Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

53

qarşı tərəfin özünə deyil, onun arqumentlərinə – dəlillərinə həmlə

etməlidirlər.

Debatların ən  vacib  elementi – tənqidi  düşüncədir.  Rollu

oyun  şagirdlərin  yaradıcı  təxəyyülünü  inkişaf  etdirir,  onların

iştirak hissini gücləndirir. Bu üsulla işlədikdə şagirdlər elə bil ki,

hadisələrin canlı  iştirakçılarına çevrilirlər.  Rollu  oyunun  keçiril-

məsi  zamanı  sinfin əksər  hissəsi  dərs  prosesinə qoşulur.  Rollu

oyunun  sayəsində şagirdlər  digərlərinin  düşüncə tərzini  yaxşı

anlamağa  başlayırlar.  Bu  metodika  şagirdlərdə qrupda  işləmək

bacarığını inkişaf etdirir. Bu oyunlar dərsin yeknəsəkliyini aradan

qaldırır və mövzuya maraq oyadır.

Rollu  oyunların  keçirilməsi  üsulları  müxtəlifdir.  Adətən,

müəllim  sinfi  qruplara  bölür  və bu  qrupların  arasında  rolları

bölüşdürür. Şagirdlərin fəaliyyəti onların oyuna nə dərəcədə cəlb

olunmasından  asılıdır.  Şagirdlərin  hansının cəlb  olunması  üçün

müəllimin istiqamətləndirici fəaliyyəti böyük rol oynayır.

Rollu  oyunlar  hökmən  şagirdlərə ünvanlanmış  müvafiq

suallarla nəticələnməlidir. Bu suallar rollu oyunların məqsədlərinə

xidmət etməlidir.

Mümkün çətinliklər:

Rollu  oyunlar  şagirdlər  üçün



əyləncəyə

çevril-


məməlidir. Bəzən müəllimlər rollu oyunları keçirərkən

oyunun  məqsədləri  barədə unudurlar  və oyunun  tək

zahiri tərəfinə diqqət verirlər.

Oyuna  cəlb  olunmayan  şagirdlər  oyun  prosesindən



kənarda  qala  və ümumiyyətlə dərsin  gedişinə mane-

çilik törədə bilərlər.

Rollu  oyunların digər  mümkün  çətinliyi  müəllimin



vaxtı  düzgün  hesablamamsı  ilə əlaqədar  ola  bilər,  bu

da  şagirdlər  tərəfindən  oyunun  mahiyyətinin  qavranıl-

maması ilə nəticələnə bilər.

Çıxış yolu:

Bu cür çətinlikləri aradan qaldırmaq üçün müəllim oyunun

bilavasitə rəhbəri  olmalı,  uşaqları  oyuna  cəlb  etməli,  müzakirə

54

edilən  ideyaların  dürüst  ifadə edilməsi  müəyyənləşdirilməli,



əsaslandırılmalı və təhlil edilməlidir.

Tədqiq  etmə bacarıqlar.  Dərs  prosesində debatlara  5-10

dəqiqəlik  hazırlıq  zamanı  mövzuya  dair  məlumatın  toplanması –

yəni  “məlumat  bankı”  yaranır.  Qrupdan  bir  nəfər  bu  məlumatı

qeyd etməlidir. Məlumata:

Misallar;



Faktlar;


Statistika;

Sitatlar və s. daxil edilməlidir.



Arqumentin yaradılması:

1. Dəlilin irəli sürülməsi;

2. Dəlilin izahı;

3. Dəlilin sübut edilməsi;

4. Nəticələr.

Struktur:

Mövzu:

Vərəq:


Təsdiq,  yaxud  inkar  (şagirdlər  mövzu  ilə razıdır,  yoxsa

yox).


İzah: (şagirdlər səbəbi ətraflı izah edirlər).

Əsaslandırma:  (adətən  vərəqlərdə yazılmış sübutlardan

ibarətdir).

Nəticə: (şagirdlər yenidən əvvəlki dəlili təsdiq edirlər).

Pedaqoqun  professional  potensialının  ümumi  strukturu

aşağıdakılardır: İntellektual,  motivasion,  kommunikativ,  ope-

rasion (və ya sırf professional), yaradıcı komponentlər.

“İdeal  pedaqoq”  anlayışının  da  öz  mənası  vardır.  İdeal

pedaqoq  professional  pedaqoqa  nümunədir.  İdeal  pedaqoq ən

yüksək səviyyədə formalaşmış vətəndaşlıq, istehsalat və şəxsiyyət

funksiyalarının  daşıyıcısıdır.  İdeal  pedaqoqun  keyfiyyətləri  3

qrupa ayrılır:

1. İdeal pedaqoq bir mütəxəssis kimi;

2. İdeal pedaqoq bir işçi kimi;

3. İdeal pedaqoq bir insan kimi.



55

Pedaqoji  ünsiyyətin  üslubundan  asılı  olaraq  müəllimlər  3

tipə bölünür: fəal, az fəal, çox fəal.

Fəal  müəllim:  ünsiyyətin  təşkilində

təşəbbüskardır,

şagirdlərlə əlaqələrini fərdiləşdirir, onun mövqeyi, xətti, topladığı

təcrübəyə uyğun dəyişir, o nə istədiyini bilir və öz hərəkətlərində

nəyin məqsədə nail olmağa kömək göstərdiyini başa düşür.

Az fəal müəllim: öz xəttində, mövqeyində çevikdir, amma

daxilən  zəifdir.  Onun siniflə ünsiyyətinin  xarakterini  özü  yox,

şagirdlər  diktə edir.  Onun  məqsədləri  dağınıqdır  və davranışını

açıq – aşkar şəraitə uyğunlaşdırır.

Çox  fəal  müəllim:  öz  şagirdlərini  yüksək  qiymətlən-

dirməyə və qeyri – real  ünsiyyət  modelləri  qurmağa  meyillidir.

Ona görə əgər şagird başqalarına nisbətən fəaldırsa, o qiyamçı və

dələduz, əgər  passivdirsə tənbəldir.  Belə müəllimin  uydurduğu

qiymətlər ona müvafiq olaraq hərəkət etməyə məcbur edir.

Azərbaycanda interaktiv metodlarla,  yeni texnologiyalarla

işləyən  müəllimlərin  iş  təcrübəsi  demək  olar  ki,  uğurlu  alınır.

Ancaq  onu  da  qeyd  edək  ki,  interaktiv  təlim  metodlarından

həmişə istifadə etmək onun təsirini azalda bilər.

Həqiqi  təlim  üçün  metod  və texnologiyaları  qarşıya

qoyulmuş  məqsəd  və şəraitindən  asılı  olaraq  müəllimlər  fənnə,

mövzuya, şagirdlərin təcrübə və bilik səviyyəsinə görə yeni təlim

metodlarından,  müxtəlif  metodika  və texnologiyalardan  istifadə

etməyi bacarmalıdırlar.

Yeni  təlim  texnologiyalarını aktuallaşdıran  aşağıdakı

şərtlərə əməl olunmalıdır:

1. İnsanların bazar iqtisadiyyatı (kapitalizm) cəmiyyətində

yaşaması  və hər kəsin özünü bu cəmiyyətdə yaşaya  bilmək üçün

hazırlaya bilməsinin önəmliyi.

2.  Uşaqların  20-30  il əvvəlki  zamana  görə dünya-

görüşünün, sosial, texniki məlumatlılıq səviyyəsinin xeyli yüksək

olması.  Təlimin  məzmun  və metodlarının  uşağın  istəyini  təmin

etməyin vacibliyi.

56

ƏDƏBİYYAT

1. Ağayev Ə.  Təlim  prosesi: ənənə və müasirlik.  Bakı,

2006.


2. Ağayev  M.  Kiçik  yaşlı  məktəblilərin  tərbiyəsi.  Bakı,

2006.


3. Mehrabov  A.  Azərbaycan  təhsilinin  müasir  problem-

ləri. Bakı, 2007.

4. Mehrabov A., Bəylərov E. Şagird intellektinin inkişafı.

Bakı, 2006.

5. Mərdanov  M.  Azərbaycan  təhsili  yeni  inkişaf

mərhələsində. Bakı, 2009.

6. Mərdanov  M.,  Şahbazlı  F.  Azərbaycan  təhsil  sistemi

(1998-2005). II kitab, Bakı, 2005.

7. Nəzərov A.,  Məmmədov  R.  Pedaqoji  ustalıq.  (Müha-

zirə xülasələri) Dərs vəsaiti. Bakı, 2008.

8. Nəzərov  A.,  Mollayeva  E.  Müasir  dövrün  təhsil

problemləri (dərs vəsaiti). Bakı, 2011.




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə