemli yanaşma metodunun tətbiqinə ehtiyac yaranır. Başqa bir tərəfdən isə, bazar probleminin özünü necə təzahür etdirməsinin dəqiqləşdirilməsi və bununla əlaqədar olaraq problemin bütün tərəflərdən öyrənilməsi zəruriliyi meydana çıxır. Bunun üçün isə kompleks yanaşma metodunun tətbiqinə ehtiyac duyulur.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə