Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix11.10.2017
ölçüsü0,63 Mb.
#4200
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

49

1. Təlim-tərbiyə fəaliyyətinin diferensiasiyası

2. Tərbiyə və təlim prosesinin fərdiləşdirilməsi

3. Hər bir tərbiyə olunanın meyl və qabiliyyətinin inkişafı

üçün əlverişli şəraitin yaradılması

4. Homogen  (eyni  mənşəli)  siniflərin  və paralellərin

formalaşdırılması

5. Təlim-tərbiyə üçün rahat şəraitin olması

6. Şagirdə və onun inkişafına inam

7. Şagirdi necə varsa elə qəbul etmək

8. məktəbin məqsəd istiqamətinin dəyişməsi

9. Qiyabi, ekstern təlimin aradan qaldırılması

10. Müəllimin şəxsi daxili yönümünün dəyişdirilməsi

11. Humanitar təhsilin gücləndirilməsi



ƏDƏBİYYAT

1. Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu.

Bakı, 2009.

2. Əliyev  A.  Yeni  (müasir)  pedaqoji  texnologiyalar  və

onlardan 

təlim 


praktikasında 

sistemli 

istifadənin

əhəmiyyəti. “Təhsil problemləri” qəzeti, 21-30 iyun, 2007.

3. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.

4. Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı, 2003.

5. Mehrabov  A.  Azərbaycan  təhsilinin  müasir problemləri.

Bakı, 2007.

6. Mərdanov  M.  Azərbaycan  təhsili  yeni  inkişaf  mər-

hələsində. Bakı, 2009.

7. Nəzərov  A.,  Mollayeva  E.  Müasir  dövrün  təhsil  prob-

lemləri. (Mühazirə xülasələri) Dərs vəsaiti. Bakı, 2011.

50

VIII MÖVZU

YENİLİKÇİ MÜƏLLİMLƏRİN PEDAQOJİ

TEXNOLOGİYALARDAN İSTİFADƏ BACARIĞI

PLAN:

1. Müəllimlik  peşəsinin  insan  fəaliyyətinin  çox

mürəkkəb növünə aid olması

2. Müəllimin  pedaqoji  qabiliyyətinin  yeddi  qrupa

ayrılması

3. İdeal pedaqoji keyfiyyətlərin üç qrupa ayrılması

4. Həqiqi  təlim  üçün  metod  və texnologiyaların  qar-

şıya  qoyulmuş məqsəd  və şəraitdən  asılı olaraq  seçil-

məsi

5. Xarici  təcrübədə əxz  edilmiş  bəzi  yenilikçi  müəl-

limlər  tərəfindən tətbiq  edilməyə başlayan  interaktiv

metodlar (rollu oyun, debatlar və s.)

Müəllimlik  peşəsi  insan  fəaliyyətinin  çox mürəkkəb

növünə aiddir.  Pedaqoji  funksiya  müəllimə peşə bilikləri  və

bacarıqlarını  tətbiq  etmək  istiqamətini  göstərməkdir.  Pedaqoji

fəaliyyətin  başlıca  istiqamətlərini  şagirdlərin  təlimi,  təhsili,

tərbiyəsi,  inkişafı  və formalaşması  təşkil  edir.  Bu  işlərin  hər

birində müəllim  çox  konkret  işlər  görür.  O,  özü  bu  başlıca

funksiyanı  nə qədər  dərindən  başa  düşsə öz  şagirdlərinə də bir  o

qədər  müstəqillik,  təşəbbüskarlıq,  sərbəstlik  verər.  Müəllimin

pedaqoji qabiliyyətləri yeddi qrupa ayrılır:



1.  Təşkilatçılıq  qabiliyyəti

müəllimin  uşaqları

birləşdirmək,  onları  məşğul  etmək,  vəzifələri  bölüşdürmək,  işi

planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünü

göstərir.

2.  Təlim  (öyrətmək,  didaktik)  qabiliyyəti – tədris

materialının əyani  vasitələri,  avadanlığı  seçmək  və hazırlamaq,

tədris  materialını  başa  düşülən  şəkildə,  aydın,  ifadəli,  inandırıcı

nəql etmək, tədris – idrak fəallığını yüksəltmək, idrak maraqlarını

və onların mənəvi tələbatlarını stimullaşdırmaq bacarığı daxildir.



51

3.  Perseptiv  qabiliyyət – şagirdlərin  daxili  aləmini

görmək  bacarığında  onların  emosional  vəziyyətini  obyektiv

qiymətləndirməkdə psixikasının  xüsusiyyətlərini  üzə çıxarmaqda

özünü göstərir.



4.  Kommunikativ  (ünsiyyət)  qabiliyyəti – müəllimin

şagirdlər,  onların  valideynləri,  həmkarları,  tədris  müəssisəsinin

rəhbərləri  ilə pedaqoji  cəhətdən  məqsədyönlü  münasibət  qura

bilməsində özünü göstərir.



5.  Suqqestiv  (təlqinedici)  qabiliyyət

şagirdlərə

emosional – iradi təsir göstərməkdən ibarətdir.

6.  Tədqiqatçılıq  qabiliyyəti – pedaqoji  situasiyaları  və

prosesləri dərk etmək və obyektiv qiymətləndirmək bacarığıdır.



7.  Elmi-idraki  qabiliyyət – seçdiyi  sahə üzrə elmi

bilikləri mənimsəmə qabiliyyətidir.

Bu  qabiliyyətlər  içərisində aparıcı  və köməkçi  qabi-

liyyətlər  vardır.  Didaktik  və təşkilatçılıq  qabiliyyəti  aparıcı

qabiliyyətlərə aiddir.  Qalanları  isə köməkçi  qabiliyyətlər  hesab

olunur.


Müəllim  üçün ən  vacib  keyfiyyət  humanizmdir.  “Huma-

nizm” sözünün mənası, insanpərvər (“insani”, “bəşəri”) deməkdir.

Humanist  münasibətlər  şagirdlərin  şəxsiyyətinə maraqdan,  onun

vəziyyətinə şərik  olmaqdan,  fikrinə hörmət  etməkdən,  tədris

fəaliyyətinə yüksək tələbkarlıqdan, şəxsiyyətinin inkişafına qayğı

göstərməkdən və s. – dən ibarətdir.

İnteraktiv  metodlarla əlaqədar  xarici  təcrübədən əxz

olunan,  istifadə edilən  və əməli  işdə tətbiq  olunan  bir  sıra  müx-

təlif adlar və terminlərin işlədilməsinə diqqət yetirməyin zəruriliyi

ortaya  çıxır. Bu  adların  verilməsi  nəzəri  ideyadan  deyil,  prak-

tikadan – təlim təcrübəsindən irəli gəlmişdir. Əgər hər hansı işini

mükəmməl  bilən,  yaradıcı  işləyən  müəllim  öz  təcrübəsində

şagirdlərarası  fəallaşdırmanı  təmin  edən  hər  hansı  metodika

işləyib tətbiq edərsə özü də onun adını verə bilər.

Nümunə üçün  xarici  təcrübədən əxz  edilmiş  və bəzi

yenilikçi  müəllimlər  tərəfindən  tətbiq  edilməyə

başlanılan

interaktiv metodlara diqqət yetirək:

52

Rollu  oyun. Bu  metod  didaktikada  ilkin  formalaşmış

metodlardan  biridir.  XX əsrin  20-30-cu  illərində Azərbaycanda

hətta ədəbi  müzakirələri  də bu metodla keçirirmişlər. Hələ Sovet

dönəmində müəllimliyə başlayan bəzi  müəllimlər dərslərində

rollu  oyundan  şagirdləri  fəallaşdırma  və qabiliyyətlərinin  artırma

metodu kimi orta məktəbdə istifadə etmişlər. Rollu oyunu hazırda

interaktiv metodlar  sırasına daxil edən digər qabaqcıl  müəllimlər

vaxtı  düzgün  hesablamalıdırlar.  Göstərilən  şərtləri  Azərbaycanın

qabaqcıl  müəllimləri  və uşaq  bağçası  tərbiyəçiləri  50  ildir  ki,

tətbiq edirlər. Rollu oyun mövzuya, fənnə, sinfə görə müxtəlif cür

imitasiya edilə bilər.

Debatlar. Debatlar  (fransız  dilində,  “Debats” – hansısa

iclasda,  yığıncaqda  fikir  mübadiləsi)  müəyyən  bir  problemə aid

mübahisədir,  bir – birinə əks  nöqteyi – nəzərdən  toqquşması,

tərəflərin öz  mövqeyini  mədəni surətdə dəlillər əsasında  müdafiə

etməsidir.  Debatlar  hadisələrə müxtəlif  nöqteyi – nəzərlərdən

baxmağa,  faktları  və ideyaları şübhə altına  almağa  və inan-

dırmağa başlayırlar.

Debatların əsasını arqumentlər – dəlillər təşkil edir.

Debatlarda gərək nəinki nitqlə çıxış edəsən, eyni zamanda

digər  tərəfin  arqumentlərini  dəf  edəsən,  öz  mövqeyini  qarşı

tərəfin mövqeyi ilə qarşılaşdırasan və bununla hakimləri öz üstün-

lüyünə inandırasan.  Bu  mənada  debatlar  şahmat  oyununa  bən-

zəyir,  çünki  suala  nəinki  öz  mövqeyindən,  eyni  zamanda  rəqibin

mövqeyindən baxaraq onun növbəti arqumentinə hazır olursan.

Debatlar mövzunun qısaca və dürüst ifadəsindən başlanır.

Hər  qrup  öz  mövqeyini  müdafiə edir  və qarşı  tərəfin  arqu-

mentlərini təkzib edir.

Demokratik  dövlətin  gələcək  vətəndaşları  kimi  şagirdlər

debatlar vasitəsilə siyasi  hadisələri başa düşə bilir və öz nöqteyi-

nəzərini müdafiə etməyi öyrənirlər.

Debatlar  insanların  deyil,  ideyaların  qarşıdurmasıdır,

demokratik cəmiyyətdə isə bu qarşıdurmanın yeganə həlli vasitəsi

əsaslandırılmış arqumentlər ola bilər. Başqa sözlə desək, şagirdlər



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə