Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

73

Pedaqoji texnologiyaların mahiyyəti və didaktik əsaslarını

daha  aydın  qavramaq  üçün  təhsil  prosesini – məktəbi  səciyyə-

ləndirən  faktorların  (vasitələrin,  proseslərin)  münasibətinin  ayrı-

ayrı  ölkələrdə və pedaqoq  alimlərin  baxışlarında  necə qoyul-

duğuna  diqqət  yetirək.  İngilis  məktəbi  hələ də vahid  təhsil  siste-

minə (proqramlar, dərsliklər) malik deyil. Polşa məktəbi üçbucaq

şəklində təsəvvür  edilir.  Bir  tərəfdən  öyrənən,  digər  tərəfdən

öyrədən, üçüncüdə məzmun.

Sovet məktəbi bir sıra aparıcı alimlərin təqdimatında ifadə

edilirdi.  Məsələn,  S.İ.Arxangelski  didaktik  üçbucaq  haqqında

danışaraq məktəbi – təhsili, pedaqoji prosesi belə təqdim edirdi:

1. Tədris və təlim fəaliyyətinin vəhdəti qanunu

A – biliklərin verilməsi;

B – biliklərin mənimsənilməsi;

C – təlimin məqsədi və vəzifələrinə uyğun olaraq biliklər

sisteminin formalaşması.

2. Təlim və tərbiyənin vəhdəti qanunu

a – təlim;

b – tərbiyə;

c – təhsil alanların şəxsiyyət kimi hərtərəfli inkişafı.

E.Z.Belkin  pedaqoji  prosesi  pedaqoji  sistem  kimim

təsəvvür edərək buraya 6 qarşılıqlı əlaqəli elimenti daxil edir.

I. təlim və tərbiyənin məqsədi;

II. təlim və tərbiyənin məzmunu;

III.  təlim  və tərbiyə texnologiyası  (metodlar,  vasitələr,

formalar və s.);

IV. təlimin təşkili formaları;

V. öyrədən;

VI. öyrənən;

M – məqsəd;

TT – təlim texnologiyası;

PKV – pedaqoji kommunikativ vasitələr;

M – müəllim;

Ş – şagird.

74

Göründüyü  kimi,  pedaqoji  texnologiyalar  hər  hansı



təsəvvürdə olursa-olsun  tamlıq  xüsusiyyəti  nəzərə alınır.  Təqdim

edilən  pedaqoji  sistem  texnologiyaların  tamlığı  ilə prosesi  bitkin

və bütöv edir.

Fundamentallıq  dedikdə,  adətən,  fundamental  elmlərə aid

fənlərin tədrisi nəzərdə tutulur. Eləcə də öyrətmənin fundamental

olaraq  aparılması  ehtiva  edilir.  Pedaqoji  texnologiyalarda  funda-

mentallıq fənnin əsas məzmununun böyük bloklar əsasında təlimi

kimi  başa  düşülür.  Bəllidir  ki,  hər bir  fənn  özündə baza  təşkil

edən əsas məlumatları (informasiyanı) birləşdirir. Bu əsas biliklər

özül  təşkil  edərək  məlumatları  genişləndirməyə,  yenilərini

müstəqil əldə etməyə və ömrü  boyu  ondan  istifadə etməyə və

artırmağa  kömək  edir.  Başqa  sözlə desək, hər  bir  fənndə elə

biliklər  var  ki,  onun  fundamentini  təşkil  edir.  Bu  baza  olmadan

heç nəyi qurmaq, yaratmaq mümkün deyil. Bu biliklər oyunlarla,

müzakirə və qruplarla  işlər  möhkəm  aydın  qavranıla  bilməz.

Onun  üçün əvvəlcə ciddi  şərh,  kitab  üzərində iş,  çalışma  və ya

laborator  işi,  fundament  biliyi  mənimsədən  təlim  metodlarından

istifadə edilməlidir.  Bu  prinsipdən  bolqar,  həkim  psixiatrı

Q.Zozanov və yenilikçi müəllim V.Şatalov uğurla bəhrələnmişdir.

Fundamentallıq  prinsipi  təbiət,  humanitar  və texniki

fənlərin sintezində sineqretik yanaşmanı nəzərdə tutur.

Sineqret  yanaşma  öyrənənlərin  həm  marağını  artırır,  həm

də müxtəlif  elmlərin  bir  fakta,  hadisəyə,  təzahürə münasibətini

tələb  edir.  Beləliklə,  təbiət,  cəmiyyət  və insanın  öyrənilməsinə

kompleks yanaşılaraq hissləri özündə birləşdirən tamlıq alınır.

Mədəniyyətəmüvafiqlik prinsipi tələb edir ki, təlim müasir

mədəniyyətin  inkişaf  səviyyəsinə uyğun  olsun.  Həm  təlimdə

istifadə edilən  vasitələrlə rəftarda,  həm  də əməkdaşlıqda –

insanlararası  münasibətlərdə mədəniyyətin  nümayişi  təzahür

etsin. Müasir təlim azad, sərbəst, yaradıcı düşüncəni təzahür etsin,

müstəqilliyi inkişaf etdirdiyi kimi insanın mədəniyyət səviyyəsini

də yüksəltməlidir.




75

ƏDƏBİYYAT

1. Ağayev Ə. və b. Pedaqogika. Bakı, 2006.

2. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.

3. Hüseynzadə R.  Qədim  və erkən əsrlər  dövründə

Azərbaycanda  tərbiyə,  təhsil  və pedaqoji  fikir.  Bakı,

2007.


4. Kərimov Y. Təlim metodları. Bakı, 2009.

5. Mehrabov  A.  və b.  Pedaqoji  texnologiyalar.  Bakı,

2007.

6. Mərdanov M. Azərbaycan təhsili müstəqillik illərində.



Bakı, 2007.

7. Mərdanov  M.  Azərbaycan  təhsili  yeni  inkişaf

mərhələsində. Bakı, 2009.

8. Mustafayeva  R.,  Mustafayeva  S.  Pedaqogika.  Ümumi

pedaqogika üzrə mühazirə xülasələri. Bakı, 2002.

9. Nəzərov  A.  “Müasir  təlim  texnologiyaları”  fənni  üzrə

proqram. Bakı, 2010.

10. “Təhsil 

haqqında” 

Azərbaycan 

Respublikasının

Qanunu. Bakı, 2009.

76

XIII MÖVZU

TƏLİMİN HUMANİTARLAŞDIRILMASI VƏ

HUMANİSTLƏŞDİRİLMƏSİ

PLAN:

1. Humanizmin genişlənməsi üçün humanitar fənlərin

tədrisinin genişləndirilməsi

2. Təlimin humanitarlaşdırılması

3. Təlimin humanistləşdirilməsı

Bu  prinsipləri  ayrı-ayrılıqda  qeyd  etmək  olardı.  Lakin

məzmunca  bir-birinə yaxın  olduqlarına  görə eyni  sırada  da

vermək olar. Əslində bu gün prinsiplərə çevrilmiş bu  yanaşmalar

sovet  pedaqogikasında  və təhsil  tərbiyəsində həmişə olmuşdur.

Çünki sosializm prinsiplərinə görə insanlara vəzifəsindən, cinsin-

dən,  irqindən,  milliyətindən,  sosial  mənşəyindən  asılı  olmayaraq

eyni diqqətlə, hörmət və qayğı ilə yanaşılması əsas idi. Bu prinsip

Azərbaycanda  ötən əsrin  70-80-cı  illərindən  pozulmağa  başladı.

Kapitalizm  dünyasında  isə əvvəllər  diqqətdə olmayan  bu  prinsip

demokratik  vətəndaş  cəmiyyəti  yarandıqca  aktuallaşdı.  İnsanları

“daş  qəlbli”  olmaqdan  humanist  olmağa  meylləndirdilər.  Huma-

nizmin  genişlənməsi  üçün  humanitar  fənlərin tədrisini  genişlən-

dirdilər. Təlim prosesinin humanitarlaşdırılması tarix, sosiologiya,

psixologiya, hüquq və digər insan haqqında fənlərin tədrisinə yer

verilməsini diqqətdə tutmağı tələb edir.

Humanistləşdirmə isə hər  şeyin  insan üçün, insan  naminə

edilməsini  qabardır.  Bu  prinsiplərin  nəzərə alınması  pedaqoji

texnologiyaların  tətbiqində müəllim  tərəfindən  sərbəst  olaraq

həyata  keçirilməlidir.  Hətta  fundamental  fənlərin  öyrədilməsi

zamanı  tarixi  faktlara  müraciət  edilməsi,  elmi  kəşflər,  ixtiralar

edən şəxslər haqqında danışılması, onların əxlaqı, mənəvi keyfiy-

yət  və fənni  tədris  edən  müəllimin  humanizm  nümunəsi  bu

baxımdan böyük təsirə malikdir.

Bu  prinsiplər  maddi  marağın  artırılmasına  meyilli  olan

kapitalizm cəmiyyətində “insanın insana qayğısı” mövqeyini arxa




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə